Məhəbbət İmanov bildirib ki, bir il öncə dünyasını dəyişmiş mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş müsabiqənin keçirilməsində əsas məqsəd şagirdləri ana dilimizi – Azərbaycan dilini daha yaxşı öyrənməyə həvəsləndirməkdir.
Onlardan 60 nəfəri ikinci mərhələyə vəsiqə alıb.
İkinci mərhələdə isə həmin şagirdlərdən 20 nəfəri müsabiqənin qalibi seçilib.
Ələddin Qarabağlı qeyd edib ki, müsabiqədə iştirak edən şagirdlərin ana dilimizlə bağlı yazdıqları çox maraqlı olub. Şagirdlər ana dilimizin zənginlikləri barədə fikirlərini bölüşüblər.
Ələddin Qarabağlı belə müsabiqələrin davamlı olacağını və Gürcüstandakı bütün azərbaycandilli məktəbləri əhatə edəcəyini vurğulayıb.
Ələddin müəllim böyük sevinc hissi ilə onu da diqqətə çatdırıb ki, müsabiqədə paytaxt Tbilisi, eləcə də Qardabani, Marneuli, Bolnisi və Dmanisi rayonlarının məktəbliləri ilə yanaşı, Qaxeti bölgəsindən gəlmiş şagirdlər də yüksək səviyyədə iştirak ediblər.
Mərasimdə çıxış edənlər unudulmaz alimimiz Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, eyni zamanda, inşa yazı müsabiqəsinin də önəmindən söz açıblar, belə tədbirlərin davamlı olmasını arzulayıblar və şagirdlərə uğurlar diləyiblər.
Onlar qeyd ediblər ki, son illərdə azərbaycandilli məktəblərdə oxuyan şagirdlərin bu cür müsabiqlərdə iştirakı və fəallığı ana dilimizin inkişafına yönəlib.
Sonda müsabiqədə iştirak edən və müxtəlif nominasiyalar üzrə qalib olan şagirdlərin hər biri sertifikat və pul mükafatına layiq görülüblər.
Belə ki, 1 nəfər 1-ci yeri qazanaraq 100 lari, 2 nəfər 2-ci yeri qazanaraq hər biri 75 lari, 3-nəfər 3-cü yeri qazanaraq hər biri 50 lari, 4 nəfər 4-cü yeri qazanaraq hər biri 25 lari, 5 nəfər 5-ci yeri qazanaraq hər biri 20 lari, 5 nəfər isə həvəsləndirici mükafat qazanmaqla yenə də hər biri 20 lari olmaqla pul mükafat ilə birlikdə diplom və sertifikatla da təltif olunublar.
Qaliblərə, eləcə də, digər bütün iştirakçılara qiymətli hədiyyələr, müxtəlif kitablar və məktəb ləvazimatları da təqdim olunub.
Tədbir iştirakçılarına həmçinin mərhum akademik Mədəd Çobanovun müəllifi olduğu, eləcə də, ona həsr olunan kitablar da paylanılıb, xatirə foto-şəkillər də çəkilib.
ZiM.Az
.
Загрузка. Пожалуйста, подождите…
Bir cavab yazın