Qədim DARVAZ kəndi » Zirvə.info

Qədim DARVAZ kəndi Qədim DARVAZ kəndi Qədim DARVAZ kəndi Qədim DARVAZ kəndi DARVAZ kəndi – Qədim Bağ Borçalısının qərb hüdudlarında – tə­biə­tin gözəl bir guşəsində – Bolulus böl­gə­sin­də, indiki Gürcüstanın Bolnisi ra­yonunda, başı göy­lərə ucalan Şindi da­ğının şərqində Gədə ça­yının sahil­lərində (əsasən sol sahilində), Şindi dağın­dan şərq isti­qa­mət­də qalın meşələrlə ör­tülü sıra dağlar arasında, rayon mər­kəzindən 22 km qərbdə, dəniz səviyyəsindən 822 m yük­səklikdə yerləşir.

Qədim türk kəndi olan Darvaz şimal tərəfdən Ağbaba dağına söy­kə­nib, sanki, ondan güc alır.
Darvaz kəndi coğrafi möv­qe­yinə görə, qərb­dən Dağ Bor­ça­lısının Başkeçid bölgə­sinin Az­qanlı (Az­gəyli­yən), Or­meşən və Şor­şelet kəndləri, şi­­mal­dan isə Ehram (Xran) çayı ilə həmsər­həddir.
Əhalisi 4 min nə­fərə yaxındır.
Kənddəki Azər­baycan orta məktəbi 1919-cu ildən fəaliyyət göstərir və hazırda tanınmış xeyriyyəçi-me­se­nat Ziya Abbasovun adını daşıyır.

Osmanlıda paşalıq rüt­bə­sinə yük­­səlmiş Qəh­rəman Mehralı bəy, sərkərdə gene­ral-mayor Ay­vaz İs­ma­yılov, müharibə veteranları və el ağ­saqqalları Nadir Əh­­mə­dov, Cəlal və Ənvər Aşirovlar, İs­gən­­dər Əllə­zov, İlyas Əliyev, Mürsəl Gül­məm­mədov, Nəbi Çobanov, tanınmış alimlər – Nyu-York Elmlər Akade­miyasının aka­demiki Mədəd Çobanov, Məhəm­mə­dəli və Mur­tuz Məm­­mə­dov­lar, Fərman və Polad Gül­məm­mədovlar, Sergey Əhmədov, Va­­­leh, Əli və Fəxri Hacı­yevlər, İb­rahim Gü­l­əh­mədzadə, Mə­hər Aşi­­rov, To­fiq Məm­mədov, Məmməd (Mels) və Everest Əli­yevlər, Müşfiq Çobanov, Hüsniyyə Çobanova, Leyla və Tamella Əliyevalar, Fazil Bəx­tiyarov, Paşa Əh­mədov, Yaşar Ömə­rov, Faiq Na­ma­zov, Əməkdar mədəniyyət işçisi Musa Ço­banov, əmək­dar müəllimlər Mə­dəd Mu­ra­dov, Alı Ordu­xanov, Hacı­məm­məd Ha­cıyev, Sü­leyman Sal­­manov, Azər Abdullayev, Mü­­­­seyib Qəm­­­­­bərov, Vəli Abba­sov, Na­­dir Ab­basov, Süleyman Orucov, Oruc Nəbiyev, Hü­seynəli Ha­cıyev, şairlər Eldar Ha­cıyev, Yəhya Bor­çalı, Əl­ləz Nov­ruz, Ra­fiq Hüm­mət, Asif Ozan, Xıdır Oruc­oğ­lu, Zi­yad­xan Qəliz, Taryel Sarıoğlu, Ya­şar Dar­vazlı, hə­kimlər Gül­əh­məd Gül­əhməd­zadə, Şamil , Farmiz və Fuad Əli­yevlər, Səməd Ço­banov, Məş­kür, ZakirRauf Nəbi­za­dələr, Vilayət Ovçuyev, Rəna Əliyeva, Mə­hər­rəm Məm­mə­dov, Teymur Əhmədov, Esmira Çobanova, Eti­mad Nəbiyev, hərbçilər və hü­quq-müha­fizə işçiləri Al­maz Məmmədov, Firdovsi, Vaqif və Zaman Bayra­mov­lar, Adil Əliyev, Bayram İsa­yev, Na­zim Mu­sa­yev, Cümşüd Orucov, Na­zir Əlləzov, Sahib Məmmədov, İman Əli­yev, Qənbər və Nizami Aşirovlar, Rə­şid və Anar Hacıyevlər, Müq­zər Ab­­dul­la­yev, Oq­tay Nə­biyev, Rizvan Əliyev, Mais Sal­ma­nov, Şirxan Əfəndiyev, iş adamları Hey­dər Ab­basov, Niyaz Məmmədov, Təvəkkül və Vəzir Bayramovlar, Elman və İlfan Hacıyevlər, iqti­sadçı Əbülfət Nağıyev, toyla­rımızın bəzəyi iste­dadlı mü­ğən­ni Ma­rat Dar­vazlı, istedadlı musiqiçilər Şahin və Kamil Nəbizadələr, icti­maiy­yət­­çilər Fədli Mə­­hərrəmov, Sü­leyman Əhmədov və b. bu kən­din yetir­­mə­­lə­ri­dir.

Qədim DARVAZ kəndi Qədim DARVAZ kəndi «Darvaz» oykonimi türk köklü qədim «darvaz» etno­nimi (qəbilə və ya tayfa adı) əsasında təşəkkül tap­mışdır.
Gürcü mənbələrinin verdiyi məlumatlara görə, Bağ Bor­çalısının Bolulus bölgəsində bir-birinə yaxın Darvaz (son­ralar Darbazi), Darvaz tala, Darvaz cala adlı kəndlər də olub. Həm­çinin, Şərqi Gürcüstanda – Telavi rayonunun əra­zi­sində indi də Darvaz bulağı adlı hidronim vardır. Bu, o de­məkdir ki, vaxtı ilə darvaz tayfasının bir qolu həmin ərazi­də yaşayıb və orada da içməli su üçün bulaq çəkmişdir. «Dar­vaz bulağı» hidronimi isə, bizim fikirlərimizi bir daha təsdiq edir.

Həmçinin, IX əsrdə Cənubi Azər­baycanda Babək üsyanı ilə əlaqədar olaraq, Darvaz kəndinin adı çəkilir. Bu kəndin əhalisi Azərbaycan türklərindən ibarət olub. Bundan başqa, erməni müəllifləri Bolnisi rayonunun qərb bölgəsindəki yük­sək təpəlik­lərdəki kilsə­lərin (xalq ara­sında Yazılı kilsə adla­nır) X-XI əsr­lər­də tikildiyini və (əslin­də Alban kilsəsini – M.Ç.) erməni kilsəsi (bu kilsələr Darvaz kəndinin ərazisin­dədir) oldu­ğundan bəhs edir. Erməni müəl­lifi elə buradaca heç özü də bilmədən həmin kilsənin kimə məxsus olduğunu qeyd edir: «…bu erməni kilsələri Türk Darvazının yaxınlığın­dadır». Deməli, erməni müəllifi də Darvaz elinin, yəni indiki Darvaz kəndinin qədim tarixə ma­lik olduğunu və həm də hgmin kəndin türk kəndi olduğunu təsdiqləyir. Yəni, bu da onu göstərir ki, qə­­dim türk kəndinin yaxınlığında, hətta bir ne­çə kilometr uzaqda belə erməni kəndi yoxdursa, de­məli elə həmin abidə də erməni yox, türk abidəsidir.

Həmçinin, 1590-cı illərə aid olan türk mənbələrində Bor­çalı xüsusi inzibati-əra­­­­zi vahidi kimi qeyd olunmasa da, tarixi Borçalı ərazisindəki mahalların, nahiyələrin, sancaq­ların və 150-yə yaxın elin-kəndin adları qeyd olunmuşdur. Bu kənd­lə­rin arasında Darvaz kəndinin adı da vardır.

Qeyd: Hazırda Borçalının Bolulus bölgəsində, indiki Bol­nisi rayonunda iki Darvaz//Darbaz kəndi mövcuddur. Faxralı kən­dinin yaxınlığında yerləşən Darvaz kəndi «Ba­la Darvaz» adlanır. Bax: «Bala Darvaz».

«DARVAZ» adına Qərbi Azərbaycanın Zəngəzur bölgə­sində də rast gəlirik. Belə ki, Bazarçayın sol sahilində Dar­vaz­təpə (oykonim) adlı dağ vardır. Darvaz tayfasının ta­rixi mö­­hürü olan bu toponimdən aydın olur ki, tarixin müəy­yən mər­hələsində Darvaz tayfasının bir qolu da həmin ərazidə ya­şayıb… Azərbaycanın Zaqatala rayonunda da Darvaz tay­fa­sı­nın adı ilə bağlı olan Darvazbinə adlı kənd vardır. Həm­çi­nin, Orta Asiyada, o cümlədən Türk­mə­nis­tanda və di­gər böl­­gə­lərdə də Darvaz tayfasının adı ilə bağlı bir sıra oro­nim­lər və hidronimlər vardır.

Qədim DARVAZ kəndiDARVAZ CALA – Qədim Borçalı mahalının Bolulus böl­gə­sin­də, Darvaz kəndində, Gədəçayın sahilindədir. Bu oy­ko­nim də türkköklü «dar­vaz» etnonimin – tayfanın adı ilə tür­k­köklü «cala» sözünün birləş­məsindən yaranıb. Azər­bay­can-türk dilində «cala» sözü «çaykənarı, çaysahili» məna­la­rını bil­dirir. Ümu­milikdə isə, «Darvaz cala» oyko­ni­minin mə­­na­sı «çay ­kəna­rında yerləşən Darvaz eli» (kəndi) de­mək­dir. Bu mü­la­hizəni həmin ərazinin coğrafi mühiti də təsdiq edir.
DARVAZ TALA – Qədim Borçalı mahalının Boluls böl­gə­sin­də, Darvaz kəndindən qərb tərəfdə Başkeçid ra­yo­nunun Örməşən kəndi ilə həm­sərhəddədir. Bu oykonim türkköklü «darvaz» etnoniminin – tayfasının adı ilə türk köklü «tala» sö­­­zü­nün bir­ləşməsindən yaranıb. Türk dillərində «ta­la» sözü me­şə­­liyin aralarında olan açıq sahələrə deyilir. Deməli, «Dar­vaz tala» oy­koniminin ümumi mənası «meşə­liyin orta­sın­dakı açıq yer­də yerləşən «Darvaz eli», kəndi de­mək­dir. Bu deyilənləri Darvaz kəndinin coğrafi və təbii mü­hiti də təsdiqləyir.

Darvaz yaylası – Qədim Borçalı mahalının Bolulus bölgə­sin­də, Darvaz kəndindən qərb tərəfdə Başkeçid ra­yo­nu­nun Örməşən kəndi ilə həm­sərhəddədir. Bu ərazi mal­dar­lıq üçün daha əlverişli olduğu üçün Darvaz əha­lisinin varlı tə­­­bə­qəsinin az bir hissəsi XIX əsrin sonu və XX əsrin əv­vəl­lə­rində öz torpaqlarında evlər və tövlələr tikib kənd salıbdır. On­larla ailələr buraya köçüb, beləcə Dar­vaz yaylağı (buraya İkin­ci Darvaz da deyiblər) adlı kiçik bir kəndin özü­lü qoyul­muşdur. Burada məktəbyaşlı uşaqların sa­yı artıdığna görə, ib­ti­dai məktəb də açılıb. Lakin XX əsrin 40-cı illərində sabiq So­vet imperiyasının «daxili iqtisadi si­yasəti» nəticə­sində xalq oradan geri, Darvaz kəndinə köçü­rülmüş və orada yalnız kol­xozun maldarlıq və atçılıq təsər­rüfatı saxlanıl­mış­dır. Hə­min təsərüfat sahələri də XX əs­rin 50-ci il­lərində Darvaz kəndinə köçürülmüşdür. Bax: «Darvaz».

Qədim DARVAZ kəndi P.S.:

ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..

OLA BİLƏR Kİ, KİMİNSƏ ADINI UNUTMUŞUQ.
ƏVVƏLCƏDƏN ÜZR DİLƏYİR,
BİZƏ KÖMƏK EDƏCƏK HƏR BİR KƏSƏ
QABAQCADAN TƏŞƏKKÜR EDİR VƏ
HAMINIZA UĞURLAR ARZULAYIRIQ!..

Böyük hörmət və ehtiramla,

MÜŞFİQ BORÇALI.


Ünvanlarımız:

M-Borcali@mail.ru

və ya:

info@zim.az

Telefonlar:
+994 50 322 – 05 – 55;
+994 70 322 – 05 – 55
+994 55 692 – 05 – 55 (VatCap).

P.S.S.:
ƏZİZ DARVAZLILAR VƏ DARVAZSEVƏRLƏR!…
AzTv-də ÇALIŞDIĞIM İLLƏRDƏ MƏHZ MƏNİM TƏŞƏBBÜSÜMLƏ
DOĞMA YURDUMUZ DARVAZ HAQQINDA ÇƏKİLMİŞ VERİLİŞLƏRİ
AŞAĞIDA SİZLƏRƏ TƏQDİM ETMƏKDƏN BÖYÜK QÜRUR DUYURAM…
:

Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi: AzTv-nin “TURAN” verilişləri

Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi: AzTv-nin “Dostun evi könüllərdir!..” verilişləri.

VƏ ən nəhayət:
ZiM.Az/Darvaz

.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir