RƏFAİL QURBANOĞLU (1960)

Rafayıl Qurban oğlu Əhmədov – 1960-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olub.

Şeir­ləri bir sıra mətbuat orqan­larında və ədəbi məcmuələrdə dərc olunub.

Biz də Rafayıl Qurbana yeni-yeni uğurlar arzulayır və aşaöıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Məlahət SAHİBQIZI
“Borçalı” nəşriyyatının redaktoru,
“Abdulla Şaiq”, “Zirvə” və “Qızıl qələm” mükafatları laureatı

ZiM.Az

 

ZƏFƏR  MARŞI

 

Vətən oğlu , igid  əsgər  vətənə  sipər  oldu.

Səngərlərə  sinə  gərdi , hərə  cangavər  oldu .

Düşmənləri  qırıb  catar, baxın  hünərvər  oldu.

Cavanşirik ,biz  Babəkik ,Nəbiyik , Koroğluyuq!.

Qoy  eşitsin  hər  yan  bizi , bizlər Qarabağlıyıq !

 

Bizi səsler  bax Xankəndi,Xocavəndlə Ağdərə ..,

Qarı düşmən bu yerlədə ,qan  içində  can verə

Hünərinlə  biz  qovuşaq , gözlədiymiz  zəvərə .

Torpağmıza  gəc  baxanın ,gözünü  oymalıyıq !.

Qoy  eşitsin hər  yan  bizi , bizlər Qarabağlıyıq  !

 

İgid əsgər  möhkəm  dayan, al  şəhidlər  qanı.

Qəhramanlar  sırasına , şərəflə  yaz  adını .

Dalğalandır  bayrağmızı ,sən  sevindir  Şuşanı .

Xocalıyıq ,Xocavəndik , Ağdamlı  Qubadlıyıq !

Qoy  eşitsin  hər  yan  bizi, bizlər  Qarabağlıyıq !

 

Nifrətini  vəhşi  eylə , vur  düşmənin üzündən,

Qoyma gəzsin torpağmızda ,vur düşmənin dizindən ,

Aldatmasın qoy sizləri ,vur hiyləgər gözündən

Bu  yerlərdən ,bu  dağlardan onları qovmalıyıq !

Qoy  eşitsin  hər  yan  bizi , bizlər  Qarabağlıyıq !

 

Əcdadmızın  məsgənidi ,bu  torpaqlar  əzəli.

Qoyma  qalsın  əsirlikdə , Vaqifin  şux  gözəli .

Bu  torpaqdan  ruh  alıbdı ,Nətavanın  qəzəli .

Qarı düşmən  qoy  anlasın , qisası  almalıyıq !

Qoy  eşitsin  hər  yan  bizi, bizlər  Qarabağlıyıq!

 

Vətən  oğlu ,igid  əsgər , zəvərlə  qayıt  dala ,

Hünərinə  alqış  deyib , el  başına  yığıla .

Üç  rənkli bayrağımızda ,döyüşdə  qalib  ola .

Odlar yurdu ,Azərbaycan qəhramanlar oğluyuq !

Qoy  eşitsin  hər  yan  bizi , bizlər  Qarabağlıyıq !

 

 

GÖZƏL  QAZAĞIM

 

Mən  sənə  vurğunam , ay  ana  yurdum .

Ərənlər  oylağı , gözəl  Qazağım .

Nəğmələr  qoşmuşam , hər  zaman  sənə .

Qoynu  cənnət  bağı , gözəl  Qazağım.

 

Aləmə  səs  salan , şöhrət  şanın  var .

Zəvərlər  qazanan , bir  keçmişin  var

Avey , Göyəzəntək , daş – qaşın  var .

Xoşdu  bu  növrağı , gözəl  Qazağım .

 

Laləli , nərgizli  yaşıl  düzün  var ,

Yurdun  qəhramanı , oğlun  qızın  var .

Aşıqlar  oylağı , söhpət  sazın  var

Məclisi  qonaqlı , gözəl  Qazağım .

 

Doğma  vətənmizin   bir  parçasısan ,

Alınmaz , basılmaz  bir  qalasısan .

Əzəldən  Rəfailın  qibləgahısan ,

“Damcılı” bulaqlı  gözəl  Qazağım .

 

Əziz  dostlar , bu  şeri  oxuyanlar Baş  hərifləridə  ayrıca  oxuyun.

 

ÇAYLININ

 

Kəndçimiz, yaxın  dostum  Şahir Çayĺının istəyilə

Müxəmməs

 

Bilən  olmaz  tarixini ,

Neçədi  yaşı  Çaylının .

Bu  qovğalı  dünyamızda ,

Nə  çəkib  başı  Çaylının .

Gizlədib  di qarı  nənəm ,

Gətiribdi  Kəsəməndən .

İki  çayın  arasına,

Qoyulub   daşı  Çaylının .

 

El  yığılıb  dövrəsinə ,

Saldığı  bosdana  baxın .

Siz  Nuruoğlu  Məmmədə ,

Qaraya  ,Qasdana  baxın .

Ağızlarda  hey  dolaşan ,

Söylənən  dasdana  baxın .

Kommuna  tək  var  qardaşı .

Həmi  sirdaşı  Çaylının .

 

Şeir – sənət , meydanında ,

Hacıkərimlə , Musası  var .

Yazdıqları  əsərlərin ,

Neçə – neçə  mənası  var .

Bil  “Məhəbbət  olan  yerdə,,

,,Gecələrin  mahnısı,,  var .

Məhəbbətdən  yoğrulubdu ,

Torpağı , daşı  Çaylının .

 

Mərdanədi  oğulları ,

Ədəbi , ərkanı  gözəl .

Abır , həyalı  qızların ,

Baxın  hər  nişanı  gözəl .

Laləzardı , bağca – bağı .

Olubdu  hər  yanı  gözəl .

Cənnəti – rizvan  kimidi ,

Baharı, qışı  Çaylının

 

Əzəl  gündən  Rəfailın ,

Səcdəgahı , qibləsidi .

Odlar  yurdu  vətənimin ,

Bir  parçası, zərrəsidi .

Bütün  bu  Qazax mahalı,

Elimizin  qalasıdı .

Zaman-zaman  düşmənlərlə ,

Olub  savaşı  Çaylının.

 

 

SƏNƏ  QURBAN

 

Ay  bizim  bağcadan  ,gül  dərən  gözəl ,

Salma  bu  yerlərdən , yol  sənə  qurban .

Tellərin  dolaşar  , gül  budağına ,

Dağılar  üzünə ,  tel   sənə  qurban .

 

Bircə  danış  görüm , kimin  yarısan ,

Yoxsa  quzeylərin , saxlanç  qarısan .

Sinəndə  bəslənən , qoşa  narı  sən .

Qorxuram  salasan , kal  sənə  qurban .

 

Bağlar  qarışlayır , bahar  yazını ,

Bülbüllər  oxuyar  , xoş  avazını .

Arılar  gül  sanıb , çəkər  nazını ,

Əmərlər  dodaxdan , bal sənə  qurban.

 

Şimşəklər  oynaşıb , göylərdə  çaxar ,

Buludlar  səksənib  ,göz  yaşın  sıxar .

Əsər  bahar  yeli , yaxanı  açar ,

Görünər  sinəndə , xal  sənə  qurban .

 

O , ala  gözlərin , durdular  qəsdə ,

Bu  Yazıq  Rəfailı , eylədi  xəstə .

Xəlvətcə  dərmisən , tutmusan  dəsdə .

İyləyir  əllərin, gül  sənə  qurban .

 

 

ÖZ  NƏNƏM  KİMİ

 

Bu  şeir  German  Ağdamlının 

“Öz  anam  kimi” şerini  oxuyandan  sonra…

Əziz dostum  Abdulla Mecidovun  istəyilə…

 

Mənim  baharıma mənim  qışıma ,

Dünyaya  göz  açan , bu  gəlişimə .

,,Şeytanı  güldürən,, ilk  gülüşümə ,

Heç kəs can deməyib ,öz nənəm kimi.

 

Qayğısız  ötüşən, o  günlərimə ,

Nəğməsi  laylalı, o dəmlərimə.

Torpağın  üstündə , ilk  qədəmimə ,

Heç  kəs  can  deməyib , öz  nənəm kimi.

 

Baharda  açılan , şehli  gülümə ,

Sığala  yatmayan , qıvrım  telimə .

Nənə kəlməsini , deyən  dilimə ,

Heç  kəs can  deməyib , öz  nənəm  kimi.

 

Mənim  əhvalımı , bilənlər  oldu ,

Axsa  göz  yaşımı , silənlər  oldu .

Mənə  can  söyləyib, deyənlər  oldu.

Heç  kəs  can  deməyib , öz  nənəm  kimi .

 

Bu  elin  obanın , sonası  olub ,

Atamın  anamın, anası  olub .

Hər  zaman  halıma , yanası  olub .

Heç kəs can  deməyib, öz  nənəm kimi .

 

 

ŞƏHİD  SAMİRƏ

 

Of  ! Yenə  eşitdik , biz  acı  xəbər .

Ağla  qərənfilim ,ağla  sən  ağla .

Bir   ömrü  səsləmir , açılan  səhər .

Ağla  qərənfilim ,ağla  sən  ağla .

 

Yenə  şəhid  verdi  elmiz obamız

Neçə  şəhid  oldu , körpə  balamız ?

Bir  acı  xəbərlə,  gəldi  sabahmız .

Ağla  qərənfilim , ağla  sən  ağla .

 

Bir  evin  qaralıb , söndü  çırağı ,

Bir  ana  qəlbində , var  bala  dağı .

Qoşulub  anaya , səndə  de  ağı

Ağla  qərənfilim , ağla  sən ağla .

 

Bir  ata  belini  əydi  bu  xəbər ,

Bir  qardaş  boğaznı , tutubdu qəhər .

Bacı  qardaş deyib , salıb  hay  həşir

Ağla  qərənfilim  , ağla  sən  ağla .

 

Gülləri  əlində  dönüb  xəzələ ,

Bir  baxın  yol  üsdə  duran  gözələ .

Ağlayıb  yaş  tökür , aman  göz  ələ .

Ağla  qərənfilim ,ağla  sən  ağla .

 

Talehin  belədi , bəxti  kəm  oldun .

Sən  sevinc  olmadın  kədər ,qəm  oldun

Öz  şəhid  balana , bir  matəm  oldun .

Ağla  qərənfilim , ağla  sən  ağla .

 

Rəfailam  hər  zaman  qəlbimi  didər ,

Səndən  ayrılmayır , heç  zaman  kədər .

Sən  şəhid  gülüsən , buda  bir  hünər  .

Ağla  qərənfilim , ağla  sən  ağla .

 

 

DOĞULUB  KÜÇƏYƏ

ATILMIŞ  UŞAQ

 

Şəhvətlı  sevgidən ,doğulmuş  uşaq ,

Bir  anlıq  sevgiyə ,  satılmış  uşaq .

Laylası  dodaqda  yarımçıq  qalıb ,

Yerinə  ağısı , çalınmış  uşaq .

Doğulub  küçəyə  atılmış  uşaq .

 

Bir  anlıq  sevginin  qurbanı  olub ,

Körpə  fidan  olub , yàbanı  olub .

Yoxsa  bu ,tanrının  yamanı  olub ?

Nəzərdən  kənarda  qalıbmış  uşaq .

Doğulub  küçəyə  atılmış  uşaq .

 

O , qıvrım  telləri ,sığala  həsrət ,

Uşaq  şıltaqlığı ,  cığala  həsrət .

Uşaqlıq  marağı ,  nağıla  həsrət

Açılmaz  tilsimə ,salınmış  uşaq .

Doğulub  küçəyə  atılmış  uşaq .

 

 

Yıxılsa  qaldıran  anası  yoxdu ,

Ona  dayaq  olan , atası  yoxdu .

Hay  desə  harayna  çatası  yoxdu .

Tənha  ağac  olub , saralmış  uşaq .

Doğulub ,küçəyə  atılmış  uşaq .

 

Onun  qayğısına  qalanı  yoxdu ,

Uşaq  dünyasını  duyanı   yoxdu .

,, Can ”deyib  köksünə  basanı  yoxdu

Analı  dünyası  dağılmış   uşaq .

Doğulub , küçəyə  atılmış  uşaq .

 

Körpə  fidan  olub ,boy  atıb  qalxdı ,

O ,öz  dünyasına  baxdıqca  baxdı .

,, Atılmış  medal ”nı  boynuna  taxdı

Uşaqkən  qarıyıb ,qocalmış  uşaq .

Doğulub  küçəyə   atılmış  uşaq .

 

Uşaq  dünyasında , bahar  qış  olub .

Qayğılı  üzündə , sankı  daş  donub .

İslanıb  kirpiyi ,gözdə  yaş  donub .

Bəlkə  də  gecələr  ağlamış  uşaq .

Doğulub  küçəyə , atılmış  uşaq .

 

Görən  bu  körpənin  günahı  nəydi ?

Amansız  gərdişmi  qəddini  əydi ?

Bir  anlıq  sevgimi , xətrinə  dəydi  ?

Ataya , anaya  qarğamış  uşaq .

Doğulub  küçəyə  atılmış  uşaq .

 

Yurd.info.az

 

 

Paylaş: