Kifayət Qaraş qızı Qaraşova – 24 avqust 1964-cü ildə Bərdə rayonunda anadan olub.
Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin İqtisadiyyat fakultəsinə daxil olub.
Universititeti bitirdikdən sonra istehsalatın müxtəlif sahələrinda fəaliyyət göstərib.
Hazırda Meliorasiya Elmi-Tədqiqat İnstitutu MMC-də Baş mütəxəssis vəzifəsində işləyir.
Şeiriyyata həvəsi uşaqlıqdandır. Müəllifi olduğu “Qan fəryadı”, “Zəfər səsiyəm” və “Qaranlıq dünyama saçılan işıq” adlı əsərləri necə vətənpərvər qələm sahibi olduğunu göstərir. “Turana açılan könüllər”, “Yaşıl İşıq”, “Turan”, “Qarabağ Azərbaycandır”, “Heydər zirvəsi”, “Söz xəzinəsi”,“Gələcəyə doğru”, “Zirvə”, “Zəfər”, “Söz xəzinəsi”, Qəlbimin səsi” və s. ədəbi-bədii, elmi-publisistik toplularda da şeirləri dərc edilmişdir.
Dünya Şair və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Xurşudbanu Natavan” mükafatları laureatıdır. Mediada aktiv xidmətlərinə və vətənpərvər şair kimi məzmunlu yazılarına görə bir sıra mükafatlarla qiymətləndirilmişdir.
Biz də Kifayət Bərdəliyə əmək fəaliyyətində və ədəbi-bədii yaradıcılığında yeni-yeni nailiyyətlər arzulaylırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az
SƏN GƏLMƏDİN ELƏ-BELƏ
Hər bir zaman xitab etdim mən Allaha,
İnsan oğlu, hökm vermə sən sabaha,
Hər addımda batarsan bil çox günaha,
Əməlinə addım addım diqqət elə
Bu dünyaya sən gəlmədin elə-belə.
Hər bir alim əsər yazır elmi əsər,
Alim bilir onu burda külli bəşər,
İnsan, bil ki, verdiyini Allah kəsər,
Addım addım yaxşılıq et, tulla selə.
Bu dünyaya sən gəlmədin elə-belə.
Sellə üzən balığa da nəfəs verən,
Azad quşu tusdaq edib, qəfəs verən,
Bu dünyada sənə hər vaxt, hər kəs verən,
Hər neməti bəxş edən var,vurma yelə.
Bu dünyaya sən gəlmədin elə-belə.
Zirvələrə qaldıranda gicəllənmə,
Tanrı versə uğurları qürrələnmə,
Qəm yükünə səbr göstər kədərlənmə,
Şah da olsan səndən yüksək olar kölə.
Bu dünyaya sən gəlmədin elə-belə.
İnsan oğlu, heç güvənmə öz özünə,
Heç arxayın olma ki, sən öz sözünə,
Yaş da töküb zərbə vurma öz gözünə,
İmanını heç bir zaman vermə yelə.
Bu dünyaya sən gəlmədin elə-belə.
Allah bizi həm yaradan, həm yaşadan,
Sənə görə dəyişməsin dövri zaman,
Uca məqam, ali olsun Natiq Quran,
Azan dəysin qəlbindəki nazik telə.
Bu dünyaya sən gəlmədin elə-belə.
Düzlüyü sev, olsun doğru söz kəsəri,
Yaradan var anidəncə bu bəşəri,
İnsan kimsən? İlahinin şah əsəri,
Nə eyləsən sən edirsən gilə-gilə.
Bu dünyaya sən gəlmədin elə-belə.
Kifayətəm ruhum təmiz, üzüm ayna,
Haray çəkim qəflətdə yatan oyana,
İmam Hüseyn çağıranda bu meydana,
Baş qoyubdu özü cənnət əhli ilə.
Bu dünyaya sən gəlmədin elə-belə.
İMTAHAN
Tural müəllim, salam olsun,
Bilginə ehtiram olsun,
Ürəyin sevinclə dolsun,
Qismət eylədi Yaradan.
Bu gün verdik biz imtahan.
Sayənizdə məğrur olub,
Cahilliyin saçın yolub,
Qəlbimiz həvəslə dolub,
Qiymət alacaq oxuyan.
Bu gün verdik biz imtahan.
Biz gedirdik çox həvəslə,
Qiymət verdiz Siz güzəştlə,
Düz yazmasaq düzəlişlə,
Bilin, qopar o an tufan.
Bu gün verdik biz imtahan.
Çox deyirdiz vidio izlə,
Yorulurduz Sizdə bizlə,
Şansımızı indi gözlə,
Asan olsun hər çətin an.
Bu gün verdik biz imtahan.
Hazırlığım kamil deyil,
İşə saldım əsas meyil,
Gəzmədim ki, veyil-veyil,
Kömək olsun Natiq Quran.
Bu gün verdik biz imtahan.
Kifayətəm, hörmətim çox,
Təəssüf ki, çox vavtım da yox,
Şən not ilə qəlbimiz tox,
Ucalasız hər bir zaman.
Bu gün verdik biz imtahan.
YAZMA İKİ
Bu gün sınaq imtahanı,
Həyacan tutub bu anı,
Xatırlayaq yaradanı,
Düz cavabdır tək bizimki.
Xanlar müəllim, yazma iki.
Könlüm hüzur içindədir,
Suallar bir biçimdədir,
Uğur düzgün seçimdədir,
Yaşımız on beş deyil ki.
Xanlar müəllim, yazma iki.
Kecid balı olsa yüksək,
Gərək yenə kursa gedək,
Pul da töksək ətək- ətək,
Bahadır hər ərzaq içki.
Xanlar müəllim, yazma iki.
Cahillik qəlbə darlıqdır,
Elm gözəl bir varlıqdır,
PMS tam kübarlıqdır,
Yuyar qəlbdən hər cür çirki.
Xanlar müəllim, yazma iki.
Özün qoymusan təməlin,
Savadı olmaz əfəlin,
Yayılıbdı bar bəhərin,
Tələbələr ağac, bitki.
Xanlar müəllim, yazma iki.
Kifayətəm, minnətdaram,
Hər addımda diqqətdaram,
Ucalarsız ümidvaram,
Arzum budur onu bilki,
Xanlar müəllim, yazma iki.
29.10.2024
TALAN DÜNYA
Mənliyimə dəyən qapaz,
Yara vurub heç sarsılmaz,
Dost qalmayıb nə çox, nə az,
Başdan başa yalan dünya.
Viran olub talan dünya.
Nahaqqa baş əymərəm mən,
Haram tikə yenirəm mən,
Qatıq qara demərəm mən,
Doğrudan bac alan dünya.
Viranə olub talan dünya.
İnanasan görən kimə?
Haram istər halal əmə,
Yaxçılıq et köklən qəmə,
Düzü gözdən salan dünya.
Viran olub talan, dünya.
Kədərliyəm, gözləri nəm,
Ziyalısı ağıldan kəm,
Bu dərd ilə dolub sinəm,
Nadürüstə qalan dünya.
Viran olub talan, dünya.
Kifayətəm, amalı düz,
Silahıdır kəsərli söz,
Keçə bilməz qılınc, nə biz,
Məni məndən alan dünya.
Viran olub talan dünya.
DƏRİN ÇUXUR
Mənliyimə dəyən şillə,
Yüksəldibdi pillə-pillə,
Uzun zaman ayla, illə,
Qazandırdız şanlı uğur.
Qazmaq ilə dərin çuxur.
Yaradıcı sənətim var,
Şirin sözüm-söhbətim var,
Sözüm ilə qüdrətim var,
Tapmasazda ciddi, qusur.
Hey qazırsız dərin çuxur.
Ev yıxmağa gərəksiniz,
Üzdə huri mələksiniz,
Yaltaqlara dirəksiniz,
Hər çirkabı sözüm vurur.
Sizsə qazın dərin çuxur.
Yazıram mərdi-mərdanə,
Kim itirə, kim qazana,
Uymaram saxta ad sana,
Qiymətlimdir mənlik, qürur.
Qazmayın siz dərin çuxur.
Kifayətəm, yolum haqqdır,
Ruhum nifaqdan qaçaqdır,
Doğruluq haqqa çıraqdır,
Keşiyində paklıq durur.
Kim qazarsa dərin çüxur,
Yaradan özlərin yıxır.
ZiM.Az
SƏNSİZ QALIBDIR
Vətən oğlu bayatı de,rast oxu,
Qan ağlayır, muğam sənsiz qalıbdır.
El qayıdır yuvasına- yurduna,
Həsrətdədir, köçüm sənsiz qalıbdır.
Zəfər bizim, susa bilməz Xan səsi,
Can, ruh verib Xudayar zümzüməsi,
Ərşə qalxdı zəfərin təntənəsi,
Həm şirinim, acım sənsiz qalıbdır.
Muğamatsız saralıbdı göy otlar,
Həsrət çəkir yurd- yamaclar, yataqlar,
Qanın ilə nicat tapıb torpaqlar,
Yaylaq ötüb, biçim sənsiz qalıbdır.
Qurbanlıq bağlanıb bağa-bağçaya,
Nənən baxır bağladığı boxcaya,
Qan yaş tökür həm xınalı xonçaya,
Kəsilməyib, qoçum sənsiz qalıbdır.
Xudayar bağlasın bayrağı dedik,
Yan, Müslüm atanın çırağı dedik,
Üçrəngli bayraqla həm ağı dedik,
Hara asaq? Seçim sənsiz qalıbdır.
Yusifzadə qaldı qan yaddaşımda,
Adın hopub torpağımda, daşımda,
Düşməni məhv edən ər savaşında
Yox eylədik, heçim sənsiz qalıbdır.
Karvan döndü… Köçüm sənsiz qalıbdır!…
TURAN ADIMIZ
(Şəhid Naibov Devran Fazil oğluna həsr olunur)
Həsrətinə bir son verib sevdanın,
Vətən adlı aşiqinə sarıldı.
Saf eşqinə nəğmə qoşaq Devranın,
Atəşilə düşmən bağrı yarıldı.
Müddətindən artıq Milli orduda,
Qaldı ki düşmənin kökünü kəsə.
Qorxmaz təbiəti var idi o da,
Bu gün örnək olub baxın hər kəsə.
Hey Devranı yandırırdı-yaxırdı,
İşğalı yaşayan Qarabağımız,
Qəzəbindən şimşək olub çaxırdı,
Can verdi qurtarsın torpaqlarımız.
Naibov soyadı qalxıb zirvəyə,
Devran şəhid oldu Vətənim deyə,
Şan -şöhrət gətirdi Qədim Bərdəyə,
Alnı açıq oldu əsgər adımız.
Beş medalı beş kimsənə xətrinə,
Qazanıb qərq oldu cənnət ətrinə.
Qızıl hərflərlə şəhid olaraq,
Ardını yazdırdı tarix sətrinə.
Fazil ata, oğlunla fəxr edirik,
Qan töküb, can verdi Vətən yolunda,
Bütöv torpaqlara doğru gedirik,
Laçın sağda, Zəngəzur var solunda.
Azərbaycan səs saldı yerə-göyə,
Bax, indi azaddır Qarabağımız.
Üçrəngli bayrağı ucalsın deyə,
Sanki haray çəkir torpaqlarımız.
Türk oğlu bir olub Turan adımız.
ZƏFƏR GÖRDÜM
Habil şikəstədən bir bənd deyəndə,
Ruhum o dağlarda düşdü kəməndə,
Laçın dəhlizindən bəri enəndə,
Laçın qayaların gül açan gördüm.
Ordakı hər daşı nur saçan gördüm.
Gördüm ki, qayalar himni oxuyur,
Çınqıl daşlar ondan çələng toxuyur,
Şuşa yaylaqları çiçək qoxuyur,
Qayanı torpağa baş əyən gördüm.
Müjdəni aləmə çiləyən gördüm.
Sordum: Nə müjdədi, nə xəbər belə?
Səs gəldi: qələbə çatıbdı elə,
Düşməni məhv edib, atmışıq selə,
Qələbə tonqalın odlanan gördüm.
Düşməni odlanıb mən yanan gördüm.
Kifayətəm, qəlbim gülür zəfərlə,
Ordumuz qalibdir baxın, hünərlə,
Bu anı gözlədik neçə illərlə,
Quşları oxuyub, mən çalan gördüm.
Ucrəngli bayrağı ucalan gördüm.
ŞƏHİD ELMƏDDİN
Şəhid adı söyləyəndə dil əsir,
Ömür axır,il getməyə tələsir,
İgidlikdə olmayan zərrə kəsir,
Kəndi Divanlıdı, adı Elməddin.
Bir əsrə bərabər mənalı ömrü
Sığışdırdı iyirmi iki yaşa.
Vətən adlı varlığa aşiq olub,
Tökdü qanun o torpağa, o daşa.
Fərman ata çox gözlədi yolunu,
Soraqladı həm sağ, həm də solunu.
Könüllü yazılıb Milli Orduya,
Gördü oğlu namə atıb qutuya.
Ata, mən gedirəm Vətən dardadır,
Bil, düşmən hardadır, oğlun ordadır.
Dayanmadan ön sırada gedəcəm,
Faşistləri Qarabağdan siləcəm.
Bağışla, halallıq almadım səndən,
Qorxdum ki, qıymazsan, keçməzsən məndən.
İnan oğlun bir qəhrəman olacaq,
Sənə həm də fəxr eyləmək qalacaq.
Atasından xeyir-dua istəyib,
Atmışdı özünü qaynar nöqtəyə,
Bir şəhid atası olarsan deyib,
Üz tutmuşdu düşünmədən cəbhəyə.
Tank üstünə şimşək olub çaxırdı,
Yağıları yandırdı- yaxırdı.
Bir qarış torpağı vermərəm deyə
Şəhid olub baş əymədi kimsəyə.
Qoşa -qoşa medalları qazanıb,
Üçrəngli bayrağı qaldırıldı göyə!
GÖRDÜM
Habil yana-yana vətən deyəndə,
Ruhum o dağlarda düşdü kəməndə,
Yallçın qayalardan yala enəndə,
Laçınım, daşını çatlayan gördüm.
O fəryad səsindən bir çələng hördüm.
İçimdəki o səs tufan eyləyir,
Ürəyim yanıqlı şer söyləyir,
Həsrətdən elinə dağlar “gəl” deyir,
Laçın torpağını ağlayan gördüm.
Biçənəkli düzdə ah-fəqan gördüm.
Kəkotu qurumuş kökdən,belindən,
Qantəpər qan saçır didələrindən,
Qaymaqçiçəkləri tutub əlindən,
O əsən yellərin inləyən gördüm.
Qan yaşla elinə “gəl” deyən gördüm.
Kifayətəm, qəlb evimin atəşi,
Nə vaxtsa doğacaq ruhun günəşi.
Haqqa dua dəyişməsə gərdişi,
Həsrətin alovun püsgürən gördüm.
De ki,bu şairı itirən gördüm.
ÖLƏ BİLƏYDİM
Bir canlı ölüyəm həsrət yuxulu,
Ana axtarıram cənnət qoxulu,
Kiçik qala tikdim kökdən yıxılı,
Ana, kaş yanına gələ bilərdim.
Sənə qovuşmaqçün ölə biləydim.
Baxmaram dünyanın dövlət-malına,
Ürək fəryad edir, baxıb yoluna,
İsti qucağına, ana qoluna,
Söykənib bir dəfə ölə biləydim.
Ana, kaş yanına gələ biləydim.
Könlüm gül axtarıb,kədər dəribdi,
Eşqi dizdən tutub yerə səribdi,
Ruhun nəşəsində qəhər görübdü,
Ana, kaş baş qoyub ölə biləydim.
Hicranı gözündən silə biləydim.
Kifayət qovrulan kabab kimidir,
Anasız bir sınıq boş qab kimidir,
Nəfəsin Məkkədə təvvab kimidir,
Kaş ki, o nəfəsi ala biləydim.
Ana, kaş yanına gələ biləydim.
Köksünə sığınıb ölə biləydim!…
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
[ad_2]


































































































Bir cavab yazın