SÜLEYMAN SULTANSƏNCƏR (1956) » ZiM.Az

Süleymanov Süleyman Nüslət oğlu – 1956-cı il iyulun 1-də Laçın şəhərində anadan olmuşdur. 1961-1971-ci illərdə Bərdə şəhər 4 saylı orta məktəbdə oxumuşdur. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutununu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin – ADNSU) geoloji-kəşfiyyat fakultəsində ali təhsil alıb, dağ-mədən mühəndisi və hidro-geoloq ixtisasına yiyələnmişdir.

Uzun müddət xaricdə işləmiş və müxtəlif ölkələrdə işlə bağlı təcrübələr əldə etmişdir. Və o dövrlərdə müxtəlif səpkili şeirlər yazmağa başlamışdır. Şeirə və ədəbiyyata olan dərin marağı Süleyman müəllimin şeir dünyasını formalaşdırmış və yaradıcı fikirlərini misralara köçürməyə imkan vermişdi. Süleyman müəllim “Süleyman Sultansəncər” təxəllüsü ilə yazılan bir çox şeirlərin müəllifidir .

Hazırda Bakıda yaşayır. Ailəlidir. İki oğlu, iki qızı var.

Biz də Süleyman Sultansəncərə yeni-yeni yaradıcılıq uğurları diləyir və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

RAMİLƏ ƏLİYEVA,
“Yurd.İnfo.Az”-ın şöbə müdiri,
“Zirvə” və “Zəfər” mükafatları laureatı

ZiM.Az

 

LAÇINIM VƏTƏNIM MƏNIM!

Qurban kəsim torpağına, daşına,
Heyran olum gõzlərinin yaṣına.
Uzun illər nələr gəldi başına,
Laçınım, Laçınım, vətənim mənim!

Uzun illər həsrətinlə yaşadım,
Ayrılığın bu qəlbimdə daşıdım,
Otuz ildə sən gör nələr yaşadın..,
Laçınım, Laçınım, vətənim mənim!

Daha ayrılığa yox idi dözüm,
Yoldan çəkilmirdi heç zaman gözüm.
Od tutub yanırdı sifətim, üzüm,
Laçınım, Laçınım, vətənim mənim!

Qaragöldə sakit-sakit üzərdim,
Ìşıqlı dağını göldən sûzərdim.
Hər acına-möhnətinə dözərdim,
Laçınım, Laçınım, vətənim mənim!

Sultansəncər səni görüb ağlayır,
Ah-naləsi sinələri dağlayır.
Əlin açıb yağılara qarğayır,
Laçınım, Laçınım, vətənim mənim!

 

BİLİBDİR

Oxu, şikəstəni,oxu, a qardaş,
Dağlarda gül açsın hər qaya, hər daş.
Ìsa bulağında quranda bardaş,
Deyək Vətənimiz geri dönübdür.

İçək, Laçınımın buz bulağından,
Yeyək Əriməzin bal-qaymağından.
Baxaq Qaragölə, İşıqlı dağdan,
Sanaq səmalardan şəfəq enibdir.

Zövq alaq Qarabağ, Mildən, Muğandan,
Pəri çınqıllndan,Lülpər dağından,
Zəngin tarlasından,geniş bağından.
Toplanan bəhərlər üzə gülübdür.

Mərd oğullar aldı, səni yağıdan,
Nalə çəkdi analar dərd, ağıdan.
Sultansəncər, ölsün yurdu dağıdan,
Çəkdiyim həsrəti Allah görübdür.

 

CAN ATMIŞIQ BİRLƏŞMƏYƏ

Dörd cəhətə bölünmüşük,
Yaman günlərə düşmüşük.
İllər boyu döyüşmüşük,
Qoymayiblar birləşməyə!

Qoymayıblar biz birləşək,
Tək bayraq altda cəmləşək.
Xainlərin bağrın deşək,
Qoymadılar birləşməyə!

Ayırdılar İrəvanı,
Tən böldülər Naxçıvanı.
Dağıtdılar bu cahanı,
Qoymadılar, birləşməyə!

Dərbənd çıxdı, əlimizdən,
Təbriz getdi, elimizdən.
Söz yayıldı, dilimizdən,
Qoymadılar birləşməyə!

Azərbaycan parçalandı,
Sinəmizdə dağ yarandı…
Suleyman həsrətlə andı,
Qoymadılar birlşməyə!
Tehran, Pəktaş-Həmədan.
200-ci.il.

 

CANDAN ÇIXIR CAVANLIQ!

Hər il divarımdan bir daş sökülür,
Başımdan ağ saçlar bir-bir tökülür.
Qamətim əyilir, belim bükülür,
Candan asta-asta çıxır cavanlıq!

Alnım gündən-günə yaman qırışır,
Qocalıq qorxusu cana sırışır.
Həyat qanunuyla tale barışır.
Candan asta-asta çıxır cavanlıq!

Uzaqdan baxırsan gənclik gülünə,
Yükləyir yükünü kövrək belinə.
Əsanı uzadır əsən əlinə,
Candan asta-asta çıxır cavanlıq!

Tanınmaz hal alır sirin-sifətin,
Olursan ağsaqqal, artır hörmətin.
Çatır Süleymana sözün söhbətin,
Candan asta-asta çıxır cavanlıq.

 

TÜRK ORDUSU!

Türk ordusu qoy ayılsın,
Yer üzünə səs yayılsın.
Yağılar məğlub sayılsın,
Bütün dünya qarşısında!

Türk ordusu güclənəcək,
Şücaəti güc gələcək.
Al bayrağı yüksələcək,
Bütün dünya qarşısında!

Yağıları qıracaqdır,
Canlarını alacaqdır.
Yaman günə salacaqdır,
Bütün dünya qarşısında!

Qol-qanadı qırılacaq,
Ermənistan dağılacaq.
Yaman günə salınacaq,
Bütün dünya qarşısında!

Sultansəncẹr gül əkəcək,
Ermənilər gen düşəcək
Türk milləti birləşəcək,
Bütün dünya qarşısında!

 

ŞƏHİDİM

Vətən qorumağa cəbhəyə getdin,
Bu vətən,bu torpaq mənimdir dedin.
Sinəni gülləyə sən sipər etdin,
Qızıl qan içində yatan Şəhidim!

Yağı gülləsindən dönmədin geri,
Əlində qumbara getdin irəli.
Bir anlıq seyr etdin sonsuz göyləri,
Qızıl qan ıçındə yatan Şəhidim!

Tuş elədin güllələrə sinəni,
Ana bildin doğma, əziz Vətəni.
Sən qorudun səngərini, cəbhəni,
Qızıl qan içində yatan Şəhidim!

Sultansəncər qəm-kədərlə ağlayır,
Ah-naləsi sinələri dağlayır.
Gecə-gündüz sizlərə yas saxlayır,
Qızıl qan içində yatan Şəhidim!

 

AXI BU DÛNYANIN NƏ GÛNAHI VAR?

Yaradan yaradıb, qurub dûnyanı,
Bəxş edib həyata canlı insanı.
Adamlar öldürür qoca, cavanı,
Axı, bu dûnyanın nə günahı var..?

İnsan təbiəti dağıdır, satır,
Dərədə, təpədə, dağlarda yatır.
Gah nifaq yaradır, aranı qatır,
Axı, bu dünyanın nə günah var..?

Törədir müharibə qırır insanı,
Qocanın, cavanın tökülür qanı.
Günahkar bilirsiz indi dünyanı,
Axı, bu dûnyanın nə gûnahı var..?

Dünyanın baṣına qurulur tələ,
Nadanlıq törədir süni zəlzələ.
Canlının canına düṣûr vəlvələ,
Axı, bu dûnyanın nə gûnahı var..?

Bilirəm dûnyanın günahı yoxdur,
Dünyanı günahkar bilənlər çoxdur,
Ac da elə acdır, tox elə toxdur,
Axı, bu dûnyanın nə günahı var..?

Dünyanın hər üzün görüb Süleyman,
Ìncik düşməyibdir o, heç bir zaman.
Vəhşilik törədən olubdur insan,
Axı… bu dünyanın nə günahı var..?

 

YENƏ ŞƏNLİK OLDU BU AXŞAM-AXŞAM!

Şiş qaya üstünə qartal oturdu,
Dağın yamacında ceyranlar durdu.
Ovçu kaman ilə bir ənlik vurdu,
Yenə şənlik oldu bu axşam-axşam!

Tonqallar qalandı, yandı, alışdı,
Qız-gəlinlər bir-birinə qarışdı.
Küsənlər də qucaqlaşdı, barışdı.
Yenə şənlik oldu bu axşam-axşam!

Cavanlar toplaşdı çeşmə başına,
Hamı heyran qaldı qaval daşına.
Şənlik qonaqların gəldi xoşuna,
Yenə şənlik oldu bu axşam, axşam!

Kababın iyi də dağları aşdı,
El-oba da bir-birinə qarışdı,
Çaylar cuşa gəldi, hey aşdı-daşdı.
Yenə şənlik oldu, bu axşam axşam!

Afrika, Namibiyanin Almaz dağları,
01.07.2013.

 

ƏSA ASTA-ASTA DOST OLUR SƏNƏ!

Gözlərin tor görür, ağlın da çaşır,
Təzyiqin yüksəlir, həddini aşır.
Titrəyir əllərin, qəlbin dolaşır,
Əsa asta-asta dost olur mənə!

Bir-bir itirirsən bacı-qardaşı,
Unuda bilmirsən dostu sirdaşı.
Yadına salırsan hər bir yoldaşı,
Əsa asta-asta dost olur sənə!

Ağrıyır dizlərin, ağrıyır belin,
Baxmayır sözünə barmağın əlin.
Tək bir əsa olur sənin köməyin,
Əsa asta-asta dost olur sənə!

Heç fikir eləmə, ay Sultansəncər,
Almasın könlünü nə qəm nə kədər.
Bilirsən işlərin getməyib hədər,
Əsa asta-asta dost olur sənə!

 

AHU CEYAN BALASIYDI, BU CEYRAN

Bir yar sevdim bu dağların daşında,
İzi qaldı ürəyimin başında.
Nöqsan yoxdur kipriyində, qaşında,
Ahu ceyran balasıydı, bu ceyran.

Məlul-məlul baxıb mənə mələdi,
Həzin-həzin boynun büküb inlədi,
Gəlib astaca əlimi iylədi,
Ahu ceyran balasıydı, bu ceyran

Dağda, daşda tək qalmışdı bu heyvan,
Ana deyib mələyirdi ucadan.
Damcı-damcı qan axırdı yaradan,
Ahu ceyran balasıydı, bu ceyran

Körpə idi, sağa-sola baxırdı,
Ana deyib gözündən yaş axırdı.
Süleymanı yandırırdı, yaxırdı,
Ahu ceyran balasıydı, bu ceyran!

Azərbaycan, Qarabağ, Laçın,
10.10.2023.

 

SƏMƏRQƏND

Əmir Teymur səni qurdu yaratdı,
Səmərqənd adını göyə ucaltdı.
Səni tikən memarları qocaltdın,
Dünyanın gözüsən gözəl Səmərqənd.

Şairlər hüsnünə şerlər qoşdu,
Dedilər, gözəldi, necə də xoşdu.
Alim-filosoflar qaynadı coşdu,
Dünyanın gözüsən, gözəl Səmərqənd.

Yayılıb dünyaya şanın-şõhrətin,
Hər yerdə dolanır sözün-söhbətin.
Teymura bağlandı son məhəbbətin,
Dünyanın gözüsən, gözəl Səmərqənd.

Ürəkdən çox sevdi səni Süleyman,
Hüsnünə heyrandı külleyi-cahan.
Özbəyə bəxş etdi böyük Yaradan,
Dünyanın gözüsən,gözəl Səmərqənd.

Səmərqənd-Buxara.
05.05.1976-cı il

 

UNUTMAQ OLARMI SƏNİ BUXARA?

Buxaranın zərdi divarı, daşı,
Qızıldan bağlanıb minbərin başı.
Yazılıb tarixə, yadı, yaddaşı,
Unutmaq olarmı, səni Buxara?

Memarlar yaradıb səni qurubdu,
Səmərqənd də sənə dayaq olubdu.
Divarında dibçəklərin durubdu,
Unutmaq olarmı, səni Buxara?

Çox gõzəl tikilib şahın divanı,
Bağçaya açılır soldan eyvanı.
Hovuzların gül-çiçəkdi hər yanı,
Unutmaq olarmı, səni Buxara?

Hər tərəfin bəzədilib al-əlvan,
Sarayların şölə saçır hər zaman.
Sanki gözəlliyə bürünüb hər yan,
Unutmaq olarmı, sən Buxara?

Süleymanı valeh etdin õzünə,
Səhər mehin dəydi onun üzünə.
Min yaraşıq verdin onun sözünə,
Unutmaq olarmı, səni Buxara..?

Səmərqənd, Buxara,
05.05.1976.

 

XƏRİTƏNİN ṢİKAYƏTİ

Qanadımdan sakit-sakit doğrandım,
Xainlərə çox əfsus ki, aldandım.
Sağa-sola, hər tərəfə paylandım,
Partladı ürəyim, yandı, neyləyim?

Parçalayıb hər yanımı qırdılar,
Zəlil günə qoyub dərdə saldılar.
Damarımdan al qanımı aldılar,
Partladı ürəyim, yandı, neyləyim?

Dərbənd, Mahaçqala məndən alındı,
Sərhəd boyunca körpülər salındı.
Ahu-naləm hər tərəfə yayıldı,
Partladı ürəyim, yandı, neyləyim?

Rus da erməniyə məndən verdi pay,
Qışqırdım, car çəkdim, saldım hay-haray,
Dedilər, sən, dinmə, qoy yaşasın hay,
Partladı ûrəyim, yandı, neyləyim?

Astaranı yarı yerə böldülər,
Təbrizi bizlərə çoxmu gördülər,
Borçalını Gürcüstana verdilər,
Partladı ürəyim, yandı, neyləyim?

Culfa, Biləsuvar iki bölündü,
Qarabağım min acıya büründü .
Tikanlı məftildən sərhəd hörüldü,
Partladı ürəyim, yandı, neyləyim?

Quduzları sərhədlərə yığdılar,
Türk millətin incitdilər, qırdılar .
Òz elindən, obasından qovdular,
Partladı ürəyim, yandı, neyləyim?

Tən ortada ermənistan yarandı,
Xainlər özünü hökmran sandı.
Süleyman od tutdu, alıṣdı yandı,
Partladı ürəyim, yandı, neyləyim!

Dərbənd-Mahaçqala,
01.07.1979

 

ÜRƏK, BU HALLARA NECƏ DÖZÜRSƏN?

Ağrıya, acıya tonlarla yûkə,
Min bir əzabları hey çəkə-çəkə,
Gecədə, gündüz də hey ürkə-ürkə,
Ûrək, bu hallara necə dözürsən?

İki yüz əlli qram çəkin də yoxdur,
Əzab-əziyyətin olduqca çoxdur.
Hər tərəfdən sənə atılan oxdur,
Ûrək, ağrılara necə dözürsən?

Tab gətirib dərdə-qəmə durmusan,
Ağrı qarşısında qala qurmusan.
Dərd-fikir içində özün yormusan,
Ürək, ağrılara necə dözürsən?

Ûrək,sən ətdənsən, dəmir deyilsən,
Hər dərdə,əzaba səbir deyirsən,
Bəzən için-için özün yeyirsən,
Ùrək,ağrılara necə dözürsən?

Sakit-sakit sinələrdə vurursan,
Ağrını-acını hər an duyursan.
Bəzən yersiz söhbətlərə uyursan,
Ürək, ağrılara necə dözürsən?

Afrika, Vindihuk, Namibya,
09.07.2020


ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

 

Paylaş: