Soydaşımız MİRZƏ SÜLEYMANOV yüksək vəzifəyə təyin olunub » ZiM.Az

TƏBRİK EDİRİK!..

Əziz eloğlular!
Bu günlərdə bütün Gürcüstan kökənli azərbaycanlıları sevindirən xoş bir xəbər aldıq:
Müstəqil Gürcüstanın tarixində ilk dəfə gənc həmyerlimiz Mirzə Süleymanov yüksək diplomatik vəzifəyə təyin olunub. ABŞ-ın Texas Universitetində həm bakalavr, həm də magistr səviyyəsində təhsilini başa vurub Gürcüstana qayıdan Mirzə Süleymanov Gürcüstan Respublikasının Sloveniya Dövlətindəki Səfirliyinin 1-ci katibi vəzifəsinə təyin edilməklə yüksək diplomatik status alıb.
Onu da qeyd etmək istəyirik ki, Mirzə Süleymanov xalqımızın qeyrətli oğlu, uzun illər Gürcüstan Parlamentində danışan dilimiz, vuran əlimiz olan Azər Süleymanovun oğludur.
Ümidvarıq ki, layiqli atanın layiqli oğlu diplomatiya sahəsində böyük uğurlar qazanacaq, gənclərimiz üçün gözəl nümunə, camaatımız üçün qürur mənbəyi olacaqdır!

Mirzə Azər oğlu Süleymanovu ürəkdən təbrik edir, yeni işində böyük uğurlar və həyatda xoşbəxtlik arzulayırıq!..

Bakıdan Gürcüstan kökənli həmyerlilər:

1. İsmayıl ÖMƏROV – Əməkdar incəsənət xadimi, siyasi elmlər üzrə fəlsəfə doktoru
2. Cavanşir MƏMMƏDOV – təqaüddə olan polis generalı.
3.Anar SÜLEYMANOV – fəlsəfə doktoru, iş adamı.
4. Natiq HÜMBƏTOV – araştırmaçı politoloq, iş adamı.
5. Eldar SULTANOV – təqaüddə olan general (Ədliyə müşaviri).
6. Həsən İSMAYILOV – iş adamı.
7. Müşfiq BORÇALI – filologiya üzrə fəlsəfə doktoru, naşir.
8. Kamran RAMAZANLI – “Soydaş” İB nin sədri.
9. Polad MEHDİYEV – Vəkillər Kollegiyasının üzvü, BDU-nun müəllimi.
10. İlqar İLKİN – “Soydaş” İB saytının redaktoru.
11. Rafiq HÜMBƏTOV – Vəkillər Kollegiyasının üzvü.
12. Alim ÖMƏROV – iş adamı.
13. Turab RZAYEV – politoloq.
14. Əli NAĞDƏLIYEV – “Soydaş” İB təftiş komissiyası sədri, iş adamı.
15. Xaqani QULUZADƏ – iş adamı

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş: