Gəlin, YURDumuzu sevək və sevdirək!

ƏZiZ və DƏYƏRLİ DOSTLAR!…
XOŞ GÖRDÜK SİZLƏRİ…

Sizlərə Zəfər müjdəli şad xəbərlərlə dolu və bir-birindən gözəl olan sevincli günlərdə və həm də, qarşıdan gələn gözəl bayramlar ərəfəsində – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı qovuşuğunda daha bir şad xəbərimiz var:

 “YURD” adlı yeni bir İnformasiya Mərkəzimiz və mərkəzin müstəqil internet saytı fəaliyyətə başlayır…
Beləliklə, yeni internet saytımız – “yurd.info.az” da sizlərin ixtiyarınızdadır!!!…

Belə bir əziz gündə sizlərlə görüşməkdən çox məmnunuq…

Nəzərinizə çatdırırıq ki, Yurd.İnfo.Az saytında Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə yanaşı, həm də dünyada, xüsusilə də Turan ellərində və qonşu Gürcüstanda baş verən maraqlı hadisələr, Borçalıda və eləcə də digər bölgələrdə yaşayan soydaşlarımızın yaşam tərzi, problemləri və s. haqqında məlamatları siz dəyərli oxucularımıza çatdıracağıq.
Saytımızda Elm və təhsil, Ədəbiyyat və mədəniyyət,  mətbuat, sağlamlıq və digər (o cümlədən, iqtisadiyyat, sosial, şou və s.) adlı ayrıca bölmələrimiz olacaq.

Həmçinin saytımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları da təqdim olunacaq.
Saytımız siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkiliyə yol verməyəcək,
tam obyektiv, müstəqil və şərhsiz olaraq xəbər istehsal edəcək.
Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları,
QHT-ləri, hüquq-mühafizə orqanlarını, eləcə də, saytımızla maraqlanan hər bir şəxsi
və ya yazarı ən fəal əməkdaşlığa dəvət edirik.

Tanınmış jurnalistlərdən Pərixanım Muradova, Müşfiq Borçalı, Firəngiz İbadova, İlyas Əfəndi Vəfalı, Xanım Bilalqızı, Tinatin Əhmədqızı, Sevgül Səfərli, Rauf İlyasoğlu, Günay Novruz, Etibar Ovçuyev, Raziyə Rzayeva, Ülviyyə Məhəmməd, Murtuz Fərhadoğlu, Yunis Qaraxanlı başqaları da bundan sonra fəaliyyətlərini həm də bizimlə birlikdə – Yurd.İnfo.Az-da davam etdirəcəklər.
Bu günkü mətbuat bolluğunda belə bir müqəddəs yolun yolçuluğuna
özümüzə inanaraq sizlərə – cəfakеş ziyalılara, adı vətənlə qoşa çəkilən analara, atalara,
vətənpərvər oğullara, yurdsevər qızlara, ərlərə, ərənlərə güvənərək çıxırıq!..
Yolumuz xeyirli, uğurlu olsun!..

Buyurun,YURD” İnformasiya Mərkəzi —
«
Yurd.İnfo.Az» saytı Sizlərin ixtiyarınızdadır…

Onu da xatırladırıq ki, tezliklə Yurd.Az/Tv və Yurd.Az/Radio da sizlərin ixtiyarınızda olacaq!..

Gəlin, YURDumuzu tanıyaq və tanıdaq!

Gəlin, YURDumuzu sevək və sevdirək!

Ən əsası, həmişə YURD ilə olaq!..

Həmişə YURDumuzda olaq!…

Həmişə YURDumuzu qoruyaq!…


Əziz dostlar!.. Qarşıdan gələn Bayramlarınız mubarək!..
Sizlərin hər birinizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti,
firavan həyat, bol ruzu, gözəl qismət və yeni-yeni uğurlar arzulayırıq!…

 

Dərin Hörmətlə,

Yurd.İnfo.Az-ın Baş Redaktoru:

Məlahət SAHİBQIZI,

AYB-nin və AJB-nin üzvü,

“Abdulla Şaiq”, “Xan qızı Natəvan”,

“XXI Əsrin Ziyalısı”,

“Zirvə”, “Zəfər”, “Qızıl qələm”

və s. mükafatların laureatı

Bakı, 25.12.2023.

 

 

 

Paylaş: