YURD HƏSRƏTLİ MÜƏLLİM » ZiM.Az

İnsanın ömrünün müxtəlif dönəmlərində elə hadisələr yaşanır ki, yaddaşında silinməz iz buraxır. Vətənpərvərlik insanın ruhunda, qanında, canında olur.
Əliyeva Aynur Səxavət qızı
– 30 yanvar 1981-ci ildə Qubadlı rayonunun Tatar kəndində zəhmətsevər bir ailədə anadan olub. 1993-cü ildə mənfur düşmənlərin torpaqlarımızın işğalı zamanı həyatlarına məcburi köçkünlük düşən ailə Sumqayıt şəhərində məskunlaşmışdır. Sumqayıtdakı 10 nömrəli orta məktəbdə orta təhsilini başa vuran Aynur Əliyeva 1997-ci ildə Sumqayıtdakı Pedaqoji seminariyaya daxil olmuş, 2001-ci ildə həmin seminariyanı müvəffəqiyyətlə bitirmiş və həmin ildən müəllimlik fəaliyyətinə başlamışdır.
Hazırda Qubadlı rayonunun B.Əsgərov adına Xələc kənd orta məktəbində calışır.
Müəllimlik fəaliyyəti dövründə şagirdlərində vətən sevgisini aşılayan Aynur xanımın ürəyi hər zaman vətən həsrəti, yurd-yuva həsrəti ilə qəlbi döyünür.
Bu sevgi onun doğma el-obasından ayri düşməsindən, o yurdun həsrəti ilə yaşamağından irəli gəlir. Şagirdlərinə vətənpərvərlik, milli sərvətlərimiz, dəyərlərimiz, tariximiz adət ənənəmiz, insani keyfiyyətlər haqqında tövsiyyələrini verir. Bir sözlə, bütun ruhunda vətənpərvərliyi içinə alıb ondan bəhrələnən Aynur Əliyeva öyrəndiklərini şagirdlərinin həqiqi vətəndaş kimi və şəxsiyyət kimi formalaşdırır.
Dərs dediyi sinif Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Fərhad Fərhadlının adını daşıyır. Hər gün sinifdə şagirdlərinə vətənpərvər mövzuda geniş məlumat verir və müxtəlif vətənpərvər görüşlər təşkil edir.
“44” günlük vətən müharibəsində Ali Baş Komandanın müdrik siyasəti və Rəşadətli Müzəffər Ordumuzun gücü nəticəsində həsrətində olduğu vətən torpaqları azad olundu. Doğma Qubadlıda üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır. Bundan güc alan ziyalı xanım sevə-sevə şagirdlərinə o füsnükar gözəl yerlərdən danışır.
Məktəbdə Ulu Oňdər Heydər Əliyevin əziz xatirəsinə ilin “Gənc Heydərcilər” komandası yaradan Aynur Əliyeva şagirdlərinin necə həvəslə bu komandada çalışdığını gördükcə fərəh hissi keçirdir. Gənc Heydərçilər hər zaman Ulu Öndərin irsini davam etdirir. Məktəbdə keçrilən tədbirlərdə şagirdlərin bilik yarışlarında fərqləndiklərinə görə məktəb rəhbərliyi tərəfdən belə vətənpərvər məktəblilər hazırladığı üçün Aynur Əliyeva fəxri fərmanlarla təltif olub.

Biz də Aynur Əliyevaya şərəfli fəaliyyətində yeni-yeni uğurlar diləyirik.

Raziyə KAMİLQIZI
AYB və AJB-nin üzvü

ZiM.Az

 

 

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

 

Paylaş: