Dmanisi Tədris Mərkəzində “Heydər Əliyevin ömür yolu” adlı inşa müsabiqəsi keçrilib » ZiM.Az

Gürcüstanda soydaşlarımızın kompakt halda yaşadığı regionlardan olan qədim Başkeçiddə fəaliyyət göstərən
Dmanisi Tədris Mərkəzində Ulu öndər Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin ömür yolu” adlı inşa müsabiqəsi keçirilib.

 

Mərkəzdən ZiM.Az-a bildiriblər ki, 40 nəfərədək şagirdin qatıldığı inşa musabiqəsinin Münsiflər heyətinində Mərkəzin müəllimləri Vasif Həsənov, Nigar Seyidova və Elza Suleymanovanın təmsil olunublar.

Münsiflər heyəti tərəfindən inşalarda Heydər Əliyevin mənalı həyat yolunun dolğun və bütövlükdə mövzunu əhatə edildiyi bildirilib.

Sonda Münsiflər heyəti tərəfindən müsabiqənin qalibi Dmanisi Tədris Mərkəzinin aktiv üzvü, 7-ci sinif şagirdi Umayra Həsənova elan edilib.


Tədris Mərkəzinin rəhbəri Kamran Xıdırov çıxışında Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açıb və bildirilib ki, Azərbaycan müstəqilliyinin ilk illərində Heydər Əliyevin rəhbərliyi altında zamanın çətin sınaqlarından şərəflə çıxdığını bildirib:

“Qeyd etmək lazımdır ki, inşa yazı müsabiqəsinin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq onun zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi olmuşdur”, – Kamran Xıdırov demişdir.

O, Ulu Öndər Heydər Əliyevin siyasi xəttini, inkişaf yolunu qətiyyətlə irəli aparan, uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və Gürcüstan arasında dostluq əlaqələrinin daha möhkəmlənməsində apardığı rolunu xüsusilə vurğulayıb.

Azərbaycan dili müəllimi Nigar Seyidova bildirib ki, Azərbaycanın bu gün şərəfli anlar, tarixi günlər yaşamasının səbəbi minillərlə ürəyində bəslədiyi müstəqil dövlət qurmaq arzusunun reallaşması və bu dövləti, bu reallığı günümüz faktına çevirən, Azərbaycan dövlətitinin yaradıcısı Heydər Əliyev kimi Ümummilli Liderinin olması ilə fəxr edirik.

 

Sonda müsabiqənin qalibi Umayra Həsənovaya xatirə hədiyyələri təqdim olunub.

 

ZiM.Az

 

 

 

Source link

 

Paylaş: