MƏNİM TALEYİM

Həmişə olduğu kimi səhər tezdən anam məni məktəbə getmək üçün oyatmışdı. Məktəbdə yaxşı oxusam da, isti yumşaq yerimdən heç durmaq istəmirdim. Çünki səhər yuxusunu daha çox sevirdim. Bayırda, küləkli, yağışlı, hava var idi.  Bizim zonada qış ayları çox soyuq və kəskin keçirdi.

Anamın səsini eşitdim:

– Qızım,  bacıların artıq süfrə başında əyləşib dərslərini təkrar edirlər, sən isə yerindən heç durmamısan. Dur məktəbli formanı geyin, əl-üzünü yu dişlərini fircala, keç süfrə başına.

Mən anamın dediklərini etdikden sonra, qonaq otağına keçib bacılarımla salamlaşıb süfrəyə əyləşdim. Böyük bacım həmişə olduğu kimi üzünü mənə tutub dedi:

– Ay tənbəl, yenə də gec durmusan. Yaxşı oxuyursan, məsuliyyətlisən, amma yatmağı da bir o qədər çox sevirsən, deyirəm ikisi bir arada olmaz, bilişin olsun.

Sonra isə üzünü anama tutub dedi: – Ana can, bilirsən də bu gün məktəbdə Leylanın sinifində valideyn iclası olacaq. İclas saat 10:10 da başlayacaq, xahiş edirəm gecikmə.

Bizim böyük ailəmiz var idi.  Atam iş adamı, anam isə evdar qadın, ən ümdəsi isə övladlarına qayğıkeş ana idi. Mən ailəmizin üçüncü uşağı idim, məndən böyük iki bacım, məndən iki yaş kiçik bir qardaşım var idi. Böyük bacım Ləman uca boylu, düz qamətli, çiynindən qara saçları, ağ girdə sifətində qara qaşları, insanı özünə məftun edən gözəl gözləri, kiçik burnu, püstə dodaqları insanın ağlını başından alırdı. Üzündə hər zaman təbəssüm olurdu, baxana elə gəlirdi ki, sanki gülür. Özü də bizim məktəbin 11-ci sinifində oxuyurdu. İkinci bacım Arzu isə bəstə boylu, sırtından qara qalın uzun saçları, qara qaşları, uzun badamı gözləri, lalə rəngdə olan dodağı, düz biçimli  burnu ağ girdə sifətində gözəllik verirdi. Arzu  məktəbin 9-cu, mən isə 2-ci sinifində oxuyurdum. Hər iki bacımın məktəbin qarşısındakı şərəf lövhəsidə yaxşı oxuduqlarına görə şəkilləri asılmışdı. Mən də hər gün məktəbə qürurla bacılarımın şəkillərinə baxıb bir gün mənim də şəklimin oradan  asılacağına ümid edirdim. Hər iki bacım öz təlim-tərbiyyələrinə və yaxşı oxuduqlarına görə məktəbin bütün müəllimlərinin sevimliləri idi. Bacılarımın hər ikisi ilə də qürur duyurdum. Böyük bacım həkim, ikinci bacım isə müəllim olmaq istəyirdi. Mən ailəmizin şıltaq, əziz, sevimli qızı idim. Üzərimdən bacılarımın diqqəti, qayğısı heç əskik olmazdı. Atam isə üç qızdan sonra bir oğlu olmasına baxmayaraq, uşaqlarını içində ən çox mənə diqqət, qayğı göstərirdi, bilmirəm bəlkə də mənə ele gəlirdi…

***

Zəngin səsi eşidilən kimi məktəbin dəhlizində qaçan uşaqlar öz sinif otaqlarına tələsdilər. Biz isə kiçik sinif olduğumuza görə mülliməmiz bizi çox dəhlizə çıxmağa icazə vermirdi. Bu gün çox vacib bir gün idi, birinci yarım ilin yekun qiymətləri məlum olacaqdı. Elə o üzdən bizim sinifdə valideyin iclası keçiriləcəkdi. Şagirdlərin təlim-tərbiyəsi, sinifdə davranış qaydaları və məktəb davamiyyətləri müzakirə olunacaqdı. Sinif rəhbərimiz Rəfiqə müəllimə əlində jurnal sinifə daxil olan kimi bütün şagirdlər öz partalarının arxasına keçdi. Müəlliməmiz bizimlə salamlaşdıqdan sonra əyləşin deyib, dirək bu günkü olacaq iclasdan danışmağa başladı. Uşaqlar mən əminəm ki, bugün hamınızın valideyini məktəbə gəlib iclasa qatılacaq. Rəfiqə müəllimə elə bunu demişdi ki, bütün gözlər sinif yoldaşımız Dilarənin üzərinə yönəldi. İki il idi bir sinifdə oxusaq da heç kəs onun ata-anasının üzünü görməmişdi, özü də məktəbə tək gedib gəlirdi. Dilarə sinifmizdə ən üca boylu uşaq idi, demək olar ki, onun boyunda oğlan yox idi. O, çox nadinc, dəcəl, sözünü uşaqların üzərində həyata keçirməyi bacara bilən qız idi. Sözünə baxmayanı yerindəcə cəzalandırırdı. Çünki fiziki olaraq çox güclü idi. Heç dərs oxuyub yazı yazmaqla da arası yox idi, elə bil ki, məktəbə gününü keçirib bizi incitməyə gəlirdi. Bizdən yuxarı olan siniflərin şagirdlərilə də dava-dalaş edirdi, bütün məktəb onun əlindən giley-güzara gəlmişdi. Elə bir gün yox idi ki, Rəfiqə müəllimənin üstünə onun əlindən şikayətə gələn olmasın. Buna baxmayaraq mülliməmiz hərzaman Dilarəyə xüsusi diqqət və qayğı göstərirdi, sinifdə hamıdan çox ona zaman ayırırdı. Dilarə tək hallarda mehriban olur, uşaqlara qaynayıb qarışırdı. Elə mehriban olan günlərin biri, böyük tənəfüs zamanı idi, sinifmizdə söz-söhbət aparıb gətirməyi sevən qızların biri, fürsətdən istifadə edib onun ata-anasının harada olduğunu və məktəbə niyə tək gedib gəldiyini soruşub. Ani sualdan çaş-baş qalmış Dilarə, bir də gördüm ağlayaraq sinifin ortası ilə oyan-buyana qaçıb, qışqıra- qışqıra deyir. Sizin hamınızdan acığım gəlir, çünki məni heç biriniz sevmirsiniz, iş-gücünüz ancaq mənim arxamca danışmaqdır. Mən dərsə hazırlıqsız gələndə, dərslərini niyə öyrənməmisən, bəlkə köməyə ehtiyacın var, deyə soruşan olmur, amma hamınız mənim ata-anam harada olması və məktəbə niyə tək gəlib-getməm barədə maraq edirsinizs. Mənim atam həbsxanadadır anam isə bizimlə yaşamır. Atam həbsxanadan çıxnda gedib anamı da gətirəcək yenədə əvvəl olduğu kimi bərabər yaşayacağıq. Babamla-nənəm deyir ki, mənim atam qəhramandır bildinizmi, mən onu çox sevirəm. Həmin gün sinifmizdə səngiyə bilməyən qalmaqal yaşandı. Dilarəni heç kəs sakitləşdirə bilmirdi, elə qışqırıb hönkürə-hönkürə ağlayırdı. Müəlliməmiz onu öpüb əzizləyib sakitləşdirdikdən sonra məktəbimizin xadiməçisilə evlərinə göndərib, bizi danlamağa başladı. Uşaqlar sizə elə gəlmirmi ki, başqalarının valideyinlərinə maraq etməkdənsə öz dərslərinizlə məşgul olsanız daha yaxşı olar. Siz artıq böyük uşaqlarsınız, insan hər istədiyi sözü dilinə gətirməz, çünki sizin bilmədən danışdığınız sozlər başqalrını incidə bilər, az əvəl olduğu kimi. Xahiş edirəm birdə belə məsuliyyətsizliyə yol verməyin. Siz bir-birnizi sevib qorumaqdansa boş-boş işlərlə məşğulsunuz deyib dəhlizə çıxdı. Sinif otağına dərin bir sükut çökmüşdü. Dilarənin söylədiklərinə uşaqların bəziləri təsirlənib ağlayırdı, bziləri isə öz aralarında onun halına acıdıqlarını söyləyirdi. Mən isə sinif yoldaqşlarımdan fərqli olaraq nə ağlaya nədəki danışa bilirdim, olanlardan yerimdəcə keyib qalmışdım. Dilarəyə indiyə kimi heç bu qədər yazığım gəlməmişdi. Bu yaşında necə çətinliklər yaşamışdı. Onun sinifdəki küskün kövrək baxışlrı gözlərimin qarşısından getmirdi. Atasnın həbsxanada olması, anasının onlarla bərabər yaşamaması mənə təsir etmişdi. Yerimdə sakitcə oturub cavabını bilmədiyim suallar verirdim özümə. Dilarənin atası niyə həbsxanaya düşüb, bəs anası haradadır. Mən həbsxana, məhkum kimi adlardan çox qorxub vahimələnirdim. Mənə elə gəlirdi ki, onlar çox pis işlər gördükləri üçün həbsxanaya düşüblər. Həpsxanadan çıxan insanlardan isə daha çox qorxurdum, çünki onların hərzaman nəsədə edə biləcəylərini düşünürdüm. Artıq dilarənin atasından da qorxmağa başlamışdım. Qat-qarışıq fikirlərdən zəngin səsinə ayıldım.

(Davamı var)

ƏMİNƏ QÜDRƏTLİ,
Borçalı  

 

Paylaş: