POLAD İBRAHİMOĞLU

 

POLAD İBRAHİM OĞLU (Polad İbrahim oğlu Məmmədov) – 1962-ci ilin oktyabrın 30-da Gədə­bəy rayonunun Çobankənd kəndin­də kolxozçu ailəsində anadan olub. 1970-ci ildə Gədəbəy rayonunun Şah­­­­dağ (Sovetabad) kəndindəki məktəbin 1-ci sinfinə daxil olub. 1980-ci ildə Gədəbəy rayonunun Çobankənd orta məktə­bində 10-cu sinifi bitirib. 1977-ci ildən ÜLKGİ üzvü olub. 1980-1982-ci illərdə hərbi xiddmətdə (İvanovsk vilayəti Fur­ma­nov şəh.) başa vurub öz doğma elinə qayıdıb. 1983-1984-cü il­lərdə Novosibirsk vilayətində inşaatçı kimi işləyib. Daha son­ra Azərbaycana qayıdıb.

AYB-nin və AJB-nin üzvüdür.

Şeirlərini ənənəvi üslubda – heca vəznində yazan müəllifin qələmə aldığı əsərlərində vətənpərvərlik, insan və tə­biət möv­zusu ön plandadır.

 

CAN AZƏRBAYCAN

 

Vətənin əzizdi hər bir diyarı

Ucalır adı xoş gəlir sorağı

Gözəl mənzərədi aranı, dağı

Qonağa ürəkdən dedik sözü can

Mənim Odlar yurdum can Azərbaycan!

 

İgidlər ocağı ucadı başın,

Cənnətdi hər yanın torpağın, daşın,

Qədimdən qədimdi bilinmir yaşın,

Tarixlərə sinə gəldi elim can,

Dahilər məskəni can Azərbaycan!

 

 

Maşallah yer altı, üstü sərvəti

Nankorlar daşıdı oğrun xəlvəti

Mehriban əzizdi hər bir milləti

Sevərək bir birnə deyillər ay can

Doğmaca Anamdı can Azərbaycan!

 

Şəhidlər bələndi al bayrağına

Vətəni sevənlər qıydı canına

Qəm çilənməsin heç bir ocağına

Dəmir yumruq kimi birləşərək can

Qoruduq adını can Azərbaycan!

 

Harda oldum gözəl birlik yaratdım

Lazım olan yerə hər an can atdım

Kədəri unudub sevincə qatdım

Məndə bir daşıyam bu Vətənin can

Polad qalıb heyran can Azərbaycan!

07.06.2022

 

G Ə D Ə B Ə Y

 

Dağların qoynunda məğrur dayanıb

İgidlər oylağı Şahdı Gədəbəy.

İlahidən necə əlvan boyanıb

Fəsillər gözəli candı Gədəbəy.

 

Qədimdən uludu yurdu məskəni

Vardı qalayçı həm misi miskəri

Qəhrəmandı burda xalqı,əsgəri

Azərbaycana bir dayaq Gədəbəy.

 

Yer altı sərvəti mineral sular

Qızılı mərməri nemətdi bular

Bürda qonaqpərvər bütün insanlar

Alimlər diyarı, pirdi Gədəbəy.

 

Yox etdi hücuma keçən yağını

Əzərək başını çəkdi dağını

Viran qoydu Başkənd yurd torpağını

Dəmir yumruq kimi birdi Gədəbəy.

 

Sır-sıra qayalar dərin dərələr

Şır-şır şəlaləsi, ceyranlar mələr

Qartallar qıy vurar durnalar gələr

Təbiyyəti şirin baldı Gədəbəy.

 

Saz üstə oxunur burda havalar

Nağıl danışardı bizə babalar

Ay Polad sözlərin yadigar qalar

Şairlər gözündə nurdu Gədəbəy.

 

 

T O R P A Ğ I

 

Gedəndə yurduma doğma elimə

Üzmü qoyub üznə öpdüm torpağı

Könlümü versəmdə uca dağlara

Ruhum çoxdan hopub qara torpağa.

 

Keçmişə boylansam gözlərim ağlar

Devranın gəlişi sinəmi dağlar

Sınıq qəlbim gecə gündüz hey çağlar

Amandı qoruyaq Ana torpağı.

 

Qurtarmır Vətənin dərdi, davası

Vağzalıya dönüb matəm havası

Yazıq kasıbların Şəhid balası

Qanıyla etdilər azad torpağı.

 

Polad, çalxalanır qara buludlar

farsla dığalar bic birlik qurdular

Qanmazlar tarixi ələ saldılar

Düşmənin qalacaq viran torpağı.

 

İNŞALLAH…

28.12.2022

 

 

SALINDI

 

Qurbanam Vətənim torpaq daşına

Nələr gətirdilər sənin başına

Göz yaşı yaraşmaz ahıl yaşıma

Nər igidlərin qanıyla alındı.

Bax Şuşaya Zəfər yolu salındı.

 

Nə adından nə dadından doymadıq

“Sülhməramlı” havasına oynadıq

Biz birləşib calaq kimi qaynadıq.

İxdiyarımız yenə də alındı

Düz yolumuz dağa daşa salındı.

 

Xankəndində ruslar haxcıq bəsləyir

Fransadan gələn terror səsləyir.

Dığalar qudurub səsin kəsməyir

Laçın dəhlizi plana alındı

Bizim haqq işimiz tora salındı.

 

Tökülən qanlar yandırar torpağı,

Başımıza qoyduq ürəklə papağı,

Yenə nigaran qoyduq Qarabağı

Məcburu beş ildə möhlət alındı

Təkrarlanan tarlx yada salındı.

 

Doğru ümüd igidlərim sizədi

Ordum düşmən gözünə nizədi

Poladın könlü dağlara düzədi

Deyəm dağlarım düzlərim alındı,

Bulaqlar başında süfrə salındı.

                           19.02.2022

 

 

QARABAĞ AZƏRBAYCANDI

 

Mənim elim obam candı

Damarımdan axan qandı

Qarabağ Azərbaycandı

Ucal var ol, xalqım yaşa

Get Şuşaya et tamaşa!

Bax gör nə gözəl əlvandı

Qarabağ Azərbaycandı!

 

Ürəyim bəlbimlə dolu

Kəlbəcər uludan ulu

Hər yanı qızıl,isti suyu

Zoddan bir baş Göyçəyə gəl

Dağlardan keç eloğlu gəl

Bura da Azərbaycandı

Qarabağ Azərbaycandı!

 

Laçın,Qubadlı nərdi,nər

Torpaq yetişdirdi ərlər

Qoşaydı Nəbiylə Həcər

Başımız gör çəkdi nələr

Ellər obalar oyandı

İndi çox yaxşı zamandı

Qarabağ Azərbaycandı!

 

Bax Fizuli Cəbrayılım

Xudafərim Araz çayım

Qumlaqda yatım,ayılım

Təbrizidə haraylayım

Böyük Şair Şəhriyardı

Cənubu Azərbaycandı

Qarabağ Azərbaycandı!

 

Xankəndi nigaran qalıb

Rus da orda lövbər salıb

Türk əlinə çomaq alıb

Çox ürəyə xal da saldı

İtinki zəncir həm yaldı

Axır ki dünyada qandı

Qarabağ Azərbaycandı!

 

Bizi mərd doğdu Analar

İgidlik verdi Qağalar

Ağdam İnşallah ucalar

Qan ağladı bax dığalar

Düşmənlər alışdı yandı

Pakistan bizə həyandı

Qarabağ Azərbaycandı!

 

Qələbəyə döğru getdik

Kənd şəhəri azad etdik

Vətən sənə Ana dedik

Nə acdıq nə yemək yedik

Burda hamı qəhrəmandı

Hamı bir-birinə candı

Qarabağ Azərbaycandı!

 

Düşdü torpağa daşa qan

Şəhid oldu balalar can

Bələndi bayrağa can,qan

Sevindik qisas alındı

Zəfər nəğməsi çalındı

Ermənilərdə yalvardı

Qarabağ Azərbaycandı!

 

Kim isdəyər qiymət verər

Kişidən kişi törəyər

Yaxşı ata yaxşı yəhər

Bizi təkləyən ölkələr

Peşman olub yaman yandı

Makronda sözünü dandı

Qarabağ Azərbaycandı!

 

Başqan dedi dəmir yumruq

Düşməni Vətəndən qovduq

Polad birləşib cəm olduq

Əmanət Şəhidlər andı

Savaşda çox sinə yandı

Dünya hərbimə heyrandı

Keçən yolum Zəngilandı

Qarabağ Azərbaycandı

Qarabağ Azərbaycandı

Qarabağ Azərbaycandı.

08.11.2020

 

 

Ə S G Ə R, O R D U M A

 

Mən Azərbaycanam,ucadı başım

Məğrurdu qoynumda gağlarlm, daşım

Xoşbəxt yaşayacaq hər vətəndaşım

Yazıram salnamə odlar yurduma

Vətəni qoruyan əsgər, orduma!

 

Üsyanlar baş verdi qanlar töküldü

Tarixlər uzandı, dərdim bölündü

Dəmir yumruq və haqq sözü Türkündü

Çox gözlər tikildi odlar yurduma

Vətəni qoruyan əsgər, orduma!

 

İyrimi səkkiz may ucaldı bayraq

Yüz beş ildi göylərdə yanır mayaq

Uşaqdan böyüyə olmuşuq dayaq

Gözəlləşən ölkəm, odlar yurduma

Vətəni qoruyan əsgər, orduma!

 

Ruhları şad olsun canın qoyanlar

Bu yolda axıtdı balalar qanlar

İnşallah gələcək uğurlu anlar

Mənim Qarabağma, odlar yurduma

Vətəni qoruyan əsgər, orduma!

 

Gedəcəm Şuşaya qoy inciməsin

Oxuyacam xarı bulbul nəğməsin

Poladın dilindən sülhün kəlməsin

Yayın dünyaya həm odlar yurduma

Vətəni qoruyan əsgər, orduma!

27.05.2023

 

“Yurd”

 

.

Paylaş: