Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub » ZiM.Az


Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub TƏBRİK EDİRİK!..

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub.
Kitabın elmi redaktoru və “Mənbəşünas hünəri” adlı ön sözünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.
Tərtib edəni Türkiyə Cümhuriyyəti Fırat Universitetinin əməkdaşı Növrəstə Rüstəmlidir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Gülnar Səma ZiM.Az-a bildirib ki, 672 səhifəlik kitab müəllifin son 10 ildə beynəlxalq elmi sistemlərə daxil olan nüfuzlu jurnallarda, dövri mətbuat orqanlarında, məcmuələrdə nəşr edilmiş elmi və elmi-publisistik məqalələr toplusundan ibarətdir.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitab arxiv materialları, məxfi sənədlər əsasında yazılmış əsərlərin əksəriyyəti faktoloji yeniliyi, təhlil və dəyərləndirmə fərqliliyi ilə seçilir.
Toplu “Siyasətin siqləti və qüdrəti”, “Cümhuriyyət məfkurəsi”, “Elm məbədgahları”, “C.Cabbarlı irsindən araşdırmalar”, “Milli mətbuat tariximizdən”, “Milli ədəbiyyatımızın klassikləri”, “Ədəbi portretlər” başlıqlı yeddi bölümdən ibarətdir.

Biz də redaksiya heyətimiz adından dəyərli ziyalımız, tanınmış alimimiz, görkəmli Azərbaycan ədəbiyyatşünası, çox hörmətli professor Asif Rüstəmlini yeni və eyni zaqmanda, olduqca qiymətli bir əsərinin çap olunması münasibətilə ürəkdən təbrik edirik və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş: