Rafayıl Qurban oğlu Əhmədov – 1960-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olub.
Şeirləri bir sıra mətbuat orqanlarında və ədəbi məcmuələrdə dərc olunub.
Biz də Rafayıl Qurbana yeni-yeni uğurlar arzulayır və aşaöıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Məlahət SAHİBQIZI
“Borçalı” nəşriyyatının redaktoru,
“Abdulla Şaiq”, “Zirvə” və “Qızıl qələm” mükafatları laureatı
ZiM.Az
ZƏFƏR MARŞI
Vətən oğlu , igid əsgər vətənə sipər oldu.
Səngərlərə sinə gərdi , hərə cangavər oldu .
Düşmənləri qırıb catar, baxın hünərvər oldu.
Cavanşirik ,biz Babəkik ,Nəbiyik , Koroğluyuq!.
Qoy eşitsin hər yan bizi , bizlər Qarabağlıyıq !
Bizi səsler bax Xankəndi,Xocavəndlə Ağdərə ..,
Qarı düşmən bu yerlədə ,qan içində can verə
Hünərinlə biz qovuşaq , gözlədiymiz zəvərə .
Torpağmıza gəc baxanın ,gözünü oymalıyıq !.
Qoy eşitsin hər yan bizi , bizlər Qarabağlıyıq !
İgid əsgər möhkəm dayan, al şəhidlər qanı.
Qəhramanlar sırasına , şərəflə yaz adını .
Dalğalandır bayrağmızı ,sən sevindir Şuşanı .
Xocalıyıq ,Xocavəndik , Ağdamlı Qubadlıyıq !
Qoy eşitsin hər yan bizi, bizlər Qarabağlıyıq !
Nifrətini vəhşi eylə , vur düşmənin üzündən,
Qoyma gəzsin torpağmızda ,vur düşmənin dizindən ,
Aldatmasın qoy sizləri ,vur hiyləgər gözündən
Bu yerlərdən ,bu dağlardan onları qovmalıyıq !
Qoy eşitsin hər yan bizi , bizlər Qarabağlıyıq !
Əcdadmızın məsgənidi ,bu torpaqlar əzəli.
Qoyma qalsın əsirlikdə , Vaqifin şux gözəli .
Bu torpaqdan ruh alıbdı ,Nətavanın qəzəli .
Qarı düşmən qoy anlasın , qisası almalıyıq !
Qoy eşitsin hər yan bizi, bizlər Qarabağlıyıq!
Vətən oğlu ,igid əsgər , zəvərlə qayıt dala ,
Hünərinə alqış deyib , el başına yığıla .
Üç rənkli bayrağımızda ,döyüşdə qalib ola .
Odlar yurdu ,Azərbaycan qəhramanlar oğluyuq !
Qoy eşitsin hər yan bizi , bizlər Qarabağlıyıq !
GÖZƏL QAZAĞIM
Mən sənə vurğunam , ay ana yurdum .
Ərənlər oylağı , gözəl Qazağım .
Nəğmələr qoşmuşam , hər zaman sənə .
Qoynu cənnət bağı , gözəl Qazağım.
Aləmə səs salan , şöhrət şanın var .
Zəvərlər qazanan , bir keçmişin var
Avey , Göyəzəntək , daş – qaşın var .
Xoşdu bu növrağı , gözəl Qazağım .
Laləli , nərgizli yaşıl düzün var ,
Yurdun qəhramanı , oğlun qızın var .
Aşıqlar oylağı , söhpət sazın var
Məclisi qonaqlı , gözəl Qazağım .
Doğma vətənmizin bir parçasısan ,
Alınmaz , basılmaz bir qalasısan .
Əzəldən Rəfailın qibləgahısan ,
“Damcılı” bulaqlı gözəl Qazağım .
Əziz dostlar , bu şeri oxuyanlar Baş hərifləridə ayrıca oxuyun.
ÇAYLININ
Kəndçimiz, yaxın dostum Şahir Çayĺının istəyilə
Müxəmməs
Bilən olmaz tarixini ,
Neçədi yaşı Çaylının .
Bu qovğalı dünyamızda ,
Nə çəkib başı Çaylının .
Gizlədib di qarı nənəm ,
Gətiribdi Kəsəməndən .
İki çayın arasına,
Qoyulub daşı Çaylının .
El yığılıb dövrəsinə ,
Saldığı bosdana baxın .
Siz Nuruoğlu Məmmədə ,
Qaraya ,Qasdana baxın .
Ağızlarda hey dolaşan ,
Söylənən dasdana baxın .
Kommuna tək var qardaşı .
Həmi sirdaşı Çaylının .
Şeir – sənət , meydanında ,
Hacıkərimlə , Musası var .
Yazdıqları əsərlərin ,
Neçə – neçə mənası var .
Bil “Məhəbbət olan yerdə,,
,,Gecələrin mahnısı,, var .
Məhəbbətdən yoğrulubdu ,
Torpağı , daşı Çaylının .
Mərdanədi oğulları ,
Ədəbi , ərkanı gözəl .
Abır , həyalı qızların ,
Baxın hər nişanı gözəl .
Laləzardı , bağca – bağı .
Olubdu hər yanı gözəl .
Cənnəti – rizvan kimidi ,
Baharı, qışı Çaylının
Əzəl gündən Rəfailın ,
Səcdəgahı , qibləsidi .
Odlar yurdu vətənimin ,
Bir parçası, zərrəsidi .
Bütün bu Qazax mahalı,
Elimizin qalasıdı .
Zaman-zaman düşmənlərlə ,
Olub savaşı Çaylının.
SƏNƏ QURBAN
Ay bizim bağcadan ,gül dərən gözəl ,
Salma bu yerlərdən , yol sənə qurban .
Tellərin dolaşar , gül budağına ,
Dağılar üzünə , tel sənə qurban .
Bircə danış görüm , kimin yarısan ,
Yoxsa quzeylərin , saxlanç qarısan .
Sinəndə bəslənən , qoşa narı sən .
Qorxuram salasan , kal sənə qurban .
Bağlar qarışlayır , bahar yazını ,
Bülbüllər oxuyar , xoş avazını .
Arılar gül sanıb , çəkər nazını ,
Əmərlər dodaxdan , bal sənə qurban.
Şimşəklər oynaşıb , göylərdə çaxar ,
Buludlar səksənib ,göz yaşın sıxar .
Əsər bahar yeli , yaxanı açar ,
Görünər sinəndə , xal sənə qurban .
O , ala gözlərin , durdular qəsdə ,
Bu Yazıq Rəfailı , eylədi xəstə .
Xəlvətcə dərmisən , tutmusan dəsdə .
İyləyir əllərin, gül sənə qurban .
ÖZ NƏNƏM KİMİ
Bu şeir German Ağdamlının
“Öz anam kimi” şerini oxuyandan sonra…
Əziz dostum Abdulla Mecidovun istəyilə…
Mənim baharıma mənim qışıma ,
Dünyaya göz açan , bu gəlişimə .
,,Şeytanı güldürən,, ilk gülüşümə ,
Heç kəs can deməyib ,öz nənəm kimi.
Qayğısız ötüşən, o günlərimə ,
Nəğməsi laylalı, o dəmlərimə.
Torpağın üstündə , ilk qədəmimə ,
Heç kəs can deməyib , öz nənəm kimi.
Baharda açılan , şehli gülümə ,
Sığala yatmayan , qıvrım telimə .
Nənə kəlməsini , deyən dilimə ,
Heç kəs can deməyib , öz nənəm kimi.
Mənim əhvalımı , bilənlər oldu ,
Axsa göz yaşımı , silənlər oldu .
Mənə can söyləyib, deyənlər oldu.
Heç kəs can deməyib , öz nənəm kimi .
Bu elin obanın , sonası olub ,
Atamın anamın, anası olub .
Hər zaman halıma , yanası olub .
Heç kəs can deməyib, öz nənəm kimi .
ŞƏHİD SAMİRƏ
Of ! Yenə eşitdik , biz acı xəbər .
Ağla qərənfilim ,ağla sən ağla .
Bir ömrü səsləmir , açılan səhər .
Ağla qərənfilim ,ağla sən ağla .
Yenə şəhid verdi elmiz obamız
Neçə şəhid oldu , körpə balamız ?
Bir acı xəbərlə, gəldi sabahmız .
Ağla qərənfilim , ağla sən ağla .
Bir evin qaralıb , söndü çırağı ,
Bir ana qəlbində , var bala dağı .
Qoşulub anaya , səndə de ağı
Ağla qərənfilim , ağla sən ağla .
Bir ata belini əydi bu xəbər ,
Bir qardaş boğaznı , tutubdu qəhər .
Bacı qardaş deyib , salıb hay həşir
Ağla qərənfilim , ağla sən ağla .
Gülləri əlində dönüb xəzələ ,
Bir baxın yol üsdə duran gözələ .
Ağlayıb yaş tökür , aman göz ələ .
Ağla qərənfilim ,ağla sən ağla .
Talehin belədi , bəxti kəm oldun .
Sən sevinc olmadın kədər ,qəm oldun
Öz şəhid balana , bir matəm oldun .
Ağla qərənfilim , ağla sən ağla .
Rəfailam hər zaman qəlbimi didər ,
Səndən ayrılmayır , heç zaman kədər .
Sən şəhid gülüsən , buda bir hünər .
Ağla qərənfilim , ağla sən ağla .
DOĞULUB KÜÇƏYƏ
ATILMIŞ UŞAQ
Şəhvətlı sevgidən ,doğulmuş uşaq ,
Bir anlıq sevgiyə , satılmış uşaq .
Laylası dodaqda yarımçıq qalıb ,
Yerinə ağısı , çalınmış uşaq .
Doğulub küçəyə atılmış uşaq .
Bir anlıq sevginin qurbanı olub ,
Körpə fidan olub , yàbanı olub .
Yoxsa bu ,tanrının yamanı olub ?
Nəzərdən kənarda qalıbmış uşaq .
Doğulub küçəyə atılmış uşaq .
O , qıvrım telləri ,sığala həsrət ,
Uşaq şıltaqlığı , cığala həsrət .
Uşaqlıq marağı , nağıla həsrət
Açılmaz tilsimə ,salınmış uşaq .
Doğulub küçəyə atılmış uşaq .
Yıxılsa qaldıran anası yoxdu ,
Ona dayaq olan , atası yoxdu .
Hay desə harayna çatası yoxdu .
Tənha ağac olub , saralmış uşaq .
Doğulub ,küçəyə atılmış uşaq .
Onun qayğısına qalanı yoxdu ,
Uşaq dünyasını duyanı yoxdu .
,, Can ”deyib köksünə basanı yoxdu
Analı dünyası dağılmış uşaq .
Doğulub , küçəyə atılmış uşaq .
Körpə fidan olub ,boy atıb qalxdı ,
O ,öz dünyasına baxdıqca baxdı .
,, Atılmış medal ”nı boynuna taxdı
Uşaqkən qarıyıb ,qocalmış uşaq .
Doğulub küçəyə atılmış uşaq .
Uşaq dünyasında , bahar qış olub .
Qayğılı üzündə , sankı daş donub .
İslanıb kirpiyi ,gözdə yaş donub .
Bəlkə də gecələr ağlamış uşaq .
Doğulub küçəyə , atılmış uşaq .
Görən bu körpənin günahı nəydi ?
Amansız gərdişmi qəddini əydi ?
Bir anlıq sevgimi , xətrinə dəydi ?
Ataya , anaya qarğamış uşaq .
Doğulub küçəyə atılmış uşaq .
Yurd.info.az
Bir cavab yazın