Akademik Mədəd Çobanovun kitabları haqqında yazılmış rə’ylərdən sətirlər » ZiM.Az

“Sevirəm Gürcüstanı” /almanax, Azərbaycan şairləri Gürcüstan haqqında, Bakı, 1977/ kitabı haqqında:

“Qədim Gürcüstan torpağı”, qonaqpərvər gürcü xalqı, “Qafqazın Paris”i Tbilisi”, Qafqazın vena damarı Kür. Bunlar ta lap qədimdən tutmuş bu günə qədər Azərbaycan ədəbiyyatının dönə-dönə, həvəslə müraciət etdiyi mövzulardandır. Çox az Azərbaycan yazıçısı və şairi tapmaq olar ki, onun yaradıcılığında Gürcüstanla bağlı motivlər olmasın… Əgər şair Məmməd Arazın dili ilə desək: “poetik münasibət ən ülvi münasibətdir… bir xalqın digər xalqa bundan əziz, bundan müqəddəs töhfəsi ola bilməz”. Bizcə, məhz Azərnəşrin bu yaxınlarda çapdan buraxdığı “Sevirəm Gürcüstanı” adlı kitabı gürcü xalqı üçün belə bir layiqli töhfə hesab etmək olar. Kitabı A.S.Puşkin adına TDPİ-nin əməkdaşı Mədəd Çobanov tərtib etmişdir”. Qəzetdə kitabın şəkli verilib, /”Azərnəşr”in bədii ədəbiyyat redaksiyasının redaktoru, şair Səfalı Nəzərli, “Sevirəm Gürcüstanı”, “Sovet Gürcüstanı”, N:63/7748/, 26.V.1977/.

“Azərbaycan xalqı ilə gürcü xalqının dostluğu, qardaşlığı qədimdir. Bu məhəbbətin poetik ifadəsi olan “Sevirəm Gürcüstanı” kitabında Azərbaycan şairlərinin qardaş Gürcüs-tana, onun füsunkar təbiətinə, şən, mehriban adamlarına həsr etdikləri şe’rlərdən nümunələr verilmişdir. Toplunun tərtibçisi Mədəd Çobanovdur” /qəzetdə kitabın şəkli verilib, redaksiya məqaləsi, “Ədəbiyyat və incəsənət”, N:2, 7.I.1978/.

* * *

“Azərbaycan və gürcü xalqlarının mehriban qardaşlıq, qonşuluq əlaqələrinin kökləri qədimdir… Hər iki xalq yadelli düş-mənlərə qarşı illərlə mübarizə aparmış, bir-birinə arxa olmuşdur. Tarixin neçə unudulmaz səhifələrində bu birgə mü-barizənin əks-sədası həkk olunub yaşayır… Bu yaxınlarda çapdan buraxılmış “Sevirəm Gürcüstanı” kitabında qardaş xalq-larımızın sarsılmaz dostluğunu tərənnüm edən şe’rlər toplanmışdır. Məcmuəni Mədəd Çobanov tərtib etmiş, şair Məmməd Araz ön söz yazmışdır”. Qəzetdə kitabın şəkli verilib, /Şair Dilsuz Musayev, “Sevirəm Gürcüstanı”, “Ədəbiyyat və incəsənət”, N:9, 25.II.1978/.

* * *

“Sovetakan Vrastan” (erməni dilində, Tbilisidə nəşr olunurdu) qəzetində “Sevirəm Gürcüstanı” kitabı haqqında filologiya elmləri namizədi H.Vəliyevin rə’yi və kitabın şəkli çap olunmuşdur /”Sovetakan Vrastan”, N:66 /11856/, 2.VI.1977/.

* * *

“Молодежь Грузии” /rus dilində, Tbilisidə nəşr olunurdu/ qəzetində “Sevirəm Gürcüstanı” kitabı haqqında, filologiya elmləri namizədi H.Vəliyevin “Löblö Qruziö” adlı rəyi çap olunub /”Молодежь Грузии”, N:63 /8078/, 26.V.1977/.

“Sevirəm Gürcüstanı” almanaxı haqqında geniş rə’y çap olunub /Şair Dilsuz Musayev, “Sevirəm Gürcüstanı”, “Qızıl bayraq”, N:122/3804/, 11.X.1977/.

* * *

“Sevirəm Gürcüstanı” kitabından “Gürcüstan SSR” məqaləsində istifadə olunub./Azərbaycan sovet ensiklopediyası, Bakı, 1982, VI c., səh.135/.

* * *

“Sevirəm Gürcüstanı” kitabı haqqında gürcü dilində rə’y və kitabın şəkli çap olunub. /Y.Boboxidze, Dostluq nəğmələri, “Qamardjvebis droşa” – /”Qələbə bayrağı”/, N:55/4679/, 26.IV.1980/.

* * *

“Dostluq nəğmələri” (gürcü dilində, tərcümə edəni L.Eradze, Müasir Azərbaycan şairləri Gürcüstan haqqında, Tbilisi, 1978) kitabı haqqında:

“Gürcüstanın “Merani” nəşriyyatı tərəfindən gürcü dilində buraxılmış yeni kitablardan biri belə adlanır. Filologiya elmləri namizədi Mədəd Çobanovun tərtib etdiyi bu kitabda müasir Azərbaycan şairlərinin Gürcüstan haqqında yazılmış əlliyə yaxın şe’ri toplanmışdır… Həmin şe’rlərin ruhu gürcü poeziyasına yaxın olduğu üçün geniş oxucu kütləsi tərəfindən səmimi qarşılanır… “Dostluq nəğmələri” kitabını Azərbaycan və Gürcüstan ədəbi əlaqələri sahəsində təqdirəlayiq hal hesab etmək lazımdır” /qəzetdə kitabın şəkli verilib, filol.elm. namizədi V.Cangidze və yazıçı-jurnalist Ə.İsmayıllı, “Dostluq nəğmələri”, “Sovet Gürcüstanı”, N:139 /7979/, 21.XI.1978/.

***

“Gürcüstan lap əzəldən bəri şairlərimizin dönə-dönə mü-raciət etdikləri mövzulardan biri olmuşdur. Hələ XII əsrdə Əfzələddin Xaqani “Baqrationların qapısı mənim üçün açıqdır” demişdir… Şübhəsiz, bu, onların yaradıcılıqlarında öz bariz ifadəsini tapmaya bilməzdi… Azərbaycan şairləri Gürcüstan mövzusundan öz yaradıcılıqlarında dostluq rəmzi, qardaşlıq, mehriban qonşuluq simvolu kimi daha geniş istifadə etmişlər. Bu yaxınlarda Tbilisidəki “Merani” nəşriyyatının gürcü dilində çapdan buraxdığı “Dostluq nəğmələri” məcmuəsində Azərbaycan şairlərinin Gürcüstana həsr etdikləri şe’rlər toplanmışdır. Bu işdə tərtibatçı, filologiya elmləri namizədi Mədəd Çobanovun zəhmətini qeyd etmək lazımdır”. /Filol.elm.namizədi Şurəddin Məmmədov, Qardaşlıq rəmzi kimi, “Ədəbiyyat və incəsənət”, N:1/1876/, 4.I.1980/.

* * *

“Dostluq nəğmələri” kitabı haqqında rə’y çap olunub. /rus dilində, yazıçı-jurnalist Ə.İsmayıllı, “Tbilisi-Baku”, “Veçerniy Tbilisi”, N:247/10243/, 27.X.1978/.

* * *

“Dostluq nəğmələri” kitabı haqqında rə’y çap olunub. /gürcü dilində, qəzetdə kitabın şəkli verilib, Y.Boboxidze, Qardaşlığın gücü, “Qamardjvebis droşa”, N:55/4679/, 26.IV.1980/.

* * *

“Azərbaycanca-gürcücə qısa danışıq lüğəti” (müştərək müəllif, Tbilisi, 1977) haqqında:

“Azərbaycan və gürcü xalqlarının mədəni və mə’nəviyyat cəhətdən yaxınlaşmasında da lüğətçilik az rol oynamamışdır. Hələ 1977-ci ildə Tbilisinin “Qanatleba”http://zim.az/”Maarif”/ nəşriyyatı “Azərbaycanca-gürcücə qısa danışıq lüğəti”ni çapdan buraxmışdır. İki qardaş xalqın leksikoqrafiyasında ilk addım olan bu kitabı A.S.Puşkin adına TDPİ-nin dosentləri M.Çobanov və M.Çinçaladze tərtib etmişlər. Kitab istər azərbaycanlı, istərsə də gürcü oxucuları üçün qiymətli vəsaitdir”. /N.Əbdülrəhmanov, F.Xubanov, Lüğətçiliyə yeni hədiyyə, “Azərbaycan müəllimi”, N:40/6822/, 24.V.1989/

* * *
“Недавно издательство “Ганатлеба” выпустило в свет краткий азербайджано-грузинский разговорник. Это первое издание подобного рода в нашей республике. Как известно, в Грузии живет 270 тысяч азербайджанцев, функцио¬нируют азербайджанские школы. И составители словаря – кандидат филологических наук М.Чобанов и доцент Тбилисского педагогического института имени Пушкина М.Чинчаладзе предназначили свой труд в первую очередь учащимся азербайджанских школ.
Основное внимание в книге уделено развитию разгово-рной речи. Этому способствуют тридцать пять разделов, на которые разбита книга: приветствия, поздравления, приглашения, времена года, предметы домашнего обихода, завтрак, обед, спортивные игры, и так далее…” /Редаксийа мягаляси, “Вечерний Тбилиси”, N:5/ 10001/, 6.I.1978/.

***

“Azərbaycanca-gürcücə qısa danışıq lüğəti” haqqında gürcü dilində rə’y və kitabın şəkli çap olunub. /Y.Boboxidze, “Qamardjvebis droşa” -“Qələbə bayrağı”, N:55 /4679/, 26.IV.1980/.

***

“Azərbaycanca-gürcücə qısa danışıq lüğəti” haqqında gürcü dilində rə’y çap olunub. /”Soplis sxovreba”/ – “Kənd həyatı”/, 28.II.1978/.
***

“Azərbaycanca-gürcücə qısa danışıq lüğəti” /əlavələr olunmuş və yenidən işlənmiş ikinci nəşri, Tbilisi, 1991/ haqqında:
“Bu kitab gürcü dilini öyrənmək istəyən azərbaycanlılar; Azərbaycan dilini öyrənmək istəyən gürcülər üçün ən yaxşı vəsaitdir.” /Ş.Məmmədli, “Azərbaycanca-gürcücə qısa danışıq lüğəti”, “Gürcüstan”, N:132-133/9981/, 14.XII.1991/.
***

“Azərbaycanca-gürcücə qısa danışıq lüğəti” haqqında qəzetdə rə’y çap olunub. /V.Kazımovun eyni adlı məqaləsi, “Ziya”, N:15/ 954/, 12.VIII.1992/.
***

“Azərbaycanca-gürcücə qısa danışıq lüğəti” haqqında rə’y çap olunub. /S.Əkbərova, Gürcüstanda nəşr olunub, “Səhər”, N:158-/445/,15.VIII.1992/.
***

“Azərbaycanca-gürcücə qısa danışıq lüğəti” haqqında gürcü dilində “Saxalxo qanatleba”-“Xalq maarifi”,12.III.1992, “Soplis sxovreba”-“Kənd həyatı”,19.XI.1991/ qəzetlərində də rə’ylər çap olunub.

***


“Azərbaycan şəxs adları” /Bakı, “Maarif”, 1981/ haqqında:

“…həmyerlimiz, filologiya elmləri namizədi, dosent M.Çobanovun “Maarif” nəşriyyatı tərəfindən buraxılmış “Azərbaycan şəxs adları” kitabçası antroponimiya problemlərinin tədqiqinin davamı hesab edilə bilər… Ümumiyyətlə, dilçiliyimizdə ilk təşəbbüs olan “Azərbaycan şəxs adları” kitabçası həm dilçilik sahəsində çalışan alimlər, ali və orta məktəb müəllimləri, habelə geniş oxucu kütləsi üçün maraqlı bir əsərdir”. /Filol. elm. namizədi H.Əliyev, “Azərbaycan dilçiliyinə qiymətli xidmət”, “Sovet Gürcüstanı”, 14.XI.1981/.
* * *

“Şəxs adlarının tədqiqi sahəsində xeyli iş görülmüşdür: Ş.Sə’diyevin, M.Çobanovun kitabları… və başqalarının çoxlu məqalələri dərc edilmişdir”. /prof.Q.Voroşil, Minilliklərin canlı şahidləri, Bax: Bəhruz Abdullayev, “Azərbaycan şəxs adlarının izahlı lüğəti”, B.,1985,səh.5/.

* * *

“Azərbaycan şəxs adları” (M.M.Çobanlı ilə müştərək, Bakı,1995) haqqında:

“Son onilliklərdə bu sahəyə/antroponimikaya/ maraq xeyli artmış və bir sıra qiymətli tədqiqat əsərləri yazılmışdır. Belə əsərlərdən biri də filol. elm. doktoru, prof. M.Çobanovla gənc tədqiqatçı, filoloq-jurnalist Müşfiq Çobanlının birgə hazırladıqları “Azərbaycan şəxs adları” kitabıdır… Kitab tədris prosesində adlarımızın düzgün yazılışının elmi əsasda öyrənilməsində şagirdlərin, tələbələrin və müəllimlərin istifadə etməsi üçün yararlı vəsaitdir. Yeni doğulan uşaqlara ad seçmək üçün valideynlərin, rəsmi dövlət idarələrinin, o cümlədən Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı bürolarının, pasport şö’bələrinin, dəftərxanaların və digər idarələrin əməkdaşlarının işinin yüngülləşdirilməsində /adların düzgün yazılışında/ yardımçı olacaq bu kitab, həm də, bədii əsərlərin personajlarına ad seçməkdə kömək etmək baxımından yazıçılar üçün də faydalıdır”. /M.Həkimov, S.Həkimova, “Azərbaycan şəxs adları”, “Təhsil”, N:6/87, /27.X.95/.

* * *

“Azərbaycan xalqı tarix boyu ailədə övladın doğulub, aləmə göz açmasını həmişə sevinc, şənlik və təntənə ilə qarşılamışdır. Bu sevinc və şənliklərdə isə yeni doğulmuş övlada ad qoyurlar. Xalqımızın tarixinə nəzər saldıqda aydın olur ki, ata-ana, qohum-əqraba övlada ad qoyulmasına həmişə nikbin münasibət bəsləmişlər”. Bu sətirlər filol.elm.doktoru, prof.Mədəd Çobanov və Müşfiq Çobanlının bu yaxınlarda nəşr olunmuş “Azərbaycan şəxs adları” (B.,1995) kitabından götürülmüşdür… Ailədə yeni doğulan övladlara ad seçmək üçün böyük əhəmiyyət kəsb edən bu kitab tədris prosesində adlarımızın düzgün yazılışının elmi əsasda öyrənilməsində şagirdlərin, tələbələrin və müəllimlərin istifadə etməsi üçün yararlı vəsaitdir. Bədii əsərlərin personajlarına ad seçməkdə yazıçılar üçün də faydalıdır”. / C.V.Ağayeva, “Azərbaycan şəxs adları”, “Şərqin səsi”, N:8, sentyabr 1996/.
* * *

“Azərbaycan şəxs adları” kitabı haqqında “Azərbaycan müəllimi” /5.XII.1995/ qəzetində redaksiya məqaləsi çap olunmuşdur.
* * *

“Azərbaycan şəxs adları” kitabı haqqında Züleyxa Nadir “Uşaqlarınıza ad qoyanda dağa-daşa düşməyin” adlı rə’y çap etdirmişdir. /”Xalq qəzeti”, N:64/22 206/, 3.IV.1996/.

* * *

“Azərbaycan şəxs adlarının semantikası və orfoqrafiyası” (Tbilisi, 1990) kitabı haqqında:

“Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün vəsait kimi çap olunan həmin kitab Azərbaycan dilçiliyinə qiymətli hədiyyədir. Ondan filologiya fakültəsinin tələbələri, aspirantlar və həmçinin tədqiqatla məşğul olan bütün filoloqlar istifadə edə bilərlər” /Redaksiya məqaləsi, “Ziya”, N:15/954/, 12.VIII. 1992/.

***

“Azərbaycan şəxs adlarının semantikası və orfoqrafiyası” kitabı haqqında S.Əkbərovanın “Gürcüstanda çap olunub” adlı rə’yi çap olunub. /”Səhər”, N:152/445/, 15.VIII.1992/.

***

“Azərbaycan antroponimiyasının əsasları” (Tbilisi, 1983) kitabı haqqında:

“Azərbaycan dilçiliyində antroponimika məsələləri, demək olar ki, həmin müşavirədən /Moskva,1968/ sonra geniş şəkildə öyrənilməyə başlanılmışdır. Bu sahədə Ş.Sə’diyev, M.Adilov, T.Hacıyev, Z.Sadıxov, M.Çobanov, H.Həsənov, H.Əliyev, Q.Dadaşova, A.Salahova, L.Quluyeva və başqaları xüsusi tədqiqat aparmış və ya elmi məqalələr yazmışlar”…
M.Çobanov “Azərbaycan antroponimiyasının əsasları” adlı kitabında adların əsası və semantik qrupları, müştərək adlar, polinim və palindromik adlar, adların abbreviasiyası, mənşəyi, familiya, təxəllüs, ləqəb və onların quruluşu, adqoyma ən’ənələri və s.məsələləri əhatə etmişdir”. /A.Qurbanov, Azərbaycan onomastikası, B.,1986,səh.11-12; Azərbaycan dilinin onomalogiyası,B.,1988,səh.135-136/.

***

“1983-cü ilin mayında Gürcüstan SSR-in Telavi şəhərində Ümumittifaq Onomastika konfransı çağırılmışdır… Müxtəlif bölmə iclaslarında Azərbaycan onomastikasının müxtəlif problemləri ilə əlaqədar A.Axundov, Ş.Sə’diyev, Y.Yusifov, M.Çobanov… yoldaşların maraqlı çıxışları oldu. Azərbaycan onomatoloqlarının həmin konfransda belə geniş miqyasda təmsil edilməsi respublikada bu elmin son zamanlar geniş vüs’ət almaqda olduğunu əks etdirir… Bununla belə, Azərbaycan antroponimləri əsasən son 10-15 il ərzində az-çox sistemli şəkildə öyrənilməkdədir. Bu sahədə bir neçə dissertasiya müdafiə edilmiş, xeyli məqalələr yazılmış, ali məktəblərin bə’zilərində “Antroponimika” elmi “Xüsusi kurs” kimi tədris edilməkdədir. Bu fənn üzrə bir dərs vəsaiti olaraq M.N.Çobanov 1983-cü ildə Tbilisinin “Qanatleba” – ”Maarif” nəşriyyatında “Azərbaycan antroponimiyasının əsasları” kitabını nəşr etdirmişdir. Demək lazımdır ki, Azərbaycan antroponimlərini /əsil şəxs adı, ata adı, familiya, ləqəb, təxəllüs, titul və s./ dilçilər, ədəbiyyatçılar, tarixçilər, etnoqraflar və başqa təd qiqatçılar az-çox tədqiq etsələr də, bu sahədə bu vaxta kimi ayrıca bir dərslik yoxdur və M.Çobanovun kitabı bu sahədə ilk addımdır. M.Çobanovun “Azərbaycan antroponimi¬yasının əsasları” kitabı girişdən və üç bölmədən ibarətdir.
M.Çobanov 1981-ci ildə “Azərbaycan şəxs adları” kitabını “Maarif” nəşriyyatı xətti ilə çap etdirmişdir”. /prof.H.Əliyev, Ümumi antroponimika problemləri, B.,1985,səh.105-106/.

* * *

“Xoş avaz yaradan səslər sisteminə, zəngin lüğət tərkibinə və sabitləşmiş qrammatik quruluşa malik olan Azərbaycan dili haqqında son vaxtlar maraqlı tədqiqat əsərləri və dərs vəsaitləri nəşr olunur. Belə əsərlərdən biri də M.N.Çobanovun “Azərbaycan antroponimiyasının əsasları” adlı dərs vəsaitidir… Vəsait onomastikanın-dilçiliyin xüsusi adları öyrənən şö’bəsinin ən geniş sahəsi olan antroponimiyaya həsr olunmuşdur. Burada onomastika haqqında ümumi mə’lumat, antroponimiya və onun tədqiqat obyekti, ad, adların əsası və semantik qrupları haqqında geniş tədqiqat aparılmışdır. Eyni zamanda müştərək adlar, adların mənşəyi, familiya, təxəllüs, ləqəb, antroponimlərin quruluşu və adqoyma ən’ənələri hərtərəfli işlənilmişdir… Kitabda Azərbaycan antroponimiyası haqqında geniş mə’lumat verməklə antroponimiya istilahları incə filoloji təhlil yolu ilə izah edilmişdir… Müəllif uzun tarixi inkişaf prosesi keçirmiş insan adlarının zərif və incə, tarixi və milli xüsusiyyətlərindən geniş söhbət açır. Düzgün olaraq göstərir ki, adların yaranma tarixi də adı daşıyan xalqın tarixi qədər qədimdir… Müəllif… belə bir düzgün nəticəyə gəlmişdir ki, antroponimlərin təşəkkülündə semantik konversiya aparıcı rola malikdir… Fakt və hadisələrin istər türk sistemli və istərsə də başqa sistemli dillərlə müqayisəli şəkildə şərhi əsəri daha da maraqlı və oxunaqlı etmişdir… Pedaqoji institutların tələbələri üçün nəzərdə tutulan bu vəsait valideynlər və bütün oxucular üçün də gərəklidir. Əminik ki, Azərbaycan dilinin tədrisi prosesində qarşıya çıxan çətinlikləri aradan qaldırmağa kömək edəcək bu vəsait müəllimlərimizin və eləcə də, tələbələrin stolüstü kitabı olacaqdır”. /prof.Ə.Əliyev, “Azərbaycan antroponimiyasının əsasları”, “Sovet Gürcüstanı”, 13.IX.84; “Azərbaycan müəllimi”, N:73 /4075/, 7.IX.84; “Qiymətli tədqiqat əsəri”, “Qələbə bayrağı”, N:22 /5927/,5.II.85/.

* * *

“Azərbaycan dilçiliyində antroponimiya” az öyrənilmiş sahələrdən sayılır. Uzun illərdir ki, dilçilərimiz bu sahədə tədqiqat aparır, antroponimiyanın müxtəlif problemlərini hərtərəfli öyrənməyə cəhd göstərirlər. Bu cəhdlər indiyədək adi qəzet və jurnal məqalələri ilə nəticələnirdi. Dilçiliyin pedaqoji institutlarda müstəqil fənn kimi tədris olunan bu şö’bəsinə dair sanballı elmi əsər və ya dərs vəsaiti həsr etmək nədənsə heç kəsi düşündürməmişdir. Nəhayət, dilçiliyimizdə mövcud olan bu boşluğa son qoyuldu. A.S.Puşkin adına TDPİ-nin əməkdaşı, filologiya elmləri namizədi, dosent Mədəd Çobanov bu işin öhdəsindən bacarıqla gəldi. M.Çobanov irili-xırdalı ona yaxın kitabın müəllifidir. O, demək olar ki, dilçilik elminin bütün sahələri üzrə səmərəli elmi tədqiqat aparır. “Qanatleba” /Maarif/ nəşriyyatı tərəfindən yenicə çapdan çıxmış “Azərbaycan antroponimiyasının əsasları” adlı dərs vəsaiti də M.Çobanovun çoxillik elmi axtarışlarının məhsuludur. Azərbaycan antroponimiyasını sistemli şəkildə tədqiqata cəlb etmək və ona ayrıca elmi əsər həsr etmək M.Çobanovu çoxdan düşündürürdü. Bu məqsədlə də o, pedaqoji institutların filologiya fakültələrinin tədris planlarında nəzərdə tutulmuş “Dilçilikdən xüsusi kurs” proqramı /proqramın müəllifi də M.Çobanovdur/ əsasında “Azərbaycan antroponimiyasının əsasları” adlı vəsaitini çap etdirmişdir… Bu vəsait mühüm elmi əhəmiyyətə malikdir. Kitabdan geniş oxucu kütləsi də istifadə edə bilər” /İ.Əbdüləli, Dəyərli vəsait, “Samqori”, N:54/5846/, 8.V.84/.

* * *

“Son illər ali məktəblərimizin mükəmməl proqram və dərsliklərlə tə’min olunmasına diqqət xeyli artırılmışdır… M.Çobanovun yenicə çapdan çıxmış “Azərbaycan antroponimi-yasının əsasları” əsəri Tbilisidə “Qanatleba” nəşriyyatı tərəfindən buraxılan tədqiqatlardandır… Geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanan bu əsər pedaqoji institutların filologiya fakültəsinin tədris planında nəzərdə tutulmuş “Dilçilikdən Xüsusi kurs” proqramı /proqramın müəllifi də M.Çobanovdur/ əsasında hazırlanmışdır. Vəsait onomastikanın ən geniş sahəsi olan antroponimiyaya həsr olunmuşdur… M.Çobanovun əsəri Azərbaycan dilçiliyində bu sahəyə həsr olunmuş ilk addım kimi qiymətlidir… Olduqca zəngin və çoxcəhətli sahəyə malik olan onomastika və onun sahələrindən biri olan antroponimiyanın müxtəlif tipləri və xüsusiyyətləri bu əsərdə geniş planda, kompleks şəkildə tədqiq edilmişdir. Uzunmüddətli tədqiqat və axtarışların nəticəsi olan zəngin material əsərin müvəffəqiyyətlə yazılmasına səbəb olmuşdur… Dərs vəsaitindən ali məktəb tələbələri, aspirantlar və xüsusi adları rəsmi şəkildə qeydə alanlar istifadə edə bilərlər” /filol.elm.namizədi, dosent A.Salahova, Dəyərli tədqiqat əsəri, “Sovet Ermənistanı”, N:148 /11508/, 10.XII.83/.

* * *

“M.Çobanov “Azərbaycan antroponimiyasının əsasları” kitabında familiyalardan, onların qrammatik xüsusiyyətləri haq-qında daha geniş mə’lumat vermişdir… Azərbaycan antroponimiyasında isə Ş.Sə’diyev, Z.Sadıxov, M.Çobanov, H.Həsənov və başqalarının tədqiqatlarında təxəllüslər haqqında ümumi mə’lumat verilmişdir”. /M.Adilov, A.Paşayev, Azərbaycan onomastikası, B.,1987,səh.19,43/.

* * *

“M.Çobanov Azərbaycan antroponimiyasının müxtəlif cəhətləri ilə bağlı bir sıra tezis, məqalə və monoqrafiya çap etdirmişdir. Onun 1983-cü ildə çap olunan “Azərbaycan antroponimiyasının əsasları” kitabında antroponimlərin leksik-semantik qrupları, quruluşu, adqoyma ən’ənələrindən bəhs edilmiş, köməkçi ad kateqoriyalarından təxəllüs və ləqəbin leksik-semantik xüsusiyyətləri və s.məsələlər zəngin dil faktları ilə təsdiqlənmişdir. Burada diqqəti cəlb edən məsələlərdən biri də müştərək adlar, polinim və polindromik adlar, adların abbreviasiyası kimi məsələlərin geniş şəkildə tədqiqata cəlb edilməsidir… Azərbaycan antroponimikasında A.Qurbanov, M.Adilov, M.Çobanov, H.Həsənov, H.Əliyev, Q.Mustafayeva və başqa tədqiqatçılar məqalə və monoqrafiyalarında ləqəblərin linqvistik, həmçinin üslubi-linqvistik xüsusiyyətlərindən bəhs etmişlər… M.Çobanov isə bu mövzudan /mürəkkəb antroponimlərdən/ geniş şəkildə bəhs etsə də, əsasən, mürəkkəb sözlərin tərkibindəki vahidlərin nitq hissələrinə görə təsnifatı, qrammatik şəkilçilərin mürəkkəb addakı funksiyası, mürəkkəb adlarda fonetik hadisələr və s. kimi məsələləri izah etməyə çalışmışdır. M.Çobanov Azərbaycan antroponimləri ilə bağlı tədqiqatlarını davam etdirərək 1992-ci ildə “Azərbaycan antroponimikasının əsasları” adlı doktorluq dissertasiyası müdafiə etmişdir”. /Ə.Tanrıverdiyev, Türk mənşəli Azərbaycan antroponimləri, B.,1996,səh.13,110, 123,127/.

* * *
“Azərbaycan antroponimiyasının əsasları” kitabı haqqında İ.Qasımovanın /Azərbaycan dilçilərinin konfransında “Azərbaycan müəllimi”, 28.XII.1984/ məqaləsində xülasələrlə rə’y söylənmişdir.

* * *
“Şəxs adları” az-çox tədqiq edilmiş, onlardan bəhs edən kitablar /Ş.Sə’diyev, H.Əliyev, O.Mirzəyev, B.Abdullayev, M.Çobanov/ və bir sıra məqalələr /Z.Sadıxov, M.Adilov və s./ çap olunmuşdur” /prof.Z.Budaqova, Antroponimlərin növləri və mənbələri, “Azərbaycan onomastikası problemləri”nə dair Konfransın materialları”, B., 1986, səh.10/.

* * *

“Azərbaycan onomastikası problemləri” ilə məşğul olan alimlərimizdən 30 nəfəri bu yaxınlarda Özbəkistanın Qarşı şəhərində keçirilən konfransda iştirak etmişdir. Həmin konfransın materialları məcmuə şəklində nəşr olunmuşdur /Daşkənd,1989/. Prof.M.Adilov, prof.T.Əhmədov, prof.Y.Yusifov, prof.Ə.Şükürov, dos.Cəlilov, dos.M.Çobanov, f.e.n. N.Əsgərov, M.Hacıxəlilov və başqalarının məqalələrində Azərbaycan və Özbək onomastik vahidlərinin tarixi paralelliyinin linqvistik təhlil və araşdırmalarla şərh olunması, ayrı-ay-rı vahidlərin leksik-semantik və qrammatik xüsusiyyətləri, həmçinin etimologiyası barədə orijinal fikirlər qabarıq şəkildə müşahidə olunur”. /Ə.V.Tanrıverdiyev, “Azərbaycan onomastikasının tədqiqinə dair” xülasə”, “Azərbaycan onomastikası problemləri”, III.B.,1990, səh.281/.
***
“Azərbaycan dilçiliyində şəxs adları” məsələsi çoxdan ono-moloq alimlərimizin diqqətini cəlb etmişdir. Adların top-lanması və elmi təhlili sahəsində bir sıra işlər görülmüş – məqalələr yazılmış, kitablar çap olunmuş, namizədlik və doktorluq işləri /Z.Sadıxov, M.Çobanov/ müdafiə edilmişdir ” /A.Qurbanov, Azərbaycanlı adları – Uşağa necə ad seçməli, B., 1993, səh.105/.

***

“Familiya. Təxəllüs” (Tbilisi, 1987) kitabı haqqında:

M.N.Çobanovun çapdan çıxmış “Familiya. Təxəllüs” adlı vəsaitində ilk dəfə olaraq Azərbaycan təxəllüs lüğəti verilmişdir. /A.Qurbanov, “Azərbaycan onomastikasının müasir problemləri”, “Azərbaycan onomastikası problemləri”, II,B., 1988, səh.5/.

* * *
Prof. A.Qurbanov “Təxəllüs kateqoriyası”ndan bəhs edərkən M.N.Çobanovun “Familiya. Təxəllüs” kitabından bir mənbə kimi geniş istifadə etmişdir. /A.Qurbanov, Azərbaycan dilinin onomalogiyası, B., 1988,səh.251/.

* * *

“Akademik A.İ.Sobolyevskiyə görə, bizdə /Rusiyada.-M.Ç./ familiya nadir hallarda XIV əsrdən işlənməyə başlanmışdır. A.İ.Selişyevə görə isə XVI-XVIII əsrlərdən işlənmişdir”. M.N.Çobanovun fikrincə, Azərbaycan antroponimiyasında familiya XIX əsrdən yaranmağa başlamış və sovet dövründə rəsmi şəkil almışdır. /R.Z.Əliyeva bu cümləsində bilərəkdən M.Çobanovun mülahizəsini təhrif etmişdir. M.Çobanov yazır: “Azərbaycanlıların hamısı familiyaları eyni vaxtda, bir əsrdə deyil, müxtəlif vaxtlarda, bə’ziləri XVIII əsrdə, bə’ziləri XIX əsrdə, bə’ziləri /hamılıqla – M.Ç./ isə XX əsrdə götürmüşlər”. /göstərilən kitab, səh.12, R.Z.Əliyeva, Azərbaycan antroponimləri tarixi mənbələrdə, “Azərbaycan onomastikası problemləri”, IV,B., 1993,səh.40/.

***

“M.Çobanovun 1987-ci ildə çap etdirdiyi “Familiya. Təxəllüs” kitabında ilk dəfə olaraq familiya və təxəllüslər geniş tədqiqata cəlb olunmuşdur. Müəllif ad və ad sistemi, ata adı məsələlərini türkoloji istiqamətdə şərh etdikdən sonra fa-miliyaların motivləşməsi məsələlərindən bəhs edir və Azərbaycan familiyalarının formalaşmasında üç prinsipin əsas olduğunu myəyyənləşdirir: kişi adı əsasında düzələn familiyalar, qadın adı əsasında düzələn familiyalar, kökü şəxs adı kimi işlənməyən sözlər əsasında düzələn familiyalar. Əsərdə təxəllüslərin mənşəyi, yaranma tarixi, işlənmə məqamları, areal təxəllüslər, təxəllüs və onun avtonimlə üzvlənmə sistemi və s. kimi məsələlər izah olunmuş, 600-ə qədər təxəllüsü əhatə edən “Azərbaycan təxəllüs lüğəti” də verilmişdir… M.Çobanov ləqəblərin strukturu, leksik-semantik xüsusiyyətləri ilə yanaşı, fərdi-şəxsi ləqəb, ailəvi-nəsli ləqəb, məhəlli-kollektiv ləqəb məsələlərinə də münasibət bildirmişdir “/Tədqiqata cəlb etdiyimiz türk mənşəli təxəllüsləri M.Çobanovun “Familiya.Təxəllüs” kitabındakı “Təxəllüs lüğəti”ndən götürmüşük./ “Azərbaycan antroponimikasında” A.Qurbanov, M.Adilov, M.Çobanov, H.Həsənov, H.Əliyev, Q.Mustafayeva və başqa tədqiqatçılar məqalə və monoqrafiyalarında ləqəblərin linqvistik, həmçinin üslubi-linqvistik xüsusiyyətlərindən bəhs etmişlər”. /Əzizxan Tanrıverdiyev, Türk mənşəli Azərbaycan antroponimləri, B.,1996, səh.13-14,-105,110/.

* * *

“Familiya. Təxəllüs” kitabı haqqında prof.A.Qurbanov /Azərbaycan onomastikasının zəruri məsələləri, “Azərbaycan müəllimi”, N:22/6700/,16.III.1988; Onomastika: problemlər və vəzifələr, “Gənc müəllim”, N:11/810/,15.IV.1988/, dos.A.Hacıyev /Onomastik tədqiqatın nəşrinə dair, “Gənc müəllim”, N:11 /810,15.IV.1988/, dos.M.Hacıxəlilov /İkinci onomastik konfrans, “Sovet Gürcüstanı”, N:59/9444/,17.V. 1988/, F.Firidunlu/ Borçalıda xarakterik onomastik vahidlər, Azərbaycan onomastikası problemləri, V,B.,1995, səh.160/ və başqalarının əsərlərində xülasələrdə rə’ylər söylənib.

* * *

“Borçalı toponimləri” (M.M.Çobanlı ilə müştərək, B.,1993) kibabı haqqında:

“Əvvəla, bir Borçalı oxucusu kimi, mən bu buraxılışın ümumi səviyyəsini alqışlayır və onun yaradıcılarına sonsuz minnətdarlığımı bildirirəm. Bildiyimiz kimi “Borçalı illərlə öz ziyalılarının xidmətində dayanıb”-/E.Borçalı/. Çoxları Borçalı mahalının adından, maddi və mə’nəvi sərvətlərindən geninə-boluna istifadə edib, əvəzində isə ona heç nə verməyib. Bu inkarolunmaz faktdır. Nəticəsi isə bu olub ki, indi Borçalı çox ustalıqla gürcüləşdirilir və demək olar ki, tədricən türklərdən təmizlənir”. Əlbəttə, övlad nankor çıxanda valideyn baxımsızlıqdan yadlara möhtac olmaq məcburiyyətində qalar…
Haqqında söhbət gedən buraxılışın ərsəyə gəlməsi sübut edir ki, nəhayət, Borçalının taleyinə yanan qeyrətli oğullar meydana çıxır… Ancaq Borçalı həqiqətlərini açmaqla camaatda öz haqqına inam, qətiyyət hissini gücləndirməklə onları Vətənə bağlamaq, “qaçqın” ləkəsindən xilas etmək olar. Bu mə’nada qəzetdə toxunulan məsələlər müəyyən sahədə peşəkarlıq baxımından qiymətləndirilməlidir… “Borçalı”nın tərəflərini müəllif kifayət qədər izah edib”. /Hürü Əliyeva, “Borçalı toponimləri” barədə”, “Bakı”, N:96/10544,/ 14.IX.1993/.

* * *

“Xalqımızın qədim zamanlardan yaşadığı bütün bölgələrdə, o cümlədən də Gürcüstanda, xüsusilə onun cənub-şərq rayonla-rında, yə’ni qədim Borçalı mahalında ilkin orta əsrlərdən yayılmış zəngin və rəngarəng xüsusiyyətlərə malik olan türk /Azərbaycan/ köklü toponimlərin toplanması və öyrənilməsi bö yük elmi əhəmiyyətə malikdir. Bu baxımdan, filologiya elmləri doktoru, prof. Mədəd Çobanov və gənc tədqiqatçı, filoloq-jurnalist Müşfiq Çobanlının… təzəcə işıq üzü görmüş “Borçalı toponimləri” kitabı xüsusilə qiymətlidir” /filol.elm.namizədi Razim Məmmədli, “Borçalı toponimləri”, “Azərbaycan”, N:78 /842/, 26.IV.1994/.

* * *

“Azərbaycan toponimləri”nin öyrənilməsi ilə başqa alimlərimiz də maraqlanır, əsərlərində yeri gəldikcə bu məsələyə də geniş yer verir və hətta, silsilə məqalələr də çap etdirilər. Bu baxımdan…M.N.Çobanovun… və s. tədqiqatçılarımızın əsərləri dəyərli fikirlərlə zəngindir” /Tofiq Əhmədov, Azərbaycan toponimikasının əsasları,B., 1991, səh.56-57/.

* * *

“Qədim tarixə malik olan Borçalının toponimik laylarının öyrənilməsi Borçalı tarixinin müəyyən səhifələrini açmaq, onu xalqın tarixi möhürü ilə – yer-yurd adları ilə elmi şəkildə əsaslandırmaq deməkdir. Bu mə’nada Borçalı tarixinin yeni səhifələrinin açılması problemlərinin şərhinə “Borçalı toponimləri” kitabında rast gəlirik. Bu kitab geniş bir bölgəni əhatə edən Borçalının tarixən yaşayış məntəqələrinin, yaylaqlarının, qışlaqlarının tarixini əks etdirən ilk əsərdir.
Kitab müəlliflərin “Ön söz”ü ilə açılır, toponimlər, onların tarixi və öyrənilməsinin əhəmiyyəti haqqında qısa mə’lumat verilir, sonra “Gürcüstanda türk”/Azərbaycan/ köklü qəbilə və tayfaların məskunlaşması tarixi” araşdırılır, “Borçalı” toponimi” necə yaranmışdır? sualına ətraflı cavab verilir, “Dədəm Qorqud” ilə səsləşən Borçalı toponimləri”nə, “Gürcüstanda türk köklü oykonimlər”ə /qədim, qədim və müasir, hibrid, təkrar və ya bir neçə variantlı oykonimlər/ nəzər yetirilir…” /filol.elm. namizədi Vaqif İsrafilov, “Borçalı toponimləri”, “Təhsil”, 19.X.1994/.

* * *
“Borçalı toponimləri” kitabının məziyyətləri haqqında “Yurddaş””/N:8/157/,28.XII.1994/, “Azərbaycan dünyası” /N:/15/-75/, 30.XII.1994/, “Vətəndaş” /N:3/86/,20.I.1995/, “Vətən ocağı”” /N:4/24/,16.II.1995/, “Axtarış” “/N:7/ 91/, 9.XI.1994/, “İki sahil “/15.IX.1995/ və s. qəzetlərdə də redaksiya məqalələri çap olunmuşdur.
* * *

Prof. B.Əhmədovun “Az”/qaz, as/qas söz kökləri və ümumtürk toponimikası” adlı məqaləsində də M.Çobanovun tədqiqatlarından bəhs olunub. /Azərbaycan toponimikası probemləri, V,B.,1995, səh.60/.
* * *

“Borçalı toponimləri” /M.Çobanlı ilə müştərək,B.,1996/ kitabı haqqında:
“Şərqin səsi” qəzetində redaksiya məqaləsi çap olunmuşdur /N:8, sentyabr 1996/.

* * *

“Azərbaycan dili” /X sinif üçün dərslik, Tbilisi, 1992/ kitabı haqqında:

“Prof.M.Çobanovun bu yaxınlarda “Qanatleba”/Maarif/ nəşriyyatı tərəfindən buraxılmış “Azərbaycan dili” dərsliyi Gürcüstandakı azərbaycandilli ümumtəhsil məktəblərinin X sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Dərsliklə yaxından tanış olduqda aydınlaşır ki, müəllif qrammatik təhlillərə, fonetik, orfoqrafik, leksik, semasioloji, morfoloji, sintaktik təhlillərə geniş yer ayırmış və onları şagirdlərə hərtərəfli aşılamaqdan ötrü kitaba külli miqdarda çalışma salmış və bu çalışmaların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün nümunələr göstərmiş, onların şagirdlər üçün daha anlaşıqlı olmasına çalışmışdır. Bu, kitabın dərslik kimi qiymətini daha da artırır…” /filol.elm.namizədi R.Məmmədli, “İlk Azərbaycan dili” dərsliyi, “Axtarış”, N:8/64/,13.III.1993/.

* * *

“S.S.Orbeliani adına TDPİ-nin əməkdaşı filol.elm.doktoru, prof.M.N.Çobanovun hazırladığı və Gürcüstan Respublikasının Təhsil Nazirliyinin X sinif üçün dərslik kimi təsdiq etdiyi “Azərbaycan dili” kitabı bu günlərdə Tbilisinin “Qanatleba” /Maarif/ nəşriyyatında işıq üzü görmüşdür. Azərbaycan ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş bu ilk dərslikdə savad tə’limi ilə bağlı problemlər, o cümlədən fonetika, orfoepiya, yazı və orfoqrafiya, həmçinin linqvistik təhlilin aparılması qaydaları geniş şəkildə işıqlandırılmışdır. Kitabda əməli yazıların xarakteri, növləri və onlara verilən tələblər də ətraflı şərh olunmuşdur”./Müşfiq Çobanlı, Gürcüstanda çap olunmuşdur, “Səhər”, N:50/587/, 17.III.1993/.

* * *

“İkinci ildir ki, Gürcüstan Respublikasında yaşayan soydaşlarımızın təhsil aldıqları məktəblərin X-XI siniflərində Azərbaycan/türk/ dili tədris edilir. S.S.Orbeliani adına TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı, filol. elm.doktoru, prof.M.Çobanovun X və XI siniflər üçün tərtib etdiyi “Azərbaycan dili” proqramı Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Bu yaxınlarda “Qanatleba” nəşriyyatı müəllifin həmin proqramlar əsasında hazırladığı “Azərbaycan dili” dərsliyini çapdan buraxmışdır… Dərslik savad tə’limi və əməli yazı hissələrindən ibarətdir. Orada savad tə’limi ilə bağlı problemlər; fonetika, orfoepiya; yazı və orfoqrafiya məsələləri ətraflı işıqlandırılmışdır. Müəllif hər bir məsələ haqqında ümumi mə’lumat verir və onu nümunələrlə izah edir. M.Çobanov linqvistik təhlilin 6 nümunəsinin ayrı-ayrılıqda şərhini vermiş, təhlilin aparılması qaydalarını nümunələrlə izah etmişdir. Kitabın ikinci bölməsində əməli yazıların xarakteri, növləri və onlara verilən tələblər ətraflı şərh olunmuşdur”…/Mətanət Fərzəliyeva, “Azərbaycan dili”, “Azərbaycan müəllimi”, 1,VI.1993/.

* * *

“Müasir dövrün tələbləri səviyyəsində yazılan və Gürcüstan Respublikasının Azərbaycan dilində olan ümumtəhsil məktəb-lərində dərslik kimi istifadə olunan belə kitablardan biri də S.S.Orbeliani adına TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı, filol.elm.doktoru, prof. M.N.Çobanovun “Azərbaycan dili” dərsliyidir…Yeri düşmüşkən qeyd etmək lazımdır ki, M.Çobanov ümumtəhsil məktəblərinin müxtəlif siniflərində, eləcə də ali məktəblərdə Azərbaycan dilinin tədrisi üçün bir sıra proqramlar tərtib etmişdir. Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş həmin proqramlardan hal-hazırda respublikanın azərbaycandilli ümumtəhsil məktəblərində müvəffəqiyyətlə istifadə edilməkdədir… Əməli yazıların hər növünün ən kiçik detallarını da nəzərdən qaçırmayan müəllif onların mahiyyəti, məzmunu və daşıdığı xarakteri e’tibarı ilə müxtəlif olduğunu qeyd edir… Müəllifin gərgin əməyinin məhsulu olan bu dərslik Gürcüstan Respublikasında Azərbaycan dilində olan ümumtəhsil məktəblərinin X sinfində müvəffəqiyyətlə tədris olunur”. /filol. elm. namizədi R.Məmmədli, filol.elm.namizədi B.Xəlilov. “Azərbaycan dili”, “Qurtuluş”, 24-30.VII.1993/.

* * *

“Ölkəmizin daxilində orta məktəb şagirdləri kitab sarıdan korluq çəkdiyini görəndə gözlərimin önünə respublikamızdan kənarda, xüsusilə Gürcüstan Respublikasında yaşayan soydaşlarımız gəlir… Məhz bu baxımdan filol.elm.doktoru, prof. M.N.Çobanovun Gürcüstanın “Qanatleba” /Maarif/ nəşriyyatında çap etdirdiyi “Azərbaycan dili” dərslikləri /X-XI siniflər üçün/ diqqəti cəlb edir. Hər iki kitabın biri digərini tamamladığı üçün onlar haqqında fikirlərimizi birlikdə bildirmək istəyirik… Hər iki kitab Gürcüstan Respublikası Təhsil Nazirliyində təsdiq edilib.
Bu əsərlərin meydana çıxması obyektiv zərurətdən doğulmuşdur. Belə ki, Gürcüstandakı orta məktəblərdə rus dilinə ayrılan saatlar azaldılanda filol.elm.doktoru, prof. M.Çobanovun şəxsi sə’yi, milli qeyrəti və vətəndaşlıq borcu nəticəsində X və XI siniflərə “Azərbaycan dili” dərsi salınmışdır. Lakin, ilk növbədə Gürcüstan Təhsil Nazirliyində onun qarşısına belə bir şərt qoyulmuşdu: proqram və dərslik hazır olmasa həmin saatlar ləğv ediləcək. /O dövrdə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin X-XI siniflərində “Azərbaycan dili” dərsləri keçilmirdi.-M.Ç./. Odur ki, M.Çobanov çox qısa vaxtda proqram və dərslik yazıb çap etdir-mişdir…
X sinif üçün nəzərdə tutulmuş “Azərbaycan dili” dərsliyində, əsasən savad tə’limi ilə bağlı problemlər öz əksini tap-mışdır… Burada maraq doğuran cəhətlərdən biri sözün sətir-dən-sətirə keçirilməsinin elmi izahıdır. Çünki orta mək-təblərimiz üçün Azərbaycan dilinə aid yazılan kitablarda sözün sətirdən-sətirə keçirilməsinin sadə yolu göstərilir. Lakin müəllif sözün sətirdən-sətirə keçirilməsi qaydaları üzərində dayanır və bunu üç mühüm prinsiplə əlaqələndirir: 1. heca vahidliyi prinsipi; 2. söz kökü vahidliyi prinsipi; 3. qrafik vahidliyi prinsipi.
“Azərbaycan dili” kitabının əsas məziyyətlərindən biri də əməli yazılar haqqında ilk dəfə sistemli mə’lumatın verilməsi və əməli yazılara aid müxtəlif səpgili nümunələrin kitabda öz əksini tapmasıdır. Aydın bir həqiqətdir ki, orta məktəbi bitirən şagirdlərin 90-95%-i ərizə, arayış, müqavilənamə, protokol, xasiyyətnamə, tərcümeyi-hal və s. yaza bilmirlər. Məhz bu baxımdan kitabda əməli yazılara aid verilən nümunələrin şagirdlərin ehtiyacını ödəyəcəyinə zərrəcə şübhə yeri qalmır. Orta məktəb təcrübəmə istinad edərək qeyd etmək istəyirəm ki, orfoepiyaya dair mə’lumatın verilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Çünki orta məktəb şagirdləri orfoepik normanı mənimsəməkdə çətinlik çəkirlər… Orta məktəb şagirdlərinin əksəriyyəti savadlı yaza bilmirlər… Bunları nəzərə alan M.Çobanov yazı, orfoqrafiya haqqında şagirdlərə kitabında ətraflı mə’lumat verir…” /filol.elm.namizədi İ.Bayramov, Dilin öyrənilməsi qrammatika dərsliyindən başlayır, “Təhsil”, N:21/52/, 17.XI. 1993/.

* * *

“Azərbaycan-türk dili” /XI sinif üçün dərslik, Tbilisi, 1993/ kitabı haqqında:

“XI sinif üçün dərslik isə 6 bölmədən ibarətdir: 1.Dil haqqında ümumi mə’lumat, 2.Dünya dilləri, 3.Azərbaycan ədəbi dili, 4.Azərbaycan ədəbi dilinin üslubları, 5.Azərbaycan-türk dilinin ləhcələri, 6.Nitq mədəniyyəti və onun ümumi məsələləri. Müəllif hər bir bölməni görkəmli şəxsiyyətlərdən /Ş.İ.Xətai, Ə.H.Bəhmənyar, G.Sönməz, Nizami və b./ götürdüyü epiqraflarla başlayır ki, bu da inanırıq ki, şagirdlərin marağına səbəb olacaqdır”.
M.Çobanov şagirdlərin maraq dairəsinə uyğun formada di-lin ictimai mahiyyətini izah edir, ümumxalq əhəmiyyətindən geniş danışır… Azərbaycan dilinin türk dillərindən biri olduğu mə’lumdur. Lakin orta məktəbi bitirən şagirdlərin əksəriyyəti, demək olar ki, bundan xəbərsiz olur. M.Çobanovun türk dilləri ailəsindən söhbət açması kitabın müsbət cəhətlərindəndir… Azərbaycan dili haqqında klassik yazıçılar və alimlərin mülahizələri də dərslikdə verilir ki, bu da xüsusi maraq doğurur. M.Çobanov Azərbaycan dilinin tarixən Qafqazda və Yaxın Şərqdə ünsiyyət vasitəsi olduğunu, görkəmli tarixi şəxsiyyətlərin diqqətini cəlb etdiyini göstərir və X.Təbrizidən, M.F.Axundovdan, F.Köçərlidən, N.Nərimanovdan, eləcə də dünya korifeylərindən F.Bodenşteddən, Şarden, B.Meynardan, Y.Vaydenbaumdan və b. misal gətirərək fikirlərini əsaslandırır.
Kitabda orta məktəblər üçün yazılmış Azərbaycan dili dərs-likləri üçün xarakterik yenilik nitq mədəniyyətinə xüsusi yerin verilməsidir ” /İ.Bayramov, Dilin öyrənilməsi qrammatika dərsliyindən başlayır, “Təhsil”,N:21/52/,17.XI.1993/.

* * *

“Azərbaycan dili” kitabı haqqında filol.elm.namizədi Ş.Məmmədlinin rə’yi çap olunub. /”Gürcüstan”,9.IV.1993/.

* * *
“Azərbaycan dili” kitabı haqqında rə’y çap olunub. /M.Fərzəliyeva, “Gürcüstanda tədris olunur. Bəs bizdə?”, “Qarabağ”, N:5/138/,4.II.1993/.

***


“Borçalı ensiklopediyası”, III, Borçalı ulduzları: hərbçilər, polislər və hüquqşünaslar. (Bakı, 2001).

“Artıq, son illərdə Borçalının tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, hətta, dilimizin Borçalı şivələri ilə bağlı bir sıra sanballı monoqrafiyalar çap olunmuş və məqalələr dərc edilmişdir, bir növ, Borçalışünaslığın əsası qoyulmuşdur.
Borçalışünaslığın ən yeni və həm də ən sanballı tədqiqat əsəri çoxcildli “Borçalı ensiklopediyası”nın üçüncü bölməsi ilə bu günlərdə tanış oldum… Oxucularımızın öhtəsinə verilmiş “Borçalı ensiklopediyası”nın üçüncü bölməsi “Borçalı ulduzları: hərbçilər, polislər, ədliyyə işçiləri” adlanır… “Borçalı ensiklopediyası”nın yaranması zərurəti, Borçalışünaslığa dair çap olunmuş əsərlərin ümumi xülasəsi, ensiklopediyanın ümumi perspektivləri, Borçalı ulduzları və s. haqqında çox yığcam halda elmi məlumat verilmişdir.
Ensiklopediyanın “Ön söz”ünü oxuyub başa çatanda adam bir anlığa həm heyrətlənir, həm də qeyrətlənir. Heyrətlənir ona görə ki, son on illərə kimi adının söylənməsi belə qadağan olan Borçalı qarapapaqları arasında onlarla görkəmli dövlət xadimləri, hərbi sərkərdələr yetişmişdir. Onlardan bixəbər idik… Qeyrətlənir ona görə ki, Borçalının görkəmli hərbi sərkərdələrinin hərb yolu gənc nəslimiz üçün örnək olur. Onları igidliyə, cəsurluğa, qəhrəmanlığa, Vətənin keşiyində möhkəm dayanmağa, düşməni yerindəcə əzməyə, məhv etməyə səsləyir. “Borçalı ensiklopediyası”nın bu bölməsi həm tarixilik, həm də vətənpərvərlik tərbiyəsi baxımından təqdirə layiqdir.
Ensiklopediyanı vərəqlədikcə Borçalının qeyrətli oğullarının, sərkərdələrinin həyat yolu XIII əsrdən üzü bəri bir film kimi ardıcıllıqla göz önündən keçir… Borçalı tarixində ilk təşəbbüs olan bu ensiklopediyanın ən yüksək məziyyətlərindən biri də onun tədqiqat zamanı tarixilik, elmilik və məntiqçilik prinsiplərinə əməl olunmasıdır. Ensiklopediya Borçalı tarixini öyrənənlər üçün ən yaxşı vəsaitdir…” (tarix elmləri namizədi, I dərəcəli kapitan N.A.Əliyev, “Şərqin səsi”, N-1-2 (65-66), yanvar 2002).

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir