ZİYALILARIMIZI TANIYAQ və TANIDAQ!..
Həsənov Niyazi Əlikram oğlu – 21 iyun 1958-ci ildə Salyan rayonunun Qarabağlı kəndində dünyaya göz açıb. 1983-cü ildə D. Buniəd-zadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunun (indiki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)) “Mühasibat uçotu” fakültəsini bitirib və ona “İqtisadçı” ixtisası verilib. 1976-cı ildə Şirvan şəhərində 8 saylı Səyyar Mexanikləşdirilmiş Dəstədə fəhlə, 1977-ci ildə 24 saylı Tikinti Quraşdırma İdarəsində çilingər işləyib. 1978-1980-ci illərdə həqiqi hərbi xidmətdə olaraq, Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirib. Hərbi xidmətdən qayıtdıqdan sonra Hacıqabul rayonunda Qovşaq Komsomol Komitəsinin katibi vəzifəsində çalışıb. 1983-1984-cü illərdə 3 nömrəli Yol İstismar Trestində iqtisadçı, 1984-1990-cı illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda – iqtisadçı, baş iqtisadçı, baş elmi işçi vəzifələrində çalışıb. 1990-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın idarə edilməsi” kafedrasında işə başlayıb (1994-cü ildə həmin kafedranın adı dəyişdirilərək “Menecment və sahibkarlıq fəaliyyəti” adlandırılıbr). 2001-ci ilə qədər həmin kafedrada əvvəl müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 2001-ci ildən isə “Biznesin idarə edilməsi” kafedrasında dosent, 2022-ci ildən “Biznes və logistika” kafedrasında dosent, hal-hazırda isə professor vəzifəsində çalışır.
N.Ə. Həsənov 1992-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunun 08.00.05 – “Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili” üzrə ixtisaslaşmış Elmi Şurada namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. Ona 1999-cu ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir. O, ötən illər ərzində çalışdığı kafedraların tədris-metodiki fəaliyyəti və elmi–tədqiqat işlərinin yerinə yetirilməsində aktiv iştirak edir.
29 noyabr 2017-ci ildə isə Niyazi Əlikram oğlu Həsənov «İnvestisiya strategiyasının formalaşması və modernləşdirilməsinin inkişafı problemləri» mövzusunda 5308.01 «Ümumi iaqtisadiyyat» ixtisasına müvafiq, Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən D.02.051 dissertasiya şurasında iqtisad üzrə elmləri doktoru elmi dərəcəsi almaq üçün, uğurla müdafiə etmiş və AAK tərəfindən təsdiq edilmiş iqtisad elmləri doktorudur.
Niyazi Əlikram oğlu Həsənovun 1997-ci ildə Azərbaycan Respublikasında ilk dəfə Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının qərarı ilə 16 çap vərəqi həcmində “Sahibkarlıq fəaliyyətinin idarə edilməsi”, 2000-ci ildə 4,1 çap vərəqi həcmində “İdarəetmədə menecer nəzarəti və koordinasiya”, 2005-ci ildə “Biznesin əsasları” dərsliyində həmmüəllif, 2010-cu ildə “Beynəlxalq biznes” dərs vəsaiti, 2010-cu ildə “Biznesin təşkili və idarə edilməsi” adlı dərsliyinin həmmüəllifidir.
2003-də isə 27,5 çap vərəqi həcmində “İnvestisiya strategiyasının formalaşması və modernləşdirilməsinin inkişafı problemləri” mövzusunda monoqrafiyası, 2019-cu ildə “Biznesin strateji idarə edilməsi” dərsiliyi, 2022-cu ildə 40,75 çap vərəqi həcmində “Beynəlxalq biznes” dərsiliyi çapdan çıxmışdır.
O, hal-hazırda “Beynəlxalq biznes” adlı dərsliyin II-ci hissəsinin hazırlanması üzərində çalışır.
İqtisad Elmləri Doktoru, professor Həsənov Niyazi Əlikram oğlu həm də fəali ictimai xadim kimi tanınır.
O, “Bərəkət” İctimai Birliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edir. Türkiyənin “Icon” şirkətində konsaltinq (consulting) üzrə aparıcı ekspert kimi fəaliyyət göstərir.
İndiyə qədər Dünya bankının, İslam İnkişaf bankının bir çox layihələrində ekspert və mütəxəssis kimi iştirak etmişdir.
Niyazi Həsənov gənc yaşlarından bədii yaradıcılıqla da məşqul olur.
2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2008-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “QIZIL QƏLƏM” Media Mükafatı Laureatı Diplomuna layiq görülmüşdür.
2009-cu ildən isə “Sahibkarlıq və elm” jurnalının baş redaktorudur.
80-dan yuxarı elmi metodiki əsərin, 4 dərs vəsaitinin, 1 monoqrafiyanın müəllifi olan Niyazi Həsənov həm də “Qırx ildən qırx yarpaq”, “Ana bağışlar”, “Alın yazısı” və “Zənginlik mənəviyyatdır” adlı 4 şeirlər kitabının müəllifidir.
Ailəlidir, bir oğlu, bir nəvəsi var.
Biz də tanınmış iqtisadçı alim, iqtisad elmləri doktoru, təcrübəli müəllim, çox hörmətli professor, fəail ictimai xadim və istedadlı qələm sahibi, !Qızıl qələm” mükafatı laureatı Niyazi Əlikram oğlu Həsənova uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, zəngin elmi-pedaqoji və ictimai fəaliyyətində, eləcə də, bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayaraq, aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Müşfiq BORÇALI,
“Ziya” İnformasiya Mərkəzinin,
“Ziya” qəzetinin və
ZiM.Az saytının baş redaktoru,
AYB-nin AJB-nin üzvü,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü
ZiM.Az
.
TUT ƏLİMDƏN, ATA
Tut əlimdən ata, qoy addım atım,
Atdığım addımı, uğurla atım.
Arzu muradıma, şərəflə çatım,
Bu yolda qoyma mən, büdrəyim qalım!
Elmdir ömrümüzü uğurlu edən,
Şərəfli yaşayır, zəhməti sevən.
Sonda bədbəxt olur, haramı yeyən,
“Beş günlük dünyadır kef elə” deyən.
Niyazi – əqidə, şərəf, ən uca,
Pis əməllər, ömrü çevirər puça.
Ölsən də, əməlin gərək nur saça,
Haqq itirməz, olsa da dünya qoca.
АNА – MÜƏLLIMƏYƏ
Ömrümdə ömrünün hərаrəti vаr,
Günəşə döndün ki, uçsun аyаzım.
Yаnımdа аnа tək, şərаfətin vаr,
А mənim аğ günlüm – sаçı bəyаzım.
О günəş şəfqətli, məlhəm bахışdаn,
Uzаndı günəşə, bizim qоlumuz.
Müqəddəs аlnınа, düşən qırışdаn,
Bаşlаdı işıqlı, həyаt yоlumuz.
Çох vахt sönənsə də, kənd işıqlаrı,
Bizlərə qəlbində, sən məşəl tаpdın.
Uçdu bir yuvаdаn, kənd uşаqlаrı,
Hər kəsə bir pеşə yоğurdun, yаpdın.
Bizlərdən аyrılmаq, sаnmа kədərdi,
Bаğlıdır hər qəlbə, hər zаmаn аdın.
Еlə şаgirdinin sаyı qədərdi,
Sənin аrzulаrın, sənin övlаdın.
Dünən də, bu gün də, sаbаh dа inаn,
Sənsiz оlmаyаcаq, аnlаyır qаnаn.
Müəllim аdını, vеribdir zаmаn,
Аnа müəlliməm, qəlbi nur sаçаn!
QARDAŞLAR
Bir evi bəlkə də dağıtmaq olar,
Bir eli məhv etmək çətindir, çətin.
Millət bir olarsa, daima qalar,
Amacı qardaşlıq olsa millətin!
Türkük, yer üzündə yaşayırıq biz,
Qurub – yaratmaqla keçir ömrümüz.
Nə qədər bir olsaq, bizim xeyrimiz,
Heç vaxt soyumasın işdən əlimiz !
Düşmən pusqudadır daim düşünək,
İşi elə quraq, daim birləşək.
Biri ağlayanda onu güldürək,
Birlikdə hamımız daim sevinək !
Sən mənə kömək et, məndə ki sənə,
Türk – türkün əlindən tutsa savabdı.
Qardaşlıq və birlik böyük xəzinə,
İnkişaf birliyə, bil ki, cavabdır !
Yurdumun dəyərli çox kişiləri,
Dünyasın dəyişib getdilər nakam.
Türklərin bu günkü arzu işləri,
Gələcək bizimdir, bilirəm, tamam !
Türkiyə, Azərbaycan daim yaşa !
Hər yerdə adınız çəkilsin qoşa !
İkiniz dünyada verib baş-başa,
Həyatda çevrilin əsil qardaşa !
KƏNDİM DÜŞDÜ YADIMA
Kəndimizin iyi gəldi burnuma,
Güc gətirdi dərin yatan duyğuma.
Danışdıqca o günləri oğluma,
Qəhərləndim keçən ömür yoluma.
Nənə babaların nurlu siması,
Laylaları, nağılları, duası,
Sanki, gəlir səslərinin sədası,
Canlanır ruhumda kəndin havası.
Niyazi, çox sevir doğma kəndini,
Tozlu torpağını, arxda bəndini.
Bölüşür onunla, sevinc dərdini,
Unutmaz nə əslini, nə nəslini!
HAQQLA OL
Haqla bəyan et, ağzından çıxan sözü,
Vicdanında qızartma görünməz üzü.
Hörmət dövlətin qazanar insan özü,
Təsdiq edən tərəzidir, elin gözü.
Əməlin sözündən heç olmasın kənar,
Çün ruhun vücudunun içində yanar.
Tarix əməli ilə yananı saxlar,
Gələn nəsillər üçün nümunə qalar.
Niyazi, dünya fani, zaman amansız,
Həyatımız nədən heç keçmir yalansız?
Haqq iflic, yalan göydə uçur qanadsız,
Hər gün bizə dindən danışır Allahsız!
AĞIR GÜNLƏR
Ömrümüzdə ağır günlər olanda,
Həyatın mənası bəzən solanda.
Qəlbimizə kin-küdurət dolanda,
Qəm gəlir, o günü yada salanda.
Dərdi olan insan imdad diləyir,
Möcüzənin olacağın gözləyir.
Əsassız boş məsləhətlər dinləyir,
Bu hadisə sonsuzluğa bənzəyir.
Niyazi, ağır günlər də sənindir,
Günün necə olsa da, qismətindir.
Qazancın təcrübədir, nemətindir,
Bilik günlərlə artan sərvətindir.
ZiM.Az
Загрузка. Пожалуйста, подождите…
Bir cavab yazın