Vüqar Mustafayev Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçini qəbul edib » ZiM.Az

2023-cü il Yanvarın 17-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Vüqar Mustafayev qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edərək, bu işgüzar səfərin iki ölkə arasında əlaqələrin daha da inkişafına önəmli töhfə verəcəyinə əminliyini bildirib.

Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdafiə sənayesi sahəsinə göstərdiyi xüsusi diqqəti qonaqların nəzərinə çatdırıb. V.Mustafayev dövlətlərimiz arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi-texniki sahədə də sıx əməkdaşlıq əlaqələrinin mövcudluğundan və bu əlaqələrin gələcək inkişaf perspektivlərindən bəhs edib.

Görüş zamanı Türkiyənin müdafiə sənayesi şirkətləri ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıqların daha da inkişaf etdiriləcəyi vurğulanıb.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən C.S.Tüfekçi öz növbəsində V.Mustafayevi müdafiə sənayesi naziri təyin olunması münasibətilə təbrik edib və ona xidməti fəaliyyətində uğurlar arzulayıb.

Nazir müavini qardaş ölkə olaraq Azərbaycanın müdafiə sənayesi sahəsinin daha da inkişafı üçün lazım olan dəstəyi əsirgəməyəcəklərini diqqətə çatdırıb.

Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

ZiM.Az

.

 

 

 

Загрузка. Пожалуйста, подождите…

 

 

Source link

 

 

 

Paylaş: