MUTLU TÜRK
Türkün paşası çoxdu
Yeganədir Atatürk;
Türkün bağrından qopan,
Bir danədir Atatürk.
“-Mən mutlu Türkəm deynə”-
Demiş öz zamanında.
Paşam nə mutludur Türk,
Atlı-qanadldır Türk!
Hər bir söz,zamanında,
Dəyişərsə,pozulmaz,
O min yerə yazılar,
Bir başqa cür yozilmaz.
* * *
Salam,Millət atası,
Sevimli Ulu Rəhbər,
Mən səni də sevirəm,
Ulu Peyğəmbər qədər.
Millət ucaldan kəsi,
Tanrı da uca tutar,
O nurlu sifətində
Gələcəyin haqqı var.
* * *
Tutduğum yol Haq yolu,
Üstündən illər keçər.
Nəsillər arxasınca
Təzə nəsillər keçər.
Mətləb birdir,muraz bir,,
Bu deyil dövlət sirri,
Türk əsri etməliyiz
İyirmi birinci əsri!..
* * *
Tanrının yaratdığı
Ən Ali millətik biz,
Sizin tək dühalarla
Aləmə şöhrətik biz.
Ey namlı Paşam mənim,
İnamlı Paşam mənim,
Siyasət münnəcimi,
Unamlı Paşa mənim!
* * *
Sənin qalın qaşların,-
Qartalın cifti qanadı.
Sənin mavi gözlərin,
Səhv eləməz aynadı.
Sən Türkün Tarixinə
Qızıl xətlə yazıldın,
Haq naminə söyləsək,
Ədalətlə yazıldın.
* * *
Unudulmaz heç zaman
Ərzirumdan qalxdığın,
Düşmənin başı üstə
İldırım tək çaxdığın.
Unudulmaz heç zaman
Qılıncların görüşü,-
Təkrarı görünməmiş
Çanaqqala döyüşü!..
* * *
Duysana qurd səsini,
Turanımı doğur Türk.
Bu bir ilahi hökm…
Dəryaca inamımdır.
Bütövləşən vicdanım,
Var olan imanımdır.
O dünən Atatarküm,
Bu gün Ərdoğanımdı…
XAN ƏMRAH
Aşıq Xan Əmrah Gülməmmədov
və Dədə Hüseyn Saraclı dostluğu haqqında ağıt
Aşıq deyər taleyimlə barışdım,
Ustadımın torpağına qarışdım.
Səsin duydum,əhvalını soruşdum,
Dedi:Oğul, yerindəmi el-ova,
Heç duşumdan əl götürmür yurd-yuva!..
* * *
Yerə girdim,daldey bucaq aradım,
Sığınmalı isti qucaq aradın.
Borçalımı ocaq-ocaq aradım,
Dedi:Oğul,olan olub,bərk dayan,
Ata-ana yarıtmaz ki,ağıayan…
* * *
Aşıq deyər,qış dərdinə yaz qalar,
Aşıq ölər köynəyində saz qalar,
Payız vaxtı,daldeydə bir qoz qalar,
Eh,ona da- “sonda qalma!” -deyərlər,
Qarğa-quzğun gözlərini oyarlar…
* * *
…Dözəmmədim,məzar üstə yürüdüm,
Zülmətlərdə bir şam kimi əridim,
Cəsədimi öz yanımca sürüdüm.
Ustadımı çox pərşan gördüm mən,-
Bu halımla ölüb yerə girdim mən…
* * *
Qəbir üstün ot-əncərlər basmışdı,
Baş daşını sayğısızlıq üzmüşdü…
Bu da mənim amanımı kəsmişdi,
Təkbaşıma inləyirdim,ey ürək,
Mələiyirdim yetim qalmış quzu tək..
Əmrahımın dörd oğulu var idi,
Şambədöyü “mərd” oğulu var idi…
Sabah üçün “pərt”oğulu var idi,
Düşünürdüm nə deyəsən onlara,
Nə danışıb söylüyəsən onlara?!…
* * *
Yanıb-yanıb Saraclını düşündüm,
Mən onu da anıb-anıb,üşündüm…
Gecəgözü qanqallıqda eşindim,
Eh,onu da görər oldum “röya”da,-
O da dostsuz dözmədi bu fəryada…
* * *
Şair bu da , bir dərs oldu çoxuna,
Dərdi qovdu,ölmü aldı yaxına…
Baxmadı dünyanın bu var-yoxua,
Qırxıncı gün öz Yarına qovuşdu;
Yaxın dosdun torpağına qarışdı…
* * *
Bu bir tarix oldu görüb-bilənə,
Göz yaşını etibarla silənə…
Kimsə ölsə, heç deməyin mənə nə?!
Allahıma daha yaxın oldu de,
Ölməz idi,o səbəbdən öldü de!..
NAZİM HİKMƏTƏ
Bu nə qədər,nə yazı,
Bir cavab ver,ay qağa,
Ayaq boyda yer tapmadq
Vətəndə baş qoymağa?!
Tirenlər keçər gözümdən,
Kçər dənəvər-dənəvər,
Yığışıb çoluq-çocuqlar,
Baxar münəvvər-müəvvər.
Mehmedim halım yaman,
Yaralı bir durnadan…
Səslənirəm Varnadan,
Hay verməyir Münəvvər!..
Balalar qaldı çöllərdə,
Gülümüz batdı lillərdə.
Nə gördük qürbət ellərdə,
Anaq bətəvər-bəxtəvər?!
Biz saz tutub söz yazalı,
Qərib bir ozan misalı,
Əlimiz yurda uzalı
Yandıq səməndər-səməndər…
Hey!Gidi Hİkmətin oğlu,
Dünya “Min bir gecə” nağlı,
Şəhrizadmı çaldı ağlın,-
Düşdük dərbədər-dərbədər?!
Düşünəndə ağlım çaşır,
İçimdə qurdlar ulaşır.
Quşlar təki plrıldaşır
Körpə nəvələr,nəvələr…
Hayıf bir çıraq yaxmadıq,
Qəhri-zülmətdən çıxmadıq,
Yar üzünə bir baxmadq
Barı hünərvər-hünərvər…
Ustad,bizi dərd aldatdı,
Mərd susdu,namərd aldatdı…
Başımlzı dövran qatdı
Bir də nəğmələr,nəğmələr…
Hanı Nazimin qarısı,
Saçları saman sarısı…
Balından küsmüş arısı
Qaldı südəcər-südəcər.
Bu nə həsrət bu nə kədər,
Səndən betər,məndən betər,
İstanbulum bizim qəgər,
Həsrətini sevər,sevər…
Trenlər keçər gözümüzdən,
Biz keçməriz sözümüzdən…
Şairlər keçər izimizdən,
Keçər qələndər-qıləndər…
Mavi gözlü divim Nazim
Yaşıl telli sərvim Nazim
Sən bir tarix,təqvim,Nazim,
Hər kəs vərəqlər…vərəalər…
Gedək Nazimi yoxlayaq,
Həsrət tüstüsü qoxlayaq,
Vətən deyibən ağlayaq
Biz də bir gədər ,bir qədər…
OSMANLI ÇİNARI
Bursada qocaman bir çinar vardır,
Bitib Osmanlının lap göbəyində.
Təpədən tırnağa əhddir-ilqardır,
Dünyamız fırlanır göz bəbəyində.
Ay da ordan doğur yıldızlarıyla,
Günəş də bərq vurur ordan aləmə.
Onunla Yer dostluq eyləyir göylə,
Əbədi nur saçır eşq piyaləmə…
Çinarın dibindən sular çağlayıb
Mayasın götürür o Ulu dağdan.
Ona Ulu çeşmə könül bağlayıb,
Olublar əzəldən bir ruh,bir bədən…
Körpə bir uşaq tək qorunur Çinar,
Hər türlü qəzadan,oddan-ocaqdan.
Böyük insanlığa yarınır Çinar,-
Qonağı əksilmir yaxın- uzaqdan…
Könlün istəyirsə yaylaqlara qalx,
Dolan qucağında sıx ormanların.
Fatehin kəlamın xatırla hər vaxt,
Hər dürlü meyvəsin dər zamanların…
Sonra Bursdaya bax yurdu qucaqla,
Eyiboğulları hotelində qal.
Ya Qışda xizək sür,yarla qol-qola,
Ya Yayda yıldızlı Aya qonaq ol…
Mən saydım,sonacan saya bilmədim,
Çinarın o əlvan yapraqlarını.
Hayqırdım,qışqırdım düya bilmədim,
Kökdən ayrı düşən budaqlarını…
Bir deyil,beş deyil,-yıldızlarcadı…
Onun say-hesabın bir ALLAH bilər.
Türk,vallah,Allahla yarıalmadı
,O hər vaxt-Bəşəri salama gələr…
Orda çörək kəsdim mən Gürcülərlə,
Şirin bir ləhcəylə Türkcə qonuşduq.
Oy,necə gəlmişdi ürəklər dilə!-
Qovuşub goylərdə quş tək uçuşduq…
Ürək bir olanda,dil də bir olur,
Qur’an ayəsi tək oxunur sözlər.
Könül kövrələndə, gözlər də dolur,
Dərhal köprülənir çaylar,dənizlər…
Orda göz yaşının aynasında mən,
Bakını,Tiflisi görüb duyuram.
O dəm BORÇALIMIZ keçir içimdən,
Çinar yapraqların varaqlayıram…
Bursada qocaman bir çinar vardır,
Vallah,çevrəsinə örkən dolanmaz.
O Türk- Anadolu boyda vüqardır,
Min yapraq töksə də suyu bulunmaz!..
MƏN HALAL OĞLUYAM
HALAL ANANANIN
Mən halal ananın halal oğluyam,
Bir haram tikə də dada bilmədim.
Günəşdən ayrılmış Hilal oğluyam,
Necə alışıram oda, bilmədim…
Elə o səbəbdən,Göy oğlu oldum,
Al-yaşıl bəzənmiş köy oğlu oldum…
Topraqdan yapışdım, öy oğlu oldum,
Haram bir loxma da dada bilmədəm.
Mən ellər dolaşdım,oymaqlar gəzdim,
Dağlarda köç saldlm, yaylaqlar gəzdim,
Qızların saçına çiçəklər düzdüm,
Ama necə olur buta, bilmədim…
Bir az da yalquzaq sayağı oldum,
Anamın sönməyən çırağı oldum,
Haqqın pozulmayan varağı oldım,
Haramı əllərdən tuta bilmədim.
Hər vaxt axar oldum saf sular kimi,
Sevib təmizləyib sevdim içimi…
Qarlı yaylaqlara sürdüm köçümü,
Aran havasını uda bilmədiım.
Bu pismi,yaxşımı,-yaşadım belə,
Elin iş-gücünə yaradım belə…
Yalquzaq bir qurd tək uladım belə,
Necə olur yurda,-vida bilmədim…
Ayıb var,ədəb var,oxudum gözdən,
Çapırtma keçmədim mən yoldan-izdən…
Adəti pozmadım,Vətən,ay Vətən,
Necə etdim canı fəda,bilmədim…
Gözəllər adımı yazdı daşlara;
Başımı qoşmadım yad baxışlara…
Savaş meydanında çəkildim dara,
Qaçıb yar əlindən tuta bilmədim…
Həyatda min dürlü əzab da gördüm,
Oldu hesabsıza boynumu burdum,
Fəqət,ortalıqda kişi tək durdum,
Hət da “satqını da”sata bilmədim…
İndi ömür keçib…yaş kəlləçarxda…
Söz-söhbət olmuşam dildə-dodaqda…
O dadlı günlərim qarəlıb uzaqda,
Yenə də qəlf sözü uda bılmədim…
Bəzən cin atına minir varlığım,
Tutur xirttəyimdən köpək balığım…
Tamam alt-üst olur o gözəl çağım,
Necə,nə cür gedim bada, bilmədm…
Bulanıb durullam,mən addım-addım,
İçimdə əmrişib, kişnəyir atım…
Gözümün önünə gəlir həyatım,
Mən necə əyilim dərdə, bilmədim!..
Dolaşıq salmadım eldə izimi,
Bir qurd balası tək yedim dizimi…
Oxudum nəğməmi,çaldım sazımı,
Naxələf bir söz də uda bilmədim.
İndi tər qoxulu bir bostanam mən,
Borçalı deyilən bir ostanam mən,
Ya Bağı-İrəməm,Gülüstanam mən,
Eyimliyə eyib, örtə bilmədim…
Bu mənim qədərim,bu mənim haqqım,
Dolanır başımda hey tağım-tağım…
Saraclı,Türanda büdrəsə atım,
Qəbirdə də rahat yata bimədim!..
QURD TƏK ÖLMƏK İSƏYİRƏM…
Mən bir gəzdim Türkiyəni,
Bir də gəzmək istiyirəm.
Hər bir çinar yaprağına
Bir söz yazmaq istiyirəm.
Meylim quşu havalanıb,
O yerlərə qanadlanıb…
Bir minarə üstə qonub
Min dərd çözmək istiyirəm…
Istanbulda köç salıb da,
Yerə-göyə fərz olub da;
Yasavidən dərs alıb da,
Yazıb-pozmaq istiyərəm.
Baş əyərdim Allahıma,
Axşamıma,sabahıma.
Haqqı danan hər adama,
Qəbir qazmaq istiyirəm…
Biz Peyğəmbər balasıyız,
Bir insanlıq qalasıyız.
Yurdun “Türkəçarəsiyiz”,
Çarə gəzmək istiyirəm…
Hər bir oxçu bir qızıl ox,
Qimətsizin qisməti yox…
Ay ovçu,dön,Allaha bax,
Deynən kömək istəyirəm!..
Dədələrdən ibrət aldıb,
Oruc tutub,namaz qılıb,
Paşam, Türk ə qonaq olub,
Qurd tək ölmək istəyirəm!..
.
“YURD.İNFO.AZ”
.
Bir cavab yazın