Quba filialının qabaqcıl müəllimləri təltif edilib » ZiM.Az

TƏBRİK EDİRİK!..

ADPU-nun Quba filialında uğurlu pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsindəki əməyinə görə və 60 illik yubileyi münasibətilə baş müəllim Xudayar Daşdəmirov və uğurlu pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsindəki əməyinə görə və 50 illik yubileyi münasibətilə baş müəllim f.f.d Vüqar Teymurxanlı Filialın direktoru dosent Yusif Alıyev tərəfindən Fəxri fərmanla təltif ediliblər.

Bu münasibətlə Filial rəhbərliyinin təşəbbüsü və Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəyin təşkilatçılığı ilə Filialın Heydər Əliyev adına lektoriyasında strukturların və kafedra əməkdaşlarının iştirakı ilə tədbir təşkil edilib, hər iki yubilyara xoş arzular ifadə edilib.

Biz də hər iki yubilyarı səmimi qəlbdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatlarında və elmi-pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş: