Fatma Yıldırım “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub » ZiM.Az

 

TƏBRİK EDİRİK!..

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fatma Yıldırım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

Bu barədə deputat
özünün Facebook səhifəsində yazıb:

“Əziz həmvətənlər!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə təltif edildiyim “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı bugün Milli Məclisdə mənə təqdim edildi.

Ulu Öndərimizin adını daşıyan bu yüksək medalla məni təltif etdiyinə görə möhtərəm cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.”

Biz də redaksiya heyətimiz adından çox hörmətli Millət vəkilimiz Fatma xanım Yıldırımı ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar, yeni-yeni nailiyyətlər arzulayırıq!..

Müşfiq BORÇALI,
AYB-nin və
AJB-nin üzvü,
filologiya üzrə
fəlsəfə doktoru

ZiM.Az

 

 

 

Загрузка. Пожалуйста, подождите…

 

 

Source link

Paylaş: