SOYDAŞIMIZ HÜSEYN YUSUBOV “TÜRK DÜNYASINA XİDMƏT” MÜKAFATINA LAYİQ GÖRÜLÜB » ZiM.Az

 

TƏBRİK EDİRİK!

Bu günlərdə qardaş Türkiyədən xoş xəbər almışıq: tanınmış ziyalı, uzun müddət məsul dövlət vəzifələrində çalışmış, hazırda Gürcüstan Azərbaycanlıları Konqresinə rəhbərlik edən dəyərli soydaşımız Hüseyn Yusubov Kars Strateji Araşdırmalar Mərkəzi tərəfindən “Türk Dünyasına Xidmət” mükafatına layiq görülmüşdür.

Bu, Gürcüstanlı soydaşlarımız arasında bir ilkdir. Ümid edirik ki, davamı da gələcək!

Qeyd edirik ki, Hüseyn müəllim xeyli vaxtdır ki, türk mədəniyyətini və bu böyük mədəniyyəti təmsil edən şəxslərin Gürcüstanda tanınması istiqamətində və əksinə, Gürcüstan mədəniyyətini təmsil edən elm və mədəniyyət xadimlərinin də Türkiyədə tanıdılması yönündə mühüm işlərə imza atmışdır.

Biz də dəyərli soydaşımız – Gürcüstan Azərbaycanlıları Konqresinin və “Qafqaz Türk Media” portalının rəhbəri, çox hörmətli Hüseyn müəllimi ürəkdən təbrik edirik və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Eyni zamanda, Kars Strateji Araşdırmalar Mərkəzinə, onun yaradıcı heyətinə, şəxsən Kars Strateji Araşdırmalar Mərkəzinin Başkanına, amacı Türkiyə – Gürcüstan əlaqələrini zirvələrə daşımaq olan, GAK-ın qardaş Türkiyədəki fəxri elçisi, çox hörmətli Erbil Hüryurt əfəndiyə və əməyi keçən hər kəsə, bütün Hüseynsevərlər adından öz təşəkkürlərimizi bildiririk!

Müşfiq BORÇALI,
“Borçalı” nəşriyyatının Baş direktoru,
“Ziya” qəzetinin və “ZiM.Az” saytının Baş redaktoru,
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Folologiya üzrə fəlsəfə doktoru

ZiM.Az

 

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

 

Paylaş: