2023-cü il ZƏFƏR ili oldu… 2024-cü il SEVİNC və XOŞBƏXLİK İLİ OLSUN!.. » ZiM.Az

Zaman pula bənzəyir – lazımsız yerə xərcləməsən hər şeyə çatar.

Konfutsi.

Yenili ilə qədəm qoymağımıza sadəcə bir neçə gün qalıb. Bir çoxları 2023-cü ilin onların uğurlu ili olduğunu düşünərkən bir qisim insan bu ildə də həyatdan istədiklərini ala bilməməyin məyusluğunu yaşayır. Bəziləri yeni il üçün yeni həyəcanlara, məqsədlərə can atır. Hər il olduğu kimi, bu ildə bacarmaq arzusu ilə yeni ilin gəlişini gözləyənlər var. Keçən ildən yarım qalan arzularımızı bu il mütləq həyata keçirməyi hədəfləyirik. Nədənsə yeni təqvim ilinin ilk günü oyananda sanki hər şeyin həmin il ilə yeniləndiyini düşünürük. Əslində isə bu sadəcə Yerin Günəş ətrafında bir dövrə vurmasının nəticəsidir. Təqvim yarpaqlarındakı rəqəmlər dəyişsə də, dəyişməyən yeganə şey hər birimizin həyatda qalmaq mübarizəsidir. Mübarizə aparmaq üçün insanın ümidə ehtiyacı olur. Əgər bu rəqəmlər bizə bu ümidi verirsə, nə xoş halımıza.

Geridə qoyacağımız 2023-cü il ölkə tarixində də iz qoymuş bir təqvim oldu. Bunlardan ən başlıcası 2023-cü il oktyabr ayının 15-də həmin ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatının nəticəsi olaraq prezident İlham Əliyevin iştirakı ilə Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının dalğalandırılması olmuşdur. Bu da zəfər tariximizə həkk olunan bir gün olmuşdur.

Qalib bir dövlətin məğrur xalqına ancaq zəfər yaraşdığı kimi, həm də sevinc və xoşbəxtlik dolu illər yaraşır.

Təqvimlər və dünya dəyişir, yeni başlanğıclar bizi gözləyir. Və bu dəyişim axarında bu dünyanın sakini olan bizlər də bu inkişaf və dəyişimlə ayaqlaşmağa çalışırıq. Lakin çalışmaq lazımdır ki, dəyişməyən yeganə şey bizim vicdanlı insan və əqidəli vətəndaş olmaq səyimiz olsun.

Qarşıdan gələn Yeni ilimiz mübarək!..

HƏCƏR BAYRAMOVA,

“Yurd”un redaktoru

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş: