AzTU-nun məzunu Ayxan Allahverdiyev Gənclər üçün Prezident mükafatına layiq görülüb » ZiM.Az

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsi iştirakçısı, “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev Prezident İlham Əliyevin 1 fevral 2024-cü il tarixli Sərəncamına əsasən, Gənclər üçün Prezident mükafatına layiq görülüb.

Ayxan Allahverdiyev 2020-ci ildə AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsini bitirib.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Ayxan Allahverdiyev Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Biz də Ayxan Allahverdiyevi yeni nailiyyəti münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

 

 

Paylaş: