SƏBZƏLİ ƏLƏSGƏROV (1963)

Ələsgərov Səbzəli Qurban oğlu (Sevizli Aleskerman) 16 mart 1963-cü ildə İsmayıllı rayonunun Mudri kəndində anadan olmuş, ilk təhsilini Mudri kənd səkkizillik məktəbində, daha sonra Təzəkənd orta məktəbində tam orta təhsil almışdır.

1980-1982-ci illərdə Moskva hərbi dairəsində hərbi xidmət keçmişdir.

1983-cü ildə Azərbaycan İnşaat-Memarlıq Universitetinin İnşaat-Mühəndislər fakultəsinə daxil olmuş və 1989-cu ildə ali təhsilini başa vurduqdan sonra müxtəlif inşaat sahələrində iş icraçısı, baş mühəndis və idarə rəisi vəzifələrində çalışmışdır.

2000-ci ilin 5 iyununda ailə mənsubiyyəti ilə əlaqədar daimi yaşayış yeri olmaqla İzrayıl Dövlətinin Tel-Əviv şəhərinə köçmüşdür.

İzrail Dövlətində yaşadığı müddətdə inşaat sahəsində çalışmaqla bərabər, müasir dövrün tələblərinə uyğun olaraq müxtəlif kuralarda inteqrativ tibb sahəsində təhsil almışdır.

2015-2017-illərdə Tibbi astroloq, 2018-2000-ci illərdə Çin Təbabəti Akupunktura və İynəbatırma, 2020-2022-ci illərdə isə Knizeologuya və Osteopatiya üzrə kursları uğurla başa vuraraq şifaqı – bərpaçı (reabilitoloq) ixtisasına yiyələnmişdir.

Hazırda Tea-Əviv şəhərin inteqrativ müalicə klinikasında çalışır.

Ədəbiyyata, şeirə, poeziyaya olan sevgisindən dolayı, asudə vaxtlarında şeirlər, esse və hekayələr yazır.

Evlidir, bir oğlu və bir qızı var.

Biz də Səbzəli Qurban oğluna bədii yaradıcılığında və şəxsi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq!..

Yurd.info.az

 

DURNALAR QAYIDANDA…

 

Qış da, keçib getdi…

Gəldi bahar – yaz…

Bəs Sən necə, sevgilim?

Harda qaldın, gəlmədin?

Ey Mənim bahar gülüm ..

O, dediyin bahar, bu bahardı,

Baxma ki, dağlar hələ qardı.

Çiçək açıb yasəmən,

Yaşıl dona bürünüb,

Bütün ətraf çöl – çəmən.

Quşlar da, nəğmə deyir,

Açılan gül- çiçəklərə,

Arılar da, bal üçün,

Qonubdur ləçəklərə,

Deyirdin gələcəyəm..

Baharın o, anında,

Olacağam yanında.

Sığallayıb telimi,

Öpəcəksən əlimi.

Deyirdin ən geci- ən azından,

Biz görüşərik!

Durnalar qayıdanda…

İndi hər şey yerli yerində,

Hər şey öz axarıyla,

Dövr edir zamanında.

Suallar çox,

Cavab yox..

Cavablar çox dərində.

Ümidim qırılmayıb,

Hövsələm daralmayıb.

Bu bahar, bəlkə elə,

Durnalar tez qayıdıb?..

 

 

PAYIZ YAĞIŞI…

 

Yenə son bahar…

Qollarım boynumda,

Qalmışam naçar.

Son baharmı gəldi?

Ya, son baharmı ömrümə gəldi?

Hər yan qızılı, əlvan və sarı,

Yarpaqlar uçuşaraq havada,

Gəlirlər mənə sarı…

Baxıram hər tərəfə,

Həm sağa, həm soluma.

Keçən ömür yoluma.

Dalaraq xeyyalara,

Boylanıb son bahara..

Uçuşan yarpaqlara..

Yarpağını tökən,

Üşüyən ağaclara…

Quşlar da yox artıq,

Uçub getmişlər,

Soyuqdan qurtularaq,

Bu yerdən köç etmişlər…

Dostlar da, yada salmır…

Telefon da, susubdur…

Susur, heç zəng də, çalmır…

Dostlar da, quşlar təki,

Sanki, uçub gedibdir…

Çoxu depressionda,

Bəzisi pansionda…

İlk baharda arzular…

Bəhrə verməyib sonda…

Fikirlər deryaslnda,

Qərq olduğum bu anda,

Göy üzü semasında,

Buludlar peyda olur

Nakam qalan sevgiyə,

“Göz yaşı”  şeyda olur.

Söz düşmüşkəm sevgidən,

Yada düşür sevgilim,

İlk sevgim, o, bahar gülüm

Peyda olan buludlar

Dözmür nakam sevgiyə,

“Şimşək” hönkürtusüylə,

Sellənib suya dönür..

Sellər axaraq qarşımızdan,

Perdə çəkir aramızdan..

Sevgilim qeyb olaraq..

Boylanır yağışın arxasından..

Mən bu üzdə,

O, isə yağışın o biri üzündə..

 

 

YAĞIŞLAR YAĞIR…

 

Deyirsən orada yağışlar yağır,

Payız yeli əsir, küləklər qopur,

Sevən ürəklərə duyğular hopur.

Nə olur, o, yağışdan bizə də, göndər.

 

Deyirsən orada yağışlar yağır,

Yağdıqca sellənir, durmayır axır,

Sevən baxışlarsa göz – gözə baxır

Nə olur, o, yağışdan bizə də göndər…

 

Deyirsən orada yağışlar yağır,

Olsun ki, çirkinliyi silib, qoparır

Nakam sevgiləri yuyub aparır,

Nə olur, o, yağışdan bizə də göndər.

 

Deyirsən orada yağışlar yağır…

Eybi yox, qoy yağsın doğma şəhərə,

Derd də, yox olsun, qalmasın səhərə,

Nə olur, o, yağışdan bizə də göndər.

 

Deyirsən orda yağışlar yağır,

Elə yağsın ki, ağaclar da əyilsin.

Bircə senin xoş ətrinə dəyməsin

Nə olur, o, yağışdan bizə də göndər.

 

 

 

ARASINDA…

 

Aşağıdan yuxarı,

Hərə öz sırasında.

“Mən”sə qərar tutmuşam

Yerlə – Göy arasında.

 

Göz yaşım gilələnib,

Gözümün qarasında

İstədim sözmü deyim

“İki daş” arasında.

 

Döydü yağışlar məni,

Fəsillər sırasında.

Ömür beləcə keçdi,

Bahar- qış arasında.

 

Nakam sevgi qovr edir

Qəlbimin yarasında.

Ölüm ” hökm”ün gözləyir,

Gözlə – qaş arasında.

 

 

 

YAZSAM DA BİR, YAZMASAM DA…

 

Gəl özünü çəkmə naza,

Olma payız,gəl dön yaza.

Cana doydum yaza- yaza

Yazsam da bir, yazmasamda…

 

Bu bir candır, bu bir andır,

Dağ- daş deyil,bu insandır.

Yox yanımda, o, canandır,

Yazsam da bir, yazmasamda…

 

Tanıdığın bu boş qəfəs,

Gəlib gedir, hələ nəfəs.

Harda o, ün, harda o, səs ?

Yazsam da bir, yazmasamda…

 

Mənzil çatdı, yol da, bitdi,

Bu bir dəmdi, gəldi, getdi,

Bu sevgi də, sona yetdi.

Yazsam da bir, yazmasamda…

 

***

 

Baxıram əksinə,

Durubdur qarşımda…

Lal-dinməzdir

Nə danışır, nə dinir.

Söhbət qurmaq istəyirəm,

Hənir gəlməyir…

Fikirlərim ümman təki,

Hər tərəfə hey axıb gedir,

Bir az rəvan, gah da qarışıq…

Baxıram ki, istəmirsən barışıq.

Ehh… bir zərrə vaxt tapaydım,

Bir az həzin, bir az çılğın,

Sənə şer yazaydım…

Hərdən bir də, yada salıb,

Baxaydım ki, yaddaşımda nələr qalıb?!

Bəzən şirin,

Bəzən isə acı-acı,

Seyrə dalıb,

Qalxıb-enən xatirələr dalğasında…

Boğulaydım.

Ov itirən ovçu təki,

Hey arxanca dolanaraq,

O, sevgini şikar təki

Ovlayaydım…

Həyatımda ikinci kəs doğulaydım…

 

AY PAXIL ŞAİR…

 

Yoxdur həyan, nə də, arın,

Atırsan böhtan, paxıl şair.

Nə dostun var, nə də yarın,

Yoxdur həyan, paxıl şair.

 

Özün gombul, boyun bəstə,

Həyasızsan, həm də xəstə.

Daim axtarırsan , hər kəsdə

Eyib, nöqsan, paxıl şair.

 

Hər şeydə özünü öyürsən,

Nə olsun ki, heca – vəzn bilirsən?

Gedənin arxaslnca söyürsən..

Dediklərin yalandı, paxıl şair.

 

Bir şeirdə mən yazacam

Heca, vəznin sən də yoxla,

Yoxlamasan mən yozacam,

Ondan sonra özünü toxda.

 

Elanlarda da, yazacağam,

Sən var ikən it nə lazım?

Dözmədi, dilə gəldi sazım…

Dedi:- Dayan, paxıl şair!..

 

Yurd.info.az

 

 

Paylaş: