Polkovnik MEHMAN SƏLİMOV vəfat edib

ALLAH RƏHMƏT ELƏSİN…

Dəyərli eloğlumuz, çox hörmətli ziyalı, vətənpərvər, yudsevər və xeyirxah insan, təcrübəli hərbçi, Azərbaycanın müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov bu gün – 19 dekabr 2023-cü ildə səhər saatlarında Gəncə şəhərindəki Mərkəzi Klinikada ağır pnevmoniya, ürək çatışmazlığından dünyasını dəyişib.

Mehman Əmirxan oğlu Səlimov – 1955-ci il avqustun 12-də Ulu Borçalımızın qədim və gözəl Baş­ke­çid elində,
indiki Gür­cüstan Res­­­publikasının Dmanisi ra­­­­­yo­nundakı Qızıl-Kilsə kəndində anadan olmuşdur.
1962-ci ildə Dmanisi rayo­nunun 1 saylı rus orta məktəbinin I sinfinə daxil olmuş, 1973-cü ildə isə həmin məktəbi
müvəffəqiyyətlə bitir­miş­dir.
1974-cü ildə Do­netsk Ali Siyasi Hərbi məktəbinə daxil olmuş və 1978-ci ildən 1984-cü ilədək Kiyev Hərbi Dairəsinin hərbi hissə­lərində komandirin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir.
1984-cü ildə V.İ.Lenin adına Hərbi-Siyasi Akademiyaya daxil olmuş və 1987-ci ildə Akademiyanı bitirmişdir.
1987-ci ildən Za­qaf­qaziya Hərbi Dai­rəsində tank alay komandirinin siyasi mə­sələ­lər üzrə müa­vini vəzifəsində xidmət etmişdir.
1990-1991-ci illərdə mo­toatıcı diviziyası ko­man­dirinin müavini-siyasi şö­bənin rəisi vəzifəsində çalışmışdır.

Mehman Səlimov 1992-ci ildə Bakı­ya qayıtmış, Azər­baycan Silahlı qüv­vələrinə könüllü da­xil ol­muşdur.
1992-ci ilin 26 yan­varından sentyabr ayına qə­dər müdafiə na­zirinin köməkçisi – şəxsi heyyətlə iş ida­rə­sinin rəisi və­zi­fə­sində xidmət etmişdir.
15 sentyabr 1992-ci ildən mart ayına qədər döyüş zo­na­sına ezam olmuş və hərbi hissəyə komandanlıq edərək Ağ­dərə-Ağdam istiqamətində döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 1993-cü ilin mart ayından 1993-cü ilin noyabr ayı­na qədər Azərbaycan Prezident Aparatında hərbi qurucu­luq məsələləri üzrə şöbə müdirinin müavini vəzifəsində işlə­miş­dir. 1994-cü ilin yanvar ayından 172 saylı hərbi hissə ko­mandirinin şəxsi heyyəti üzrə müavini vəzifəsinə təyin olun­muşdur, Füzuli-Kəlbəcər rayonları uğrunda döyüşlərdə işti­rak etmişdir. 1995-ci il 22 martdan-1995-ci il 26 aprelə qədər Müdafiə Nazirliyinin şəxsi heyyətlə iş idarəsinin rəis müa­vini olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin fər­manı ilə 1995-ci il iyun ayında Müdafiə Nazirinin müa­vini,
hərbi siyasi idarəsinin rəisi 
təyin edilmişdir və 1999-cu ilin iyul ayında həmin vəzifənin ixtisarı ilə əlaqədar
Azərbaycan ordu­sundan tərxis olunmuşdur. Hal-ha­zırda hərbi təqaüdçüdür.

1994-cü il 5 oktyabrda Azərbaycan Respublikası Prezi­den­­ti­nin fərmanı ilə Gəncə şəhərində
Dövlət çevrilişi cəh­di­nin qarşısının alınmasında rəhbərlik etdiyinə görə
“Azər­bay­can Bayrağı” ordeni ilə təltif olunmuşdur.

1995-ci il mart ha­disə­ləri­nin qarşısının alınmasında fəal iştirak etdiyinə görə vaxtın­dan əvvəl
Polkovnik hərbi rütbəsi ilə təltif olunmuş­dur.

O, Müdafiə Nazirinin müavini vəzifəsində xidmət edərkən mü­dafiə nazirliyinin mətbuat xidməti
və “Azərbaycan Ordusu” qə­zetinə rəhbərlik etmişdir.
1999-cu il sentyabr ayından ehti­yatda olan zabitlərin konfederasiyasına üzv olmuş,
2000-ci ilin dekabr ayından Ehtiyatda olan Zabitlərin Azərbaycan-NATO Əməkdaşlıq İctimai Birliyinin
sədri
 seçilmiş və 2001-ci ilin mart ayından Qeyri-Hökumət Təşkilat Forumunun üzvü qə­bul edilmişdir.
Mehman Səlimov 2000-ci ilin yanvar ayından “Az-Me­dia” analitik informasiya agentliyinin direktoru vəzifəsin­də çalışmışdır.

Biz də dəyərli eloğlumuz, çox hörmətli ziyalı, vətənpərvər, yudsevər və xeyirxah insan, təcrübəli hərbçi, Azərbaycanın müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimovun vaxtsız vəfatından kədərləndiyimizi bildirir, bütün kollektiimiz adından mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Polkovnik Mehman Səlimovun əziz xatirəsi daim və əbədi olaraq hamımızın qəlbimizdə yaşayacaq!..
Allah rəhmət eləsin!
Ruhun həmişə şad, Məkanın cənnət olsun!..

Müşfiq BORÇALI,
“Ziya” qəzetinin baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru

“Yurd”

 



Paylaş: