MƏN BİR İGİD TANIYIRAM – ŞƏHİD HÜSEYN TAĞIYEV » Zirvə.info

MƏN BİR İGİD TANIYIRAM - ŞƏHİD HÜSEYN TAĞIYEV
ŞƏHİDLİK
ZİRVƏSİNƏ
UCALANLAR

Qövr elədi yenə yaram,
Ürək ağlar aram-aram,
Qismət olsa qayıdaram,
Salamat qal Nazlı balam,
Gülər üzlü Ayşə yarım.

Dönməyəcəksən, bilirəm, Hüseyn…
Mən sənin yanına gələcəyəm…

Yenə yuxuma gəlmişdin, gözlərindən gülən yarım, sevgi payım, axı sənsizliyin məni yandırıb yaxır.

Yuxularımda əlimi uzatsam belə, sənə catmır Hüseyn.

Yoxluxuğunla gündüzüm gecəyə, gülüşüm də qışın sazağında dodaqlarımda donan buza bənzəyir.

MƏN BİR İGİD TANIYIRAM - ŞƏHİD HÜSEYN TAĞIYEV Sən məni itirməkdən çox qorxurdun, indi çox sevdiyin yarını sənsizliyə, yalnızlıga məhkum etmisən.

Getdin, Vətən səni gözləyirdi.
Qorxduğum bir şey vardı, adı – sənsizlik.
Şəhadətin mübarəkdir, Hüseyn!..

Oğullarımız Ana kimi sevdiyimiz Vətən torpaqları uğrunda gözlərini belə qırpmadan silaha sarıldılar.
Belə oğullardan biri də çavuş Hüseyn Oqtay oglu Tağıyevdir.

O, 08 avqust 1991-ci ildə Bakı şəhərində anadan olub.

Uzun müddət Daxili qoşunlarda Vətənə xidmət edib.

Torpaqlarımızı azad etmək üçün cəbhəyə yollanıb.

MƏN BİR İGİD TANIYIRAM - ŞƏHİD HÜSEYN TAĞIYEV Hər zaman “Torpaqlarımızı düşmən tapdağından azad edəcəyəm!” – deyən Hüseyn Tağıyev 2015-ci ildən müddətdən artıq xidmətdə olub.

Aprel döyüşlərində iştirak edib.

“Torpaqlarımızı azad edib, qızım Nazlını o torpaqlarda gəzdirəcəyəm!” – deyən igid oğul Hüseyn Tağıyev torpaqlarımızın azad olunmasında iştirak şücaətlə edib.

Ancaq arzuladıgı arzunu yerinə yetirə bilməyib…

Kəşfiyyatçı kimi xidmət göstərən Hüseyn 24 oktyabr 2020-ci ildə Fizuli rayonunun Alxanbəyli kəndində atılan minamiyot gülləsi nəticəsində 11 kəşfiyyatcı dostlarıyla birlikdə şəhid olub.

Bu gün şəhidimizin qızı Nazlı balamızın vətənpərvər böyüməsində şəhidimizin ömür gün yoldaşı Ayşə xanımın böyük xidməti var.

Ölümündən sonra Azərbaycan Respulikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə “Vətən ugrunda” və “Füzulinin azad olunmasına görə” medallarıyla təltif edilib.

Şəhidimizin xatirəsini əbədiləşdirmək üçün bulaq kompleksi, oxuduğu məktəbdə sinif otağı da Hüseyn Tağıyevin adını daşıyır.

MƏN BİR İGİD TANIYIRAM - ŞƏHİD HÜSEYN TAĞIYEVMƏN BİR İGİD TANIYIRAM - ŞƏHİD HÜSEYN TAĞIYEV

Düşmən gördü hünərini,
Alqışlayaq zəfərinin.
Günəşlidir səhərin,
Şerim, dastanım mənim,
Azər-baycanım mənim.

MƏN BİR İGİD TANIYIRAM - ŞƏHİD HÜSEYN TAĞIYEV Hüseyn Tağıyev doğma yurd üçün, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etdi.

Şəhidlər Ölməz, Vətən bölünməz!

Raziyə KAMİLQIZI,
Zirve.info-nun redaktoru,
AYB və AJB-nin üzvü

ZiM.Az

.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Paylaş: