“ZƏFƏR SƏDASI”nın İMZA GÜNÜ keçirilib » ZiM.Az


“ZƏFƏR SƏDASI”nın İMZA GÜNÜ keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasının önündəki Elmlər Akademiyası parkında III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (III LitBookFest) keçirilib.

Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və digər qurumların dəstəyi ilə təşkil olunub.

AMEA-ın görkəmli alim və ədəbiyyatşünaslarının, tanınmış şair və yazıçıların, elm, ədəbiyyat, incəsənət xadimlərinin, eləcə də, Türkiyədən gəlmiş sənət adamlarnın kitabsevərlərlə görüşləri, panel iclasları, poeziya saatları, “İmza gün”ləri və kitab təqdimatları keçirilib.

Festivalda şair-publisist, Səməd Vurğun Poeziya Ocağının rəhbəri, Prezident mükafatçısı, Zərəngiz Dəmirçi Qayalının səkkizinci kitabı “Zəfər sədası”nın da imza günü olub.

“ZƏFƏR SƏDASI”nın İMZA GÜNÜ keçirilib Zərəngiz xanım elə həmin gün “Dostluq Məşəl” Cəmiyyətinin sədri, tanınmış şair-jurnalist Fərman Borçalı tərəfindən “Fəxri diplom”la təltif olunub.

Biz də Zərəngiz xanımı ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Qeyd edək ki, kitab, müəllifin bacısı, Milli Ordunun könüllü döyüşçüsü, Qazax rayonun ilk qız snayper atıcısı, Vəfa Dəmirçioğlunun əziz xatirəsinə həsr olunub.
Kitabda şairin son dövrlərdə yazdığı əsasən vətənpərvərlik mövzusuna həsr olunan şeirləri və pomaları toplanıb. Bu əsərlərdə zorla sürükləndiyimiz müharibənin törətdiyi bəlalar və 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbənin müjdəsi tərənnüm olunub. Kitabda qalib əsgərlərimiz, ölməz şəhidlərimiz, onların misilsiz qəhrəmanlıqları yer alıb.

Müşfiq BORÇALI,
ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir