Tanınmış şair-müəllim-rəssam-pəhləvan və el ağsaqqalı YƏHYA BORÇALInın vəfatından bir il ötür » ZİM.Az

ALLAH RƏHMƏT ELƏSİN!…

Düz bir il əvvəl Ulu Borçalımızın ağır ellərindən olan qədim Darvaz kəndinə, eləcə də, bütün Borçalı ictimaiyyətinə ağır itgi üz verdi.
Elimizin-obamızın sevimlisi, xalqımızın dəyərli ziyalısı, tanınmış el ağsaqqalı, istedadlı şair-rəssam, təcrübəli müəllim, bacarıqlı pedaqoq, öz möcüzələri ilə insanları heyrətləndirən güclü pəhləvan, çox hörmətli Yəhya Borçalı 2023-cü il may ayının 1-də doğma Darvaz kəndində vəfat etdi.

Yəhya Borçalı (Yəhya Namaz oğlu Çobanov) – 1935-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində anadan olub.
1955-ci ildə Darvaz kənd orta məktəbini, 1968-cvi ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsini bitirib.
Qırx il qonşu Babakişilər kənd orta məktəbində müəllim işləyib.
Dəfələrlə Fəxri fərman, Fəxri diplom və mükafatlarla, eləcə də, “Əmək veteranı” medalı ilə təltif olunub.
Həm savadlı, bacarıqlı və təcrübəli müəllim, həm də güclü pələvan kimi tanınan, hörmətli el ağsaqqalı Yəhya Borçalı, eyni zamanda, istedadlı şair kimi də tanınıb.
On şeirlər kitabının müəllifidir.
Şeirləri bir çox mətbuat orqanlarında, dərgilərdə və ədəbi məcmuələrdə dərc olunub.

Yəhya Namaz oğlu 2023-cü il may ayının 1-də doğma kəndində vəfat edib.

Elimizin-obamızın sevimlisi, xalqımızın dəyərli ziyalısı, tanınmış el ağsaqqalı, istedadlı şair-rəssam, təcrübəli müəllim, bacarıqlı pedaqoq, öz möcüzələri ilə insanları heyrətləndirən güclü pəhləvan, çox hörmətli Yəhya Namaz oğlu Çobanovun vəfatından bir daha kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, bütün doğmalarına, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı veririk.

Yəhya Namaz oğlu Çobanovun əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman əbədi olaraq yaşayacaq.

Biz də bir daha Allahdan Yəhya müəllimə rəhmət diləyirik, “Məkanı cənnət, ruhu şad olsun…” deyirik- və aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqim edirik.


Müşfiq BORÇALI,
ZiM.Az

 

USTADNAMƏ

Düzgün danış söhbətini, sözünü,
Sonradan etməsin qara üzünü.
Yüngül tutma heç bir yerdə özünü,
Hörmətlə çəkilsin qoy adın sənin.

Gedəndə məclisə mərfətin bildir,
Yığılan buraya, bilirsən eldir,
İnsanı hörmətdə saxlayan dildir,
`Şirindildir` desin qoy yadın sənin.

Yəhyanın sözünü oxuyun .qanın,
Yayılsın hər yana sənin ad-sanın,
Hörmətlə deyilsin hər vaxt ünvanın.
Batmanla çəkilsin qoy adın sənin.

Ustadlar ustdnaməni bir yox, iki deyər. Biz deyək iki
olsun, dinləyicilərin ömrü uzun olsun:

Həyatın dövranı dönüb tərsinə.
Hər dostun sözünə inanma, oğul.
Gərən yoxdu düz işlərə bil sinə.
Dostunam deyənə inanma, oğul.

Gördüm

Mən səhrada bir möcüzə görmüşəm,
Üç yüz altımışdı bil onun gözü.
Göründü gözümə tək bircə üzü,
O üzüdə ağlı qaralı gördüm.

Çox baxdım üzünə dinmədi dili,
Lazımlı vaxtlarda yazdırıır ili.
Bəzən düşündürür obanı,eli,
Üç yüz altımış qolunu gördüm

Yəhya düşünməzdin sən belə işi.
De haradan aldıngözəl vərdişi.
İstədimki alam onu on beşi.
Ondada üzünü yaralı gördüm.

QOCALANDA

Ay ellərim, sizə bircə sözüm var,
Qırış-qırış olur üz, qocalanda.
Sözlərimi gəlin etməyin inkar,
Ailədə keçmir söz, qocalanda.

Həyatın qanunu yaranıb belə,
Yayılıb hər yana, mahala, elə.
Sözlərim gedəcək hər zaman yelə,
Desəm də sözümü düz, qocalanda.

Yəhyayam, sözümə siz şərik olun,
Uzağa düşməsin heç zaman yolun.
İşləməsə sağın, ya da ki, solun,
Keçməz sözləriniz siz qocalanda.

XƏBƏR AL MƏNİ

Şair Nizami Saraçlıya

Axtarmaq istəsən şair Yəhyanı,
Musadan, Müşfiqdən xəbər al məni.
Borçalı vətənim, Darvazdı yurdum,
Elimdən-obamdan xəbər al məni.

Mərfəti, hörməti mən gördüm səndə,
Gəl gəzək səninlə şehli çəməndə.
Dediyin söz-söhbət durur sinəmdə,
Zəlimxan Yaqubdan xəbər al məni.

Yəhyayam, el-obam tanıyır məni,
Nadanlar dağladı odlu sinəmi.
Borçalıdan Bakıya gəlməyimi,
O həkim Səməddən xəbər al məni.

PAPİROS

Bir neçə il çəkdim səni,
Zəhərlədin bədənimi.
Avammı sayırdın məni,
Verirdin ziyan, papiros.

Çəkdim ürəyim üzüldü,
Hisin qanıma süzüldü.
Qəlbə yaralar düzüldü,
Çoxdu zərərin, papiros.

Zəhərlədin təmiz qanı,
Səndə insaf söylə, hanı?
Bada verdin sağlam canı,
Eylədin ziyan, papiros.

Yəhya deyər, əl çək məndəm,
Xeyir görmür heç kim səndən.
Neçəsini saldın əldən,
Eylədin ziyan, papiros.

TELEVİZOR

Düz yoldan milləti atırsan yana,
Əyri işi göstərirsən insana.
Belə işlər heç yaraşmır ad sana,
Televizor əyri işi at indi.

Çılpaq gəzir biıin bəzi tərsinə,
Onu görür hər bir yerdə ağsinə.
Ağsinədə işi görür əksinə,
Televizor əyri işi at indi.

Yəhyayam sözümü deyirəm sizə.
Hörmət edin elə ,obaya.bizə.
Əyrilər düzülsün o gözəl izə.
Televizor əyri işi at indi.

BAĞLAMALAR

NEÇƏDİR

O nədir ki, adı əbədi qalar.
İldən-ilə el içində car olar?
Hamısı yığılar, bir yerə dolar,
Onların həyatda sayı neçədir?

Onlar da hər yerdə görünər gözə,
Baxmazlar heç zaman deyilən sözə,
Dediyim möhtacdı əlliyə, yüzə,
Onların həyatda sayı neçədir?

Bağlamanın bilin çoxdu ad-sanı,
Ərinməz, yorulmaz, gəzər cahanı.
Açana qurbandı Yəhyanın canı,
Bunların həyatda sayı neçədir?..

NƏ GÜCLÜDÜR DÜNYADA

Ay el-oba sizə bircə sözüm var,
Nə güclüdür deyin görüm dünyada?
Seyrə çıxar nə dincələr, nə durar,
Nə güclüdür, deyin görüm dünyada?

Heç görünmür onun əli, ayağı,
Gəzir həyatda dost, düşman sayağı,
Bədənində yoxdu bir damcı qanı,
O nədir ki, deyin görüm dünyada?

Bunu bilənlər var, ən azı yüzü,
Yalan deyil bilin, Yəhyanın sözü.
Çox gəzir həyatda, güclünün özü,
O nədir ki, deyin görüm dünyada?

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir