Şahin Babayev Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub » ZiM.Az

TƏBRİK EDİRİK!..

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə
Şahin Babayev Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.

Şahin Tofiq oğlu Babayev – 1988-ci ildə anadan olub.

O, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.

Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.

Əmək fəaliyyətinə 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında başlayıb. 2012-ci ildən Azərkosmosda çalışan Şahin Babayev 2021-ci ilə qədər Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib.

Şahin Babayev bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.

Hörmətli Şahin Babayevi belə bir yüksək və məsul vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş: