Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb » ZiM.Az

TƏBRİK EDİRİK!..

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, eləcə də, Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin və Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin üzvü olan, şeir və yazıları vaxtaşırı dövri mətbuatda dərc edilən Səxavət Ənvəroğlunun “Xatirələr qocalmır” adlı növbəti şeirlər kitabı “Tiçprint” nəşriyyatında işıq üzü görüb.

“Xatirələr qocalmır” müəllifin oxucularla yeddinci görüşüdür.
İndiyə qədər onun “Ürək məndən inciyibdir” (2006), “Sən olacaqsan” (2014), “Dünyanın işindən baş açmaq olmur” (2017), “Sətir-sətir oxu məni” (2018), “Gedirəm…” (2020) “Məni bağışla…” (2022) kitabları işıq üzü görüb.

Əvvəlki kitabında olduğu kimi, bu kitabda da 44 günlük 2-ci Qarabağ müharibəsində müzəffər ordumuzun qazandığı ugurlardan, qazilərimizin göstərdiyi rəşadətdən, canlarını Azərbaycanın müstəqilliyi uğrunda qurban verən 20 Yanvar və Qarabağ şəhidlərinin müqəddəs ruhlarına ehtiramdan yaranan şeirlər yer alıb.
Zəngin mənəviyyatı uca tutan şair dün¬yanın faniliyinə, təlatümlərinə, sirlərinə, həyatın eniş-yoxuşuna biganə deyil. Onun dənizçilik həyatı ilə bağlı şeirlərində tənha günlərində amansız fırtınalarda yaşadığı duyğular canlandırılır. Sevgidə etibarı əsas tutan müəllifin saf duyğulardan yaranmış məhəbbət şeirləri də səmimiyyətlə qələmə alınıb.

Bu kitaba həmçinin müəllifin qəzəlləri, bayatıları, uzun illərin dostlarına həsr etdiyi və ya onların dilindən yazdığı şeirləri, şirin-şəkər balaları düşünməyə vadar edən tapmacaları daxil edilib.

Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Anar Məmmədov, rəyçisi Dövət Pedaqoji Universitetinin Quba filialının baş müəllimi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvi, “Araz” və “Qızıl qələm” mükafatları laureatı Şixəmməd Seyidməmmədovdur.

Biz də, Səxavət Ənvəroğlunu “Xatirələr qocalmır” adlı növbəti şeirlər kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq!.. İnanırıq ki, şairin digər kitabları kimi bu kitabı da qədirbilən oxucular tərəfindən rəğbətlə qarşılanacaq.

Leyla ƏHMƏDOVA,
“Borçalı” qəzetinin redaktoru

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş: