AYGÜN YAVƏRQIZI: “DAR AĞACI”

Yaman ağır yatıb qan-tər içində,

Üzü göy üzünə baxan bədənim.

Barmağım ucunda çıxdım evimdən,

aman oyanmasın səsə bədənim.

 

Mən indi dünyanın dəcəl uşağı,

Heç cur boyümürəm, yaşa dolmuram.

Bəs necə qaçışım yorğun bədənlə

Sökük bir daxmada necə oynayım?..

 

Bir ovuc şəkərlə qalıb bu uşaq

Şəkərin yığmağa boğçası yırtıq.

Boğça sürüklənib zaman çölündə

Yırtılıb sapları güman qalmayıb.

 

Səhər oyanacaq yenə bir ağac

Yarpağı tökülmüş suyu qurumuş.

Edam olunacam günahkar kimi,

hər gun asılacam mən bu ağacdan,
Mənim dar ağacım bədənim imiş.

 AYGÜN YAVƏRQIZI,

“YURD”un redaktoru

 

ZiM.Az

 

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir