Dövlət başçısı cənab İlham Əliyevin ölkəmizin – respublikamızın inkişafı və abadlaşdırılması ilə bağlı verdiyi sərəncamların nəticəsi olaraq, aparılan islahatların, verilən tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinin şahidi olduqca, qurur hissi duymamaq mümkün deyil. Xüsusilə də tibb sahəsində – dövlət xəstəxanalarında, poliklinikalarda aparılan yenidənqurma işlərinin sistemli təşkili yüksək əhval-ruhiyyə yaradır.
Özəl və bahalı səhiyyə obyektlərində standartlara uyğun şəraiti və müasir tibbi avadanlıqları gördükcə, dövlət xəstəxanalarında da bu ab-havanı görmək, məncə, hər bir vətəndaşın arzuladığı və könlündən keçirdiyi ən gözəl duyğulardan olub.
Hər bir ölkədə təhsil, səhiyyə və mədəniyyət sahəsində müasir standartlara cavab verən obyektlərin olması, həmin ölkənin hərtərəfli inkişafından və millətə, vətəndaşlara qayğısından xəbər verir.
Elə bu günlərdə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 7 saylı uşaq poliklinikasında oldum. Poliklinikanın qapısından içəri girəndə, öncə, özümü özəl və bahalı bir obyektdə olduğumu zənn etdim, lakin… bura dövlət tibb müəssisəsi idi…
Dövlətimizin rəmzlərinə xüsusi hörmət və diqqətlə yanaşılmanı poliklinikanın girişində canlandırılmış tabloda görmək mümkündür.
Divarda Ulu öndərimiz Heydər Əliyevlə İlham Əliyev cənablarının qoşa şəkillərinin asılması dövlətçiliyimizin inkişafı, azad, firavan və rahat yaşayışımızın təminatçısı olan liderlərimizin sayəsində belə bir məkanda körpələrimizin, uşaqlarımızın sağlamlığa qovuşmasından xəbər verir.
Uşaqlara qayğı, onların sağlamlığı və gözəl məkanlarda dincəlməsi, yaşaması üçün daim öz diqqətini əsirgəməyən ölkəmizin birinci xanımı, vitse-prezidentimiz Mehriban Əliyevanın da bu poliklinikanın belə yüksək səviyyədə təmir olunması, həkimlərin, vətəndaşların istifadəsinə verilməsində əvəzsiz xidmətlərinin olduğunu ona aid çəkilmiş rəsmlərin xüsusi zövqlə yerləşdirilməsindən asanlıqla duymaq mumkundur.
Qeydiyyat şöbəsində sıxlığın olmaması, həkimlərin iş saatından 15 dəqiqə əvvəl öz otaqlarında olması belə çox sevindirici hisslər bəxş edir. Həkimlərin uşaqların müayinəsi zamanı çox diqqət və sevgi ilə yanaşmaları, uşaqları əzizləyərək baxış keçirmələri, valideynlərlə söhbət zamanı xüsusi hörmətlə yanaşmaları, onların bu səmimiyyətdən razı qalmaqları, üzlərindəki xoş təəssürat və müsbət enerjidən duyulurdu.
Yüksək standartlara uyğun şəkildə, tam təmirli, çox səliqəli və müsbət aurası olan bu məkan illərlə xəstəxanaya gedərkən sıxıldığımız, tez bir zamanda tərk etmək istədiyimiz məkanlardan xeyli fərqli təəssürat yaradırdı.
Ağ rəngdə boyanmış divarların üzərində çəkilmiş rəsmlər nəinki uşaqların, hətta böyüklərin – valideynlərin də üzündə, simasında müsbət enerji yaradır.
Xəstəxananın dəhlizində insan sayının çox olmasına baxmayaraq, sakitlik və rahatlıqla öz növbəsini gözləyən valideynlərin və uşaqların şən simasını müşahidə etdim. Bu, doğrudan da, sevindirici haldır. Çünki dəhlizdə elə bir şərait yaradılıb ki, nə valideyn tələsir, nə də uşaqlar ağ paltarlı həkimləri görəndə üzünü turşudurdu. Həqiqətən, poliklinikada yaradılmış yüksək komfortlu səliqə-səhman, yumşaq, rəngarəng oturacaqların düzülüşü, əyləşmək və rahatlığı təmin etmək üçün qoyulmuş geniş böyük divanın yerləşdirilməsi adamların say çoxluğunun olmasına baxmayaraq, gediş-gəlişdə xüsusi rahatlıq yaradırdı.
Hər otağın divarında çəkilmiş şəkillər, nömrəni axtarmadan təyin edilmiş otağı müəyyənləşdirməkdə asanlıqla seçim imkanı yaradır.
Dəhlizdə oksigenin təminatı üçün qoyulmuş təbii dibçəklərin gözəlliyi də rəngarəngliyi tamamlayırdı.
Kollektiv arasındakı qarşılıqlı ünsiyyət zamanı xüsusi mehribançılığın olması, əməkdaşlıqları, həkim – tibb bacıları arasındakı xoş münasibətin olması valideynlərin də özlərini rahat və güvənli əllərdə olmasına təminat yaradan səbəblərdəndir. Bütün bunları müayinə zamanı uşaqların necə rahatlıqla çəkilməsi, həkimlər tərəfindən dəqiq və düzgün baxış olunması üçün müxtəlif sevindirici üsullardan istifadə edilərək – uşaq oyuncaqlarından, fərqli-fərqli fiqurlarla əyləndirilərək aparılması zamanı müşahidə etməmək mümkün deyildir.
Poliklinikada uşaqların müayinəsi üçün bütün avadanlıqların təzə ve yüksək standartlara uyğun olduğunun şahidi oldum. Belə bir sevindirici əhval-ruhiyyənin yaradılması, kollektiv işin aparılması, sözsüz ki, müəssisənin rəhbərinin üzərinə düşür. Odur ki, müəssisənin rəhbərinin kim olduğu ilə maraqlanmaq qərarına gəldim.
Məlum oldu ki, 7 saylı uşaq poliklinikasına tanınmış uşaq həkim-nevropatoloqu Nüşabə Yasin qızı Xudakərimova rəhbərlik edir.
Dövlət tərəfindən təmir olunmuş poliklinikada gozəl ab-havanın yaradılması, inventarların yerləşdirilməsinin Nüşabə xanımın təşəbbüsü və əməyi sayəsində həll olunduğunu bütün həkim kollektivinin, bu rahatlıqdan məmnunluq duyan valideynlərin dilindən eşitmək çox sevindirici oldu.
Nüşabə Xudakərimova ixtisasca uşaq nevroloqudur.
O, 2001-2007-ci illərdə ATU-da oxuyub.
2007-ci ildən həkimlik fəaliyyətinə başlayıb.
2024-cü il aprelin sonlarından 7 saylı uşaq poliklinikasına başçılıq edir.
Bundan əlavə, həkimlərin təkmilləşdirilməsi, yeni bilik və təcrübələrin əldə olunması üçün ayda bir dəfə poliklinikanın nəznində seminarlar keçirilir.
Nuşabə xanım şəxsən özü bu seminarlarda əldə etdiyi yeni bilikləri saytlarda təqdim etməklə, öz həmkarları ilə bölüşür.
Nüşabə xanım və ayrı-ayrı həkimlər tərəfindən verilən bu məlumatlar poliklinikanın dəhlizində monitorda canlı şəkildə təqdim olunur.
Nəticədə, həm bütün kollektiv, həm də valideynlər maarifləndirilir.
Biz də belə bir gözəl təşəbbüsün sahibi olan, öz işinə sevgi ilə yanaşan, 7 saylı uşaq poliklinikasının baş həkimi Nüşabə Xudakərimovaya bu məsuliyyətli və şərəfli vəzifəsində yeni-yeni uğurlar diləyirik, xalqımızın rifahı, sağlam gələcəyimizin təmin olunması üçün atdığı addımlarda daha böyük nailiyyətlərə nail olmasını arzulayırıq!…
İlhamə SABİRQIZI,
ZiM.Az
.
Bir cavab yazın