ALLAH RƏHMƏT ELƏSİN…
Məmmədov Əbülfəz Rəfayıl oĝlu – 1963-cü il yanvarın 1-də qədim Zəngəzur mahalında, indiki Qafan rayonunun Gığı kəndində zəhmətkeş ailədə anadan olmuşdur. Orta məkəbi bitirdikdən sonra əsgəri xidmətə yollanmışdır. Ordu sıralarında xidmət keçərkən, atası 42 yaşında vəfat etmişdir.
Hərbi xidməti başa vurduqdan sonra, Əbülfəz Məmmədovun həyatı çox da asan olmamış, ailənin ilk övladı olduğundan, böyük ailənin yükünü, anası Həqiqət xanımla birgə daşımağa məcbur olmuşdur. O, qardaş-bacılarına qayğı göstərmiş və onları doğru istiqamətə yönəltmișdir.
1988-ci ildə Gığı kəndinin bütün əhalisi kimi, nəinki Gığı kəndinin, eləcə də, Qafan rayonunda və bütün Qərbi Azərbaycanda yaşayan minlərlə soydaşımız kimi, Əbülfəz Məmmədovun ailəsi də, məcburi şəkildə öz doğma yurd-yuvalarından ayrılmış və Bakıya pənah gətirmişlər.
Əbülfəz Rəfayıl oĝlu Məmmədov uzun müddət İdman Akademiyasında və Bakının Nərimanov rayonundakı 200 nömrəli tam orta məktəbdə bədən tərbiyəsi müəllimi və həmin məktəbin təlim-tərbiyə üzrə direktor müavini vəzifəsində şərəf və ləyaqətlə çalışmışdır. Məktəbdə şagird və müəllim kollektivinin dərin hörmətini qazanmıș, məktəbin idman uĝurları üçün əlindən gələni əsirgəməmiş, şagirdləri göstərilən etimadı doĝruldaraq, idmanın müxtəlif növləri üzrə dünya çempionları olmuşlar, Qızıl və gümüş medallar qazanmışlar. Bununla yanaşı məktəbin ictimai işlərində fəal olmuş, bilik və bacarıĝını heç vaxt əsirgəməmişdir. Elə buna görə də, Əbülfəz müəllim, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin əmri ilə təltif olunmuşdur.
Əbülfəz Məmmədov 2024-cü ilin dekabr ayına qədər həm də Mərkəzi Seçki Komissiyasının Nərimanov rayonu üzrə 18 saylı seçki dairəsinin sədri vəzifəsində ișləmişdir. Çoxsaylı təltiflərə layiq görūlmüşdür. Cəmiyyətdə öz mədəniyyəti ilə seçilmiș, insanların dərin hörmətini qazanmîşdır.
Əbülfəz müəllim həm də nümunəvi ailə başçısı olmuşdur. Ömür-gün yoldaşı Tərgül xanıma sədaqətli olmuş, onunla birlikdə bir qız və bir oğul böyüdüb boya-başa çatdırmışdır. Dörd nəvələri var. Nəvələrinin ilki, həm də hər gün məktəbə birgə getdiyi Ləmanla, eləcə də, Nuru, Əbülfəz və Fidanla fəxr edərdi…
Təəssüflər olsun, gözlənilməz ölüm, mehriban qohum və gözəl insan Əbülfəz Məmmədovu bizdən ayırdı.
O, 2025-ci il fevralın 19-da dünyasını dəyişdi və əbədi haqq dünyasına qovuşdu.
Əbülfəz müəllimin əziz xatirəsi, onu sevənlərin qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət etsin.
Hörmətlə,
Bəhruz Piriyev.
ZiM.Az
.


































































































Bir cavab yazın