MƏNİM DOĞMA DƏMİRYOLUM

 

Mənə dön bax yaxındayam,

Önündəyəm, sağındayam.

Səməd Vurğun bağındayam,

Mənim doğma Dəmiryolum.

 

İsinmişəm ocağına,

Sığınmışam qucağına.

Bələdəm hər qoşağına,

Mənim doğma Dəmiryolum.

 

Hər addımda izim qaldı,

Çox ürəkdə sözüm qaldı,

Ayrılığa dözüm qaldı,

Mənim doğma Dəmiryolum.

 

Hər rəhbərin olub Ata,

Çatdırıbdır bizi dada.

Yana-yana saldım yada,

Mənim doğma Dəmiryolum.

 

Keçər bir gün o acılar,

Üzmə qapı da açılar.

Salam verər hər bacılar,

Mənim doğma Dəmiryolum.

 

Söylə məndən küsmüsənmi,

Əlin məndən üzmüsənmi?

Soraqlayıb gəzmisənmi?

Mənim doğma Dəmiryolum.

 

Bu sinəmi boğdu qəhər,

Hər yediyim oldu zəhər.

Səni andım axşam-səhər,

Mənim doğma Dəmiryolum.

 

Arzuladım keçənləri,

Mənlə yeyib içənləri.

Bu dünyadan köçənləri,

Mənim doğma Dəmiryolum.

 

Yaşamadım qorxa-qorxa,

Oldun mənə həyan, arxa.

Dolanıbdır ipim çarxa,

Mənim doğma Dəmiryolum.

 

Qoyma məni qalım yetim,

Gözdən iraq düşüb, itim.

Səni andım, səni dedim,

Mənim doğma Dəmiryolum.

 

XIDIR ORUCOĞLU,
AJB-nin üzvü

 

ZiM.Az

 

.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir