“Xocalı Vətənin qan yarasıdır, Xocalı Vətənin can yarasıdır” adlı tədbir keçirildi » ZiM.Az

Sumqayıt Şəhər Mədəniyyət Evində “Xocalı Vətənin qan yarasıdır, Xocalı Vətənin can yarasıdır” adlı tədbir keçirildi.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.


ZiM.Az-ın xüsusi müxbiri, Rəna Təbəssüm Sumqayıtdan xəbər verir ki, aparıcı Azərbaycan Jurnalistlər Birliyinin üzvü, jurnalist, yazıçı-publisist Rəna İmanova Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan, öz miqyasına görə tarixdə analoqu olmayan, xalqımızın yaddaşına əbədi həkk olan 26 fevral 1992-ci ildə baş verən Xocalı soyqırımı haqqında iştirakçılara geniş məlumat verdi.

Sonra tədbir iştirakçıları soyqırımla bağlı hazırlanmış videoçarxa maraqla baxdı.

2020-ci ildə Xocavənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan kiçik-leytenant Vüsal Muradovun anası, Xocalıdan məcburi köçkün olan Kəmalə Muradovaya söz verildi.
Şəhid anası gözləri ilə görüb yaşadığı faciənin dəhşətlərindən danışaraq bildirdi ki, bu müsibət təkcə xocalılara deyil, bütün xalqımıza qarşı törədilən bağışlanılmaz erməni vəhşiliklərindəndir.

Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbin şagirdləri tədbirdə fəal çıxış edərək Xocalı soyqırımı haqqında şeirlər səsləndirdilər.

Aparıcı Rəna xanımın ifasında Xatirə Fərəclinin və Hikmət Ziyanın Xocalı haqqında seirləri dinlənildi.

Möhtəşəm tədbirə rəng qatan tarzən Əfqan İsgəndərovun müşayiətilə xanəndə Əfras Məmmədovun ifa etdiyi “Qarabağ Şikəstəsi” könülləri oxşadı.

Yeni nəslin yaddaşına ötürülən və heç zaman unudulmayan Xocalı soyqırımına həsr olunan tədbirin iştirakçıları Sumqayıt Şəhər Mədəniyyət Evinin direktoru Elnarə Rəşidovaya və bədii rəhbər Kəmalə Aslanovaya dərin minnətdarlıqlarını bildirdilər.

ZiM.Az

 

 

 

 

 

Загрузка. Пожалуйста, подождите…

 

 

Source link

 

Paylaş: