Ağayeva Saray Ağabəy qızı – 1950-ci ildə Qəbələ rayonunun Bum qəsəbəsində sadə bir ailədə anadan olub.
Bum orta məktəbinin 8-ci sinfini bitirib.
1973-cü ildə ailə qurub və Bakı şəhərinə köçüb.
Təhsilini Bakı səhərinin Xətai rayonundakı 70 saylı orta məktəbin axsam sinifində davam etdirib, X sinifi bitirib, atestat alıb.
1984-1987-ci illərdə Bakı Fəhləsi mədəniyyət evində 3 il biçmə-tikmə-dərzilik sənətini öyrənib.
1989-cu ildə APİ-də (indikin ADPU-da) 2 ay ərəb dili kursuna gedib.
5 il Gəncliyə Yardım İctimai Birliyində ərəb dili dərslərinə qatılıb.
2 il Əli Bayramov adına Tikiş Fabrikində çalışıb.
4 il “Azərbaycan” nəşriyyatında təhvilvermə sexində, 38 il Radio Zavodda anbardar müdiri, 18 il 124 saylı baxçada aşbaz işləyib.
1993-cü ildə Məkkə ziyarətinə gedib.
Gənc yaşlarından seir yazır. Şeirləri müxtəlif mətbuat orqanlarında, o cümlədən, “Borçalı” və “Şərqin səsi” qəzetlərində, “ZiM.Az”, “Zirve.info.az”, “Yurd.info.az” saytlarında, “Söz xəzinəsi” və “Qəlbimin səsi” ədəbi məcmuələrdə dərc olunub.
Biz də Saray xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə xeirini dəyərli oxucularımıza təqdim edirik.
İlhamə SABİRQIZI,
ZiM.Az
DÜNYA LİDERİ
Ali baş kamandan heyranam sizə,
Dünya vurulubdur səlis nitqinə.
Çıxışın mat qoydu neçə natiqi,
Söylədin hər sözü, tamam həqiqi.
Saf qəlbin hər kəsə nümunə oldu,
Fəxr etdik ürəklər sevinclə doldu.
Qulaq asıb sizə məmnun oluruq.
Bütün sözlərindən İlham alırıq.
QƏBƏLƏ
Dağların qoynunda yerləşən şəhər,
Qəbələ şəhəri gözəl havalı.
Kanatlar uzanır dağın başından,
Gələn qonaqlara zövqdür, səfadır.
Meyvə bağlarımız cana dərmandır.
Bu başqa bir hisdir, cahü-cəlaldır.
Bulaqlar isti su burda yerləşir,
Burada dincəlin sizə halaldır.
Ürəyə çəkəndə təmiz havasın,
Yaşamaq insana çox sevinc verir.
Yeddi gözəli də gəzib baxanda,
Bu yerlər hər kəsi lap valeh edir.
POLAD QƏHRƏMAN
Əslən Vəndamlı Polad qəhrəman,
Düşmənin gözünü almışdı yaman.
Hər bir əsgərinə qayğı bəslərdi,
Əmrini sayğıyla o bildirərdi.
Polad tək əyilməz qəhrəman idi,
Verdiyi sözləri tam yetirirdi.
Düşmənin qəlbinə salmışdı qorxu,
Azad istəyirdi tamamən yurdu.
QƏHRAMANDIR AZƏRBAYCAN
Qəhramandır Azərbaycan,
Neçə canlar getdi qurban.
Ordumuzun şücaəti,
Məhv etdi düşmən milləti.
Torpaq bizim anamızdır,
Tökülən qan, qanımızdır.
Rahat yatın şəhidlərim,
Sərhəddə durur ərlərim.
Yüz illik bir qaranlığa,
İşıq saldız canınızla.
Can verəndə su istədiz,
Olmadıq biz yanınızda.
XUDAYAR
Xudayar, qəhrəman səsin dağlarda,
Sədası qulaqdan heç çəkilməmiş.
Sənin gülən üzün gözümdə durur,
Zəhmindən düşmənin qəlbi titrərmiş.
Vətənin oğlusan, sən bir qəhrəman,
Düşmənin cavabın verməsən haman.
Ürəklərə yazdın öz adını sən.
Fəxr edir səninlə, həmişə Vətən!
ŞƏHİD
Ey şəhidim, uca zirvəm,
Səninlə fəxr edirəm mən.
Sən göylərə qalxan zaman,
Tamam keçdin həyatından.
Vətənimi azad etdin,
Həm vətənə qurban getdin.
Beləcə şərbəti içsin,
Ey Vətənim, sağ ol dedin.
Unutmarıq səni heç vaxt,
Qəlbimizdə qurmusan taxt.
Cəsarətin saya gəlməz,
İnan ki, şəhidlər ölməz.
ZiM.Az


































































































Bir cavab yazın