Bu gün Elxan Məmmədlinin doğum günüdür

TƏBRİK EDİRİK!..

Bu gün əziz və dəyərli ziyalımız, sevimli soydaşımız, tanınmış folklorşünas alim, aşıq yaradıcılığının yorulmz tədqiqatçısı, filologiya elmləri namizədi, aparıcı elmi işçi, AMEA-nın Folklor İnstitutunda “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, Əmək veteranı, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü, çox hörmətli el ağsaqqalı Elxan Məmmədlinin doğum günüdür.

Elxan Hüseynqulu oğlu Məmmədli – 1 yanvar 1946-cı ildə qədim Borçalı mahalının Bolnisi rayonundakı Faxralı kəndində anadan olmuşdur.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra, 1976-1979-cu illərdə Pedaqoji Elmlər İnstitutunda elmi işçi işləmişdir.

1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir.

1994-cü ilə kimi ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E.Məmmədli böyük elmi işçi kimi həmin ildən Folklor Elmi-Mədəni Mərkəzinə köçürülmüşdür.

1998-ci ildə “Azərbaycan aşıq yaradıcılığında təcnis” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və filolodiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1999-cu ildən AMEA-nın Folklor İnstitutunda “Aşıq yaradıcılığı” şöbəsinin müdiridir.

1969-2009-cu illər ərzində Azərbaycan Dövlət radio və televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə”“Sarıtel” verilişlərinin müəllifi və aparıcısı olmuşdur.

O, “Təcnis sənətkarlığı” (Bakı, “NaftA-Press”, 1998. 150 səh.) və “Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti” adlı (Bakı, Nurlan, 2014, 144 s.) iki monoqrafiya, “Bir dənəm” adlı bir şeir kitabı (Bakı-2006), 10-dan çox toplama-tərtib kitabını nəşr etdirmiş, 30-dan çox kitabın redaktoru, rəyçisi olmuşdur.

2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin və Azərbaycan Jurnalistlər birliyinin üzvüdür.

Elxan Məmmədlinin anadan olmasının 60 illiyi ilə əlaqədar Vüsal Abiyev “Elxan Məmmədli – 60” kitabını yazmışdır.

Biz də əziz və dəyərli ziyalımız, sevimli soydaşımız, tanınmış folklorşünas alim, aşıq yaradıcılığının yorulmz tədqiqatçısı, filologiya elmləri namizədi, AMEA-nın Folklor İnstitutunda “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, aparıcı elmi işçi, Əmək veteranı, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü, çox hörmətli el ağsaqqalı yurdsevər, vətənpərvər və xeyirxah insan Elxan Məmmədlini doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir şeirini dəyərli oxucularımıza təqdim edirik!..

Müşfiq BORÇALI,

filologiya üzrə fəlsəfə doktoru

ZiM.Az

 

 

Paylaş: