XATİRƏ HƏYAT

XATİRƏ HƏYAT SADIQOVA (1985)

Sadıqova Xatirə Əlövsət qı­zı – 10 mart 1985 ci ildə Yar­dım­lı ra­yonu­nun Horonu kən­dində ana­dan olub. Orta təh­si­lini Ho­ronu kənd məktə­bində ba­şa vurub. Ailə­lidir, 3 öv­la­dı var. Ev­dar xa­nımdır. Qa­radağ ra­yo­nun­da ya­şa­yır. Uşaq­lıqdan şeirə bö­yük hə­və­si olub. 20 ildir sər­bəst şə­kildə şeirlər yazır. Şeirləri müxtəlif mətbuat orqanlarında və bir sıra ədəbi məcmuələrdə dərc olunub.

Biz də Xatirə xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

MÜŞFİQ BORÇALI,

ZiM.Az

 

ANA VƏTƏN

 

Həsrətin ocağı, sönübdür yaman!

Qarabağım, xoş gəlmisən evinə!

Yağı düşmən, yer üzündən silinsin.

Ana vətən, Azərbaycan sevinsin.

 

Vətən oğlu, hünərinə, hünər qat.

Azad xalqım, səksənmədən, rahat yat.

Liderimiz, zirvələrdə görünsün!

Ana vətən, Azərbaycan sevinsin.

 

Sök tikanlı məfdilləri, sinəsini, incidər.

Yurdumuza, səhrəd qoyub, kin güdən.

Nankor qonşu, yığışaraq, köç edər.

Ana vətən, Azərbaycan insin.

 

Mənim elim, igidlərin yurdudu.

Səhrədində, yenilməyən ordudu.

Yolumuzsa, Heydər baba yoludu!

Ana vətən, Azərbaycan sevinsin.

 

Vətənimin, hər daşına, can dedim.

Odlar yurdu, alovlanıb yan, dedim!

Bu savaşda, məndə qana, qan dedim!

Ana vətən, Azərbaycan sevinsin.

 

Bugün, mənim and yerimsən, xiyaban.

Hər qarışı, bil şəhidilərin canıdı

Hünər günü, qisasınız alındı!

Ana vətən, Azərbaycan sevinsin.

 

VƏTƏN OĞULLARI

 

Müqəddəs andınız vətən olubdur

Qüruruz üç rəngi bayraq igidlər

Soyuğun, şaxtasın bilmədən durduz

Vətən keşiyində siz hərbiçilər.

 

Yurdumun qüruru, Fəxridə sizsiz

Borcunuz ödənməz sizin igidlər

Sizin varlığınız, bizim bəsımız

Vətən əmanəti siz hərbiçilər.

 

Sərhəddə yağıya göz dağı olduz

Tarixin ən böyük qəhrəmanları

Elimin obamin üz ağı olduz

Ana əmanəti siz hərbiçilər.

 

Bir ana, bir bacı, bir yar duası

Neçə ürəklərin həsrəti olduz

Qəlbində yurd salan vətən eşqidi

Səngər əmanəti siz hərbiçilər.

 

Vətən əmanəti, yurd əmanəti

Bugündən, sabahı işıqlandırar

Bayraq kölgəsində od ürəkli

Allah əmanəti siz hərbiçilər.

 

ATA

 

Ən böyük hikmətdir, ən gözəl sevgi

Ömründən övlada can verər ata.

Sığınıb, o, məsum baxışlarına.

Dərdini, sərini unudar ata

 

Bircə təbəssümlə, dincələr ruhum.

Saçımda sığaldır, o qabar əlin.

Yoxluqda, varımsan arxa dayağım.

Sənli hər günümdə, şükrümsən ata.

 

Dərdimi bölənim, sirrimə, sirdaş,

Yaxşıki varımsan ay əziz insan.

Ömrümdən, ömrünə calasın allah.

Dağıdar dünyamı yoxluğun ata!

 

Yadında, deyərdin, hərzaman varam?

Qoymadın heç darda, çətində qalam.

Demişdin, mənimçün əzizdir balam?

Canıma, can olan, varımsan ata.

 

Ömrüm gülşən olar, bağbanım sənsən.

Günəş tək yenidən doğuluram mən,

Bir kəlmə qızım de bəsimdir mənim.

Gəlib dizlərində ölərəm ata.

 

İSTI OCAĞIM

 

Durub, səhər səssizcə, tərk etdim, otağımı,

Səliqə, səhman deyə, yığmışdım, yatağımı.

Yandırdım asta, asta, odun yığıb, sobanı,

Durub, bir çay süzüb, çağıracam, atamı,

 

Anam gələr, bu anda, badyada, süd gətirib.

Süfrədə pendir, çörək, təzə süddə pis deyil.

Pəncərə kənarnda, atam oxuyur, kitab.

Deyirəm, gəl atacan, sufrəmizə oturaq.

 

Ayıldım, hərşey yuxu, buz kimiydi, otağım.

Nə odun var, nə soba, çoxdan, sönub ocağım.

Tez, boylanıb baxıram, pəncərənin önünə,

Hanı bəs atam deyib, səslənirəm, anama.

 

Telefonum, zəng çalır, həyəcanla, açıram,

Anamın can, sözünə, gülür üzüm, bir anda.

Atam o, yandan deyir, necədi, gözəl qızım,

Sobadanda, isdiydi o, anda, mənim evim.

 

 

MƏNİM RUHUM

O, DAĞLARDA DİNCƏLİR

 

Mən dağlar qızıyam elim, obam var,

Vətənin ən, gözəl yeridir, yurdum.

O,gözəl yerlərə, getməyim gəlir,

Mənim ruhum o, dağlarda dincəlir.

 

Cənnətimsəm, gəlim sənin qoynuna,

Dağlarında çiçək, yığım gül yığım,

O, yerlərdə həsrət məndən, gen gəzir.

Mənim ruhum o, dağlarda dincəlir.

 

Səhər mehi həzin həzin əsəndə,

Bulud gəlib, günün önün, kəsəndə,

Bezar canım, bu dünyadan küsəndə,

Mənim ruhum o,dağlarda dincəlir.

 

Çay kənarı çınqıllıdır, daşlıdır,

Bulaqları billur gözü yaşlıdır.

Dosd canlıdı, dərdimin sirdaşıdır.

Mənim ruhum o, dağlarda dincəlir.

 

Ata yurdum, uşaqlığım ordadı.

Ürək sərhasərdi, gözü yoldadı.

Şirin ləhcəm, şirin, şəkər, bal dadır.

Mənim ruhum o, dağlarda dincəlir.

 

O, gözəl dağların, şəlaləsi var.

Düzlərinə bəzək al, laləsi var.

Xatirənin cənnət yardımlısı var

Mənim ruhum o, dağlarda dincəlir.

XATİRƏ HƏYAT,
ZiM.Az

 

.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir