ŞƏRQ GÜNƏŞİ

İlklər, mədəniyyət, tövhə dedikdə hər zaman gözümüzün önündə qərb canlanır.

Amma bunu unuduruq ki, dünyaya işıq və istilik saçan Günəş hər zaman Şərqdən doğur.

Yəni ümidin beşiyi hər zaman Şərqdir.

Yaxın Şərq dövləti olan vətənimiz də tarix boyu bir çox ilklərə imza atmışdır.

Bu ilklərdən bir çoxu neft sənayəsində baş vermişdir.

“Qara qızıl”ın vətənində bunların baş verməsi heç də təsadüfi deyil.

Dünya tarixinə nəzər salsaq ilk dərin neft quyusunun məhz paytaxt Bakı mədənlərində qazıldığının şahidi olarıq.

Bu 1840-cı illərə təsadüf edir.

Eyni zamanda neft tarixində ilk dəfə buruq üsulundan istifadə olunması da ölkəmizin adı ilə bağlıdır.

Ölkəmizdə Ana haqqı, qadına sevgi və hörmət hər zaman uca tutulmuşdur.

Bizim qadınlarımız hər zaman Şərq Günəşi kimi parlamışdır.

Bu tarix boyu belə davam etmişdir.

Ölkəmizin tarixində qadınların dövlət işlərində, mədəniyyət və incəsənətdə rolu danılmazdır.

Şərqdə bir çox ilkə imza atan qadınları da məhz vətən torpağı yetirmişdir.

Bəstəkar Şəfiqə Axundova şərqdə ilk opera yazan qadın olmuşdur.

Azad səmaların azad Azərbaycan qızı Leyla Məmmədbəyova Yaxın Şərq və Qafqazın ilk qadın pilotudur.

Beşiyi başında həzin laylalarla böyüdülmüş bir xalq və muğamın beşiyi olan bir vətən torpağı dünyada İlk Beynəlxalq Muğam Mərkəzinə ev sahibliyi edir.

Həcər BAYRAMOVA,

“YURD”un redaktoru

 

.

Paylaş: