Köç etdi dünyadan bir gözəl insan…

Bu gün qan qohumum – əziz mamamoğlum Sevindik Yunus oglunun 40 mərasimidir.

Həyatdan cavan köçdü…

iki övladını, ömür-gün yoldaşını gözü yaşlı qoyub getdi…

cəmi 58 bahar yaşadı…

məkanın cənnət olsun, əziz mamaoğlum…

 

ZAMANIN SONUNCU DURACAĞINDA

 

Gəldim ziyarətə uzaq yol basıb,

Vaxtsız gedişinə söz baş əyirdi.

Zamanın sonuncu duracağında,

Başdaşından şəklin gülümsəyirdi.

 

Nələri demirdi məsum baxışın,

Buludlar günəşi bağlayacaqdı.

Anasız günlərin acılarına,

Göylər də hönkurub aglayacaqdı…

 

Guldün… gülüşünün omrü çox qısa,

Göynətdin pərişan balalarını.

Samir, Səbinəni atasız qoydun,

Sevdaya saxladın göz yaşlarını.

Gəldim ziyarətə səni mamaoglu,

Vədəsiz gedişin ürək dağlayır.

Mən səni anan tək öyə bilmərəm…

Qəbrinin ustündə şeirim ağlayır.

 

Əzızə AĞAHÜSEYNQIZI,

11.01.2024

 

REDAKSİYADAN:

Allah sənə qəni-qəni rəhmət eləsin, ay mənim əziz əmimoğlu Məmmədquliyev Sevindik Yunis oğlu…

Ruhun şad, məkanın cənnət olsun! Amin…

 

Köç etdi dünyadan bir gözəl insan,

Fələk zalım oldu bizlərə yaman.

Onu tez apardı qardaşı Elman,

Sanki ölümünə dayandı zaman.

Qoy olsun yeriniz cənnəti-məkan.

 

Məlahət SAHİBQIZI,

“Yurd.info.az”-ın baş redaktoru,

AYB-nin və AJB-nin üzvü.

 

.

Paylaş: