ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN… » ZiM.Az


ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN...

ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN...
ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN...
ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN...
ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN...
ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN...
ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN... ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN... ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN...

ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN... ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN...

Təbii ki, ziyalı ailəsi olduğumuz üçün, demək olar ki, hələ uşaqlıqdan Gürcüstan, Borçalı əsilli bütün tanınmış alimlərimizi, şair və yazıçılarımızı tanıyırdım. Onların arasında Mədəd müəllimin xüsusi yeri var idi.
Həqiqətən mənə xoşbəxtlik nəsib olub ki, mən Mədəd müəllimlə şəxsən tanış olmuşam, bir neçə dəfə görüşmüşük, hər dəfə də bir-birindən şirin, mənalı, məzmunlu və unudulmaz söhbətlər etmişik.
Rəhmətlik atam Yusif Yusifli “Gürcüstan azərbaycanlılarının ədəbiyat tarixi” adlı kitabı üzərində işləyirdi. Həmin illərdə Mədəd müəllim bir neçə dəfə Qaş Muğanlıda ailəmizin qonağı olmuşdu. Müdrik ağsaqqalımız – yurd, el-oba sevdalısı, görkəmli türkoloq və toponomist alimimiz, Türk Dil Qurumunun üzvü, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov elə o görüşlərdən mənim qəlbimi fəth elimişdi.
Elə ona görə də mən Qubernatorun müavini olduğum dövrdə, Mədəd müəllim hər dəfə Bakıdan Borçalıya gələndə çalışırdım ki, mütləq mən də onu qarşılayanlar arasında olum, onunla görüşüm, onunla həmsöhbət olum. Çünki Mədəd müəllim həm də çox maraqlı həmsöhbət idi! Hörmətli qonağımızın hər gəlişi sözün əsl mənasında bayrama çevrilirdi. Onunla görüşüb söhbət etməkdən heç zaman doymazdıq.
2017-ci ilin yazında mətbuatda oxudum ki, Bakı şəhərində Mədəd müəllimin 80 illik yubileyi keçiriləcək. Mən hörmətli alimimizin oğlu Müşfiq müəllimə zəng etdim, dedim ki, sözsüz ki, biz də yubilyarımıza şəxsi və rəsmi təbriklərimizi göndərəcəyik. Bakıda keçiriləcək Yubiley tədbirində bizim də nümayəndəmiz iştirak edəcək və bizim təbriklərimizi çatdıracaq. Ancaq biz istəyirik ki, yubileyin yekun tədbirini Bakıda yox, Gürcüstan Azərbaycanlıları Konqresin təşkilatçılığı ilə məhz doğma Borçalımızda keçirək. Çox sağ olsun, Müşfiq müəllim, təklifimizi bəyəndi, razılaşdıq. Hörmətli professorumuzun 80 illiyi ilə bağlı yubiley tədbirləri Bakıdan sonra Gürcüstanda davam elədi. Əvvəlcə doğma Darvaz kəndində, sonra Tbilisi şəhərində, daha sonra isə Marneuli şəhərində bir-birindən maraqlı yubiley tədbirləri keçirildi. Bununla bağlı həm də onun adına Xeyriyyə Fondu yaradıldı. Biz, Gürcüstan Azərbaycanlıları Konqresi olaraq bütün tədbirlərdə yaxından iştirak etdik, üstəlik də özümüz Konqresdə “Mədəd Çobanov – 80” adlı yaddaqalan tədbir də keçirdik. Həmin tədbir həm də yubileyin yekun tədbiri oldu. Çox böyük sevinclə ağsaqqlımızın əhatəsində olduq. Həmin gün bizim üçün əziz və unudulmaz bir xatirəyə çevrildi.
Xüsusi olaraq qeyd edim ki, həmin vaxt Marneuli şəhərində bir-birindən fərqli və bir-birindən gözəl iki möhtəşəm yubiley tədbiri keçirildi. Həmin tədbirlərdən biri – 2017-ci il avqustun 22-də Marneuli şəhər və rayon rəhbərliyinin ZiM.Az – “Ziya” və “Zirvə” İnformasiya Mərkəzlərinin və Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin birgə təşkilatçılığı ilə Gürcüstanın Marneuli şəhərindəki “Çay Evi – Muğam” Tədris-Mədəniyyət Mərkəzində, digəri isə 2017-ci il avqustun 25-də Gürcüstan Azərbaycanlıları Konqresində, (GAK) Gürcüstan Azərbaycanlıları Konqresi və Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutdu.

Rəsmi və bədii hissələr olmaqla, iki hiisədən ibarət olan hər iki tədbirdə Marneuli bələdiyyəsinin rəhbər şəxsləri, Gürcüstan Parlamentinin deputatları, hokumət və qeyri-hokümət nümayəndələri, Azərbaycan Respublikasının və Türkiyənin Gürcüstandakı səfirliklərinin nümayəndələri, diplomatlar, alimlər, müəllimlər, yazıçılar, şairlər, jurnalistlər, ictimai xadimlər, yubilyarın yetirmələri -keçmiş şagirdləri, tələbələri və aspirantları, tədbirə dəvət olunmuş qonaqlar, eləcə də yubilyarın yaxın qohumları iştirak etdilər.

Eyni zamanda, sevimli alimimizin əsərlərinin də sərgisi təşkil olunduğu hər iki tədbir rəsmi hissədən sonra bədii hissə ilə davam etdi, alimimizin şərəfinə “Ağ ev” restoranında geniş ziyafət verildi, mədəniyyət və incəsənət xadimləri, saz-söz ustaları, aşıqlar və müğənnilərin iştirakıyla sanki gözəl bir konsert təşkil olundu, sözün əsl mənasında, böyük bayram əhval-ruhiyyəsi yarandı…

Onu da qeyd etməliyəm ki, Mədəd müəllim Konresimizin yaxın dostu və Fəxri üzvü idi.
Biz yubiley tədbirində Mədəd müəllimi həm də Gürcüstan Azərbaycanlıları Konqresinin Fəxri Fərmanı ilə də təltif etmişdik. Bu mükafat barədə o sonralar da həmişə ağızdolusu danışırdı. Mədəd müəllim həmişə təbii, səmimi olana çox böyük önəm verirdi. Süniliyi, saxtalığı heç vaxt sevməzdi, yaxın qoymazdı!..
İcazənizlə, unudulmaz alimimiz – akademik Mədəd Çobanovla əlaqədar təşkil etdiyimiz daha bir tədbir haqqında xüsusi olaraq dayanmaq istəyirəm: 2023-cü il iyulun 22-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində GAK-ın təşkilatçılığı ilə dünya şöhrətli alimimizin xatirəsinə həsr olunmuş Anım mərasimi keçirdik.

Alimin əsərlərinin də sərgisinin təşkil olunduğu həmin tədbirdə Azərbaycandan və Gürcüstanın müxtəlif bölgələrindən gəlmiş elm, mədəniyyət xadimləri, Mədəd Çobanovun ailə üzvləri, dostları, keçmiş tələbələri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Elimizin gəncləri də orada idi, yaşlı nəsili də, şairləri də, yazarları da… (Bu barədə kitabın sonunda ətraflı məlumat verilib – Redaktor.)
Fürsətdən istifadə edərək, bir daha həmin isti yay günündə əziyyət çəkib, heç zaman yeri dola bilməyəcək dəyərli bir ziyalımızın Anım mərasiminə toplaşan bütün insanlara təşəkkür etmək istəyirəm. Bilirsinizmi, bu gün biz bütün Borçalılılar özümüzü Mədəd müəllimin övladı hiss edirik. Çünki o dünya şöhrətli böyük bir alimdir. Elimizin fəxridir. Bir sözlə, Mədəd müəllim sonsuz dərəcədə vətənpərvər, yurdsevər və sözün əsl mənasında Borçalı aşiqi idi!
Əməyimiz keçən bütün tədbirlər, deyilən xoş sözlər halalı olsun Mədəd müəllimin!
Onun yüzlərlə tanınmış tələbəsi olub. Hesab edirəm ki, bu, hər müəllimə, hər pedaqoqa nəsib olmur!
Mədəd müəllimlə bağlı bir təkrardan da yorulmaq bilmirəm: deyirəm ki, hörmətli professorumuzun onlarla əsəri arasında ən şahanələrindən biri oğlu Müşfiq müəllimdir! Öz adı-sanı, hörməti, dəyəri olan Müşfiq müəllim!
Təkcə Darvaz elinin, təkcə Borçalının deyil, bütün Türk dünyasının fəxrlərindən olan Mədəd Namaz oğlu Çobanova uca Allahdan rəhmət diləyirəm! Məkanı cənnət, Ruhu şad olsun!
Ürəklərdə yeri var Mədəd müəllimin! O, əbədi olaraq həmişə qəlbimizdə yaşayacaq.

ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN... HÜSEYN YUSUBOV
Gürcüstan Respublikası
energetika nazirinin sabiq müavini,
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri

ZiM.Az

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş: