Gürcüstan azərbaycanlılarının böyük əksəriyyəti “Gürcü Arzusu”na səs verdi

Demokratiya idarəetmə ideologiyası, məzhəblik dini ideologiya, kapitalizm iqtisadi ideologiya, militarizm hərbi ideologiyadır…. “Siyasət” daha universal termin olduğu üçün bunların hər biri həm ayrılıqda həm də birlikdə siyasi ideologiyalardır.
Heç bir siyasi ideologiya milli ideyanı üstələyə bilmir. Əgər !!
Əgər bir vətəndaş öz vətənini unudub məqsədi daha zəngin, daha lyüks yaşam tərzi olacaqsa onun işi gücü zənginlik uğrunda mübarizə aparmaq olacaq və o böyük güclər üçün özünü iqtisadi istehlakçıya çevrəcək. Əgər bir vətəndaş bu dünyanı unudub yalnız o dünyanı düşünəcəksə onun işi gücü cənnətə düşmək uğrunda mübarizə olacaq və o özünü böyük güclər üçün aid olduğu milli ideyaya qarşı alətə çevirəcək !
Gürcüstan azərbaycanlılarının böyük əksəriyyəti “Gürcü Arzusu”na səs verdi;
Çünki :
1. Onlar milli ideyanı siyasi ideologiyalardan üstün tutdu ;
2. Onlar Gürcüstan dövlətçiliyinə səs verdi ;
3. Onlar Gürcüstan-Azərbaycan dostluğuna və Cənubi Qafqaz Birliyinə səs verdi !
4. Onlar Türkçülüyə səs verdi;
5. Onlar Azərbaycana olan ümidlərini və sevgisini ifadə etdi !
Təşəkkürlər, var olun !!
Uğurlu ŞƏRİFOV,
“Soydaş” İctimai Birliyinin
həmtəsisçisi,
ZiM.Az-ın şərhçisi

ZiM.Az

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir