İNSANA BİOLOJİ VƏ SOSİAL VARLIQ KİMİ TİBB ELMİNİN YANAŞMA TƏRZİ. SAĞLAMLIĞIMIZ HƏYAT KEYFİYYƏTİMİZİN GÖSTƏRİCİSİDİR » ZiM.Az

İnsan yaradılışın ən mükəmməl təzahür formasıdır desək,yəqin ki yanılmarıq. Çünki Allah insana bütün gözəllikləri bir vücudda bəxş edib.Ona düşünən beyin,gecə-gündüz yorulmadan, usanmadan çalışan, döyünən ürək,görən göz və s orqanları verib.Və bu orqanlar sistemli şəkildə bir-birilə əlaqəli formada fəaliyyət göstərir və sağlam, şüurlu insan modelini yaradır.Bəs hər şeyin mükəmməlinə sahib olan insan öz orqanizminin yetərincə tanıyıb dəyərləndirirmi,ona hədiyyə olunmuş sağlamlığın qeydinə qala bilirmi???.
Təbii ki cavablar müxtəlif səpkidə və müxtəlif yönümlü olacaq.
Gəlin bizə hədiyyə olunmuş orqanlar sisteminə qısa bir səyahət edək.
İnsanın ali sinir fəaliyyəti təbii ki onun orqanlar sistemi və yaşam fəaliyyətini idarə edən başlıca aparıcı qüvvədir.Mürəkkəb mexanizmə malik olan ali sinir fəaliyyətinin işləmə prinsipləri hələ də tibb elmi tərəfindən bütövlükdə, tam öyrənilməyib. Sual və təəccüb doğuracaq məqamlar yetərincədir. İnsan beyni 1l su,160q yağ,110q zülal,15q şəkər və 10q duzdan ibarətdir. Bu tərkib ayrı-ayrılıqda və ya toparlanmış şəkildə bir yerdə olduqda nə əldə edə bilərik..?Təbii ki,qeyri-adi heç nə. Amma bütün bu tərkibi bir araya gətirərək Allah bizə bədənimizi idarə etməyi, düşünməyi və fəaliyyət göstərməyi təmin edən mükəmməl bir orqan bəxş edib. Həmd olsun aləmlərin Rəbbinə.

Orqanizmimizin birləşdirici toxuma təbəqəsindən təşkil olunmuş qan-damar sistemi isə demək olar ki,orqanlar arasında mükəmməl bir körpüdür. Və orqanizmə vitamin və mineralların daşınması və eyni zamanda zərərli və toksiki maddələrin ifrazat və tənəffüs orqanlarına daşınıb xaric olunması prosesində iştirak edir.Orqanizmin daxili maye mühitini təmin edir.
Orqanizmin dayaq-hərəkət sistemini təşkil edən sklet-əzələ toxuması bütün insan vücudunun qəddi-qamətini təşkil edir və hərəkət funksiyasını təmin edir.
Və bu da canlı orqanizmin həyat fəaliyyəti üçün vacib və çox önəmli məqamdır.Fəaliyyət ,hərəkət, aktivlik və vizual görünüşün mahiyyəti dayaq-hərəkət sisteminin varlığı ilə səciyyələnir.İnsan orqanizmində və orqanların fəaliyyət formasında müxtəlif məqamlar var ki,bəzən ona diqqət etmirik.Amma hər bir məqam və davranış əslində səbəbsiz deyil. Məsələn, çoxumuz bilmirik ki,sol əlimizin özünü dezinfeksiya etmək qabiliyyəti var və bu xüsusiyyət sadəcə sol əldədir.Sağ əlimizin isə başqa bir fərqli xüsusiyyəti var.Sağ əlimizin ovuc içində rahat yata bilməyimizə dəstək olan yuxu qabarcıqları var.Bu baxımdan sağ tərəfə yatıb sağ əlimizi üzümüzün altına qoysaq beynimizə yatmaq haqqında siqnallar göndərmiş olarıq və rahat bir yuxu prosesi başlayar.

Vacib orqanlar sistemindən biri də ifrazat və tənəffüs orqanlarıdır. Hansı ki, bunlar orqanizmə vacib olan maddələrin daxil olması (tənəffüs )və zərərli maddələrin kənarlaşması( ifrazat )prosesi ilə təzahür olunur. Tənəffüs sistemimiz ciyərlər və nəfəs yolları vasitəsilə qəbul etdiyimiz havanın tərkibində olan Oksigen və digər faydalı maddələri orqanlara yönəldir və keyfiyyətli, sağlam həyatı təmin edir.Sağlam şəkildə nəfəs almaq qədər önəmli və vacib bir fəaliyyət yoxdur insan həyatında…
İfrazat orqanlarına isə dəri toxuması və böyrək, sidik axarları aiddir.Orqanizmin örtük təbəqəsini təşkil edən dəri toxuması eyni zamanda tər ifraz etməklə bədənin istilik tənzimi prosesində iştirak edir.

Böyrəklər isə öz mükəmməl fəaliyyəti ilə bütün orqanlarda gedən maddələr mübadiləsi prosesinin tənzimlənməsində iştirak edid su-duz balansını qoruyur, qanın tərkibini təmizləyir.Uzunluğu 10 sm,çəkisi 100q olan bir böyrəyin içərisində 1milyondan çox mikrotəmizləmə boruları vardır.Mikrosüzgəclər şəklində fəaliyyət göstərən bu borulardan dəqiqədə 125 ml maye süzülür.Bu da gün ərzində 180 l,başqa sözlə təxminən dörd avtomobilin yanacaq ehtiyatını ödəyəcək qədər mayenin süzülməsi deməkdir.Mikrotəmizləmə borularında çirklənmiş qan təmizlənir, süzülən tullantılar kənarlaşdırılır və qan yenidən qandaşıyıcı borular vasitəsilə orqanizmə qayıdır. Böyrək çatışmazlığından əziyyət çəkən və böyrək funksiyalarını itirmiş insanlar mütəmadi hemodializ almaqla böyrəyin fəaliyyətini qismən əvəz etmiş olurlar. Lakin böyrəyin ölçüsündən dəfələrlə böyük ölçüdə olan dializ aparatı böyrəyin funksiyalarını tam şəkildə həyata keçirə bilmir və getdikcə özünün əks təsirləri ilə orqanizmin fəaliyyətində müəyyən problemlər yaradır. İnsan orqanizmində olan nizam-intizam Allahın lütfü, yaradılışın möcüzəsidir.İnsanın bütün orqanları konkret vəzifə və funksiyalara malikdir. Həzm sistemi,orqanizmin laboratoriyası hesab olunan qaraciyər, endokrin vəzilər və s, və ilaxır sadalamaqla bitməyəcək özəlliklərə malikdir.

Lakin mən söhbətimi ali sinir fəaliyyətini təmin edən beyinlə başladım və insana bir ömür qüsursuz xidmət edən ürəklə də tamamlamaq istəyirəm. Təbii ki,sağlamlıq və insan orqanizminin anatomik quruluşu, fizioloji funksiyaları haqqında nə qədər danışsaq da yetərli deyil. Ürək uzunluğu 12-15,eni 9-11sm olan döş qəfəsinin ön divarında yerləşən əzələvi bir orqandır. Hər bir insanın ürəyi onun yumruğu böyüklüyündədir.

Ürək haqqında onu demək olar ki,ürək orqanizmin gecə-gündüz dayanmadan fəaliyyət göstərən özündə sevgi, küskünlük dəyər və üzüdönüklük daşıyan fədakar bir orqanıdır.Motor sistemi tək bir ömür fəaliyyətdədir.Orqanizmi qanla təmin edir, böyük və kiçik qan dövranı vasitəsilə qanı bədənin bütün nahiyələrinə çatdırır.Yorulmur, usanmır və sadəcə bir kərə susur və bununla da insanın bioloji varlıq kimi həyatda yaşam fəaliyyətinin bitməsindən xəbər verir.
Ürək elə bir orqandır ki,onun fizioloji strukturu, fəaliyyət sistemi haqqında geniş əhatəli şəkildə nə qədər danışsaq da yenə də nələrisə unutmuş olarıq.
Sadəcə sonda onu qeyd etmək istəyirəm ki,Allahın bizə verdiyi ən mükəmməl hədiyyə bizim sağlamlığımızdır.Və onun hər zaman dəyərini bilib qoruyub saxlamaq lazımdır. Əks halda itirilmiş sağlamlıq çox çətin bərpa olunur və bəzən də bərpa olunmur.

QORUYUN ÜRƏYİNİZİ İÇİNDƏ SEVDİKLƏRİNİZ VAR.
QORUYUN GÖZLƏRİNİZİ O SİZİN DÜNYAYA AÇILAN PƏNCƏRƏNİZDİR.
QORUYUN BEYNİNİZİ ÇÜNKİ ALLAH ONU SİZƏ ŞÜURLU ŞƏKİLDƏ HƏYAT YAŞAYA BİLMƏNİZ ÜÇÜN VERİB.
QORUYUN VARLIĞINIZI, ÇÜNKİ HƏYAT SİZƏ SADƏCƏ BİR DƏFƏ VERİLİB VƏ SİZ ALLAHIN MÖCÜZƏSİSİNİZ.HEÇ NƏYİN TƏKRARI YOXDUR BU HƏYATDA,ELƏ İNSANIN DA…
SAĞLAM BƏDƏNDƏ SAĞLAM RUHUNUZUN OLMASI DİLƏYİ İLƏ BÜTÜN İNSANLARI KEYFİYYƏTLİ YAŞAMAĞA SƏSLƏYİRƏM.

RAMİLƏ ƏLİYEVA,
ZiM.Az

.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

 

 

Загрузка. Пожалуйста, подождите…

 

 

Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir