TƏBRİK EDİRİK!..
Bu gün sevimli elqızımız, istedadlı şairə və ictimai xadim, çox hörmətli Səadət Səda Novruzqızının doğum günüdür.
Daha doğrusu, Yubileyidir.
Anadan olmasının 60 illik Yubileyi!..
Səadət NUR NOVRUZLU (Səadət NOVRUZQIZI)
1964-cü il aprelin 1-də qədim Borçalı mahalının
uca dağlar qoynunda yerləşən əsrarəngiz
Başkeçid (indiki Gürcüstan Respublikasının
Dmanisi) rayonundakı Şindilər kəndində
anadan olub.
1981-ci ildə doğma Şindilər kənd orta məktəbini,
1983-cü ildə Gəncə Yüngül Sənaye Texnikomunu bitirib.
Uzun müddət Başkeçidin Yaqublu kəndindəki
texniki peşə məktəbində çalışıb.
1990-cı ildən Bakıda yaşayıb-yaradır.
“Məni şeirimdən soruş” (2015), “Payız çiçəyi” (2015)
“Ayrılıq havası” (2016) və “Mənim ömür nağılım” (2017)
adlı dörd şeirlər kitabının müəllifidir.
Hazırda beşinci kitabını çapa hazırlayır.
Onu da qeyd edək ki,
Səadət Nur Novruzlunun şeirləri bir sıra mətbuat orqanlarında,
ədəbi məcmuələrdə,
o cümlədən də,
Müşfiq Borçalının 3 cildlik “Sazlı-Sözlü Başkeçid” kitabında, 5 cildlik
“Zirvə” poeziya antologiyasında,
ZiM.Az və Zirve.info saytlarında da dərc olunub.
Səadət Nur Novruzlu
bir neçə dəfə müxtəlif
poeziya müsabiqələrinin
qalibi olub, Fəxri fərman
və mükafatlara layiq görülüb.
2019-cu ildə anadan olmasının 55 illik yubileyi münasibətilə vətənpərvərlik mövzusunda yazdığı şeirlərinə görə “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun
“XXI Əsrin Ziyalıları” Cəmiyyəti ilə birlikdə
təsis etdiyi
“ZİRVƏ” mükafatı ilə təltif olunub.
Bu günlərdə isə o, anadan olmasının 60 illik yubileyi münasibətilə “XURŞİDBANU NATƏVAN” medalı ilə təltif olunub.
Biz də
“Dostluq məşəli” Cəmiyyətinin
İdarə heyəti
və ZiM.Az-ın yaradıcı
heyəti adından
istedadlı şairə,
çox hörmətli
Səadət xanımı
həm ad günü, həm
anadan olmasının
60 illik yubileyi, həm də
“XURŞİDBANU NATƏVAN”
mükafatı ilə
təltif olunması münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında və
bədii yaradıcılığında
yeni-yeni uğurlar
arzulayırıq!..
Fərman BORÇALI,
“Dostluq məşəli” Cəmiyyətinin sədri;
Müşfiq BORÇALI,
ZiM.Az-ın Baş redaktoru
BORÇALIDANAM
Qədim,ulu torpağımız,
Borçalıdı diyarımiz.
Dolamalı yollarımız,
Gedib şıxır silsiləli,
Qafqaz sıra dağlarına.
Ortasında Şindi dağı,
Yayı,qışı başı qarlı.
Qoynundada ata yurdum,
Şindilərdi mənim kəndim.
Adınıda dağdan alıb,
Dağ qoynunda məskan salıb.
Bir kənd deyil,bir tablodu,
Bir rəsmdi,bir əsərdi,
Rəssam çəkib yaradıbdı,
Başdan-başa mənzərədi.
Arxası dağa dirənib,
Alt tərəfi düzənlikdi.
Düzənlikdə göy zəmilər,
Qatar-qatar yaşıl bağlar,
Sol tərəfi dik yamaclar,
Sildırımlı sal qayalar.
Qayalardan poqquldayır,
Göz yaşı tək buz bulaqlar,
Axıb olur dərin çaylar.
Sağ tərəfi meşəlikdi,
Hər tərəfi çəmənlikdi.
Kəndimiz bir kəpənəkdi,
Gozəlliyə qonub durub,
Özünə yurd-yuva qurub,
Babalardan bizə qalıb,
Gözəllərdən gözəl kəndim.
YAŞASIN ULU BORÇALIM!
Dağın uca,dərən dərin,
Suyun şirin,havan sərin,
Sən gözüsən o,ellərin,
Aranlı,dağlı Borçalım!
Azərbaycan dilin sənin.
Yaşa deyir elin sənin.
Hey açılsın gülün sənin,
Bağçalı, bağlı Borçalım!
Odlar yurdu bir ümmandı,
Sən ayrılmaz parasısan,
Bir gün onun olasısan,
Arxa,dayaqlı Borçalım!
Babaların yadigarı,
Rahat olsun qoy ruhları,
Qeyrıtlidi oğulları,
Əli Quranlı Borçalım!
Hər adətin yerindədi,
İgidlər at belindədi,
Həsrət sənin könlündədi,
Sinəsi dağlı Borçalım!
Yaşamısan,yaşayacan,
Öz adını daşıyacan.
Yad başına daş olacan,
Yerli,yataqlı Borcalım!
Qurulsun söz məclislərin,
Yazarların başa keçsin.
Əmlik quzular kəsilsin,
Qonaq-qaralı Borçalım!
Yanacaqdı ocaqların,
Nur saçacaq çıraqların,
Yazılacaq dastanların,
Yaşasın ulu Borçalım!!!
ŞİNDİLƏR
İlin illərindən uğurlu gəlsin,
Çörəyin hamıya yetsin, Şindilər.
Körpə balaların bəxtiyar olsun,
Nərqizin, bənövşən bitsin, Şindilər.
Həmişə xoş xəbər sorağı eşit,
Qəmin, kədərində itsin,Şindilər.
Qoynunda boy atan igid oğullar,
Sənin görüşünə getsin, Şindilər.
Qonağın Şindinin başına çıxsın,
Zirvəndən dünyaya baxsın, Şindilər.
Gözlərdə yığılan sevinc yaşları,
Axar bulağın tək axsın, Şindilər.
Səndən uzaqlarda yaşayan xalqın,
Sənin imdadına çatsın, Şindilər.
Dünyadan köç edın nənə, babalar,
Köksündə rahatca yatsın, Şindilər.
Səadət, istəyər qonağın olub,
Dağında, bağında gəzsin, Şindilər.
İmir qızınin da sərin suyundan,
Ürəyi doyunca içsin, Şindilər.
BUTALAR BUTASI,
SƏADƏT BUTA
(Müşfiq Borçalının 2015-ci ildə
Bakıda və Tiflisdə çap olunmuş
“BUTALAR BUTASI SƏADƏT BUTA” adlı
kitabına istinadən bu şeiri yazdım)
Ey misra çələngi, şeir butası,
Canının can odu, dərdi, qadası,
Oxudum yanqılı şeirlərini,
Qulağım eşitdi vətən sədası.
Adımız eynidi, taleyimiz bir,
Borçalı vətəndi, Şindimiz də pir,
Canımız yanıbdı tonqaldanda gur,
Gəl verək əl-ələ, ay Səadət Buta.
Gəlmişəm dur gedək o, diyarlara,
Göz yaşından duru, buz bulaqlara,
Eldən ayrı düşən həsrət dillərdən,
Gəl salam aparaq o, yaylaqlara.
Açılsın dumandan başı Şindinin,
Gül açsin torpağı, daşı Şindinin,
Şeirlər bulaq tək çağlayıb, axsın,
Qurusun gözündə, yaşı Şindinin.
Sən kərənti götür, məndə dırmığı,
Misra yehrələyib, bəndlər bağlayaq,
Sən odunu gətir, məndə kixmığı,
Dağların başında ocaq qalayaq.
Bir haray, səs salaq obaya, elə,
Yığılsın ərənlər,toplansın köyə,
Aşıqlar buyursun,ozanlar gəlsin,
Səsimiz-ünümüz ucalsın göyə.
Aşıq Kamandarın sözündən deyək,
Mədəd Çobanovun özündən deyək,
Anaq, yad eyliyək o, ustadları,
Qoşmanın, şeirin gözündən deyək.
Gəzək Başkeçidi biz qarış-qarış,
Hər dağı, dərəsi ilahi naxış,
Yazdığım şeiri, bildiyim sözü,
Mən sənə danışım, sən mənə danış.
Danışaq bal kimi şirin ləhcəylə,
Ayaq yalın gəzək, daşlı küçəylə,
Acanda sərnicdən qatığı, südü,
Çəkək başımıza, içək çömçəylə.
Motal pendirindən fətirə bükək,
Soğandan dişləyib, dürməkdən yeyək,
O, buz bulaqların sərin suyundan,
Ürəyi doyunca əyilək, içək.
Gəl gedək dağlara, həsrəti boğaq,
Yenidən doğulaq, yenidən doğaq,
Minək köhlən ata, çıxaq Şindiyə,
Dağ çəkək fələyə, biz onu yoraq.
Kolların dibindən bənövşə yığaq,
Çiçəkli taladan nərgiz toplayaq,
Həsrəti, niskili, dərdi, azarı,
Axar bulaqların suyunda yuyaq.
Sən başı bəlalı,mən canı yanmış,
Sən təkcə yaşamış, mən tənha qalmış,
Gəl duraq üz-üzə şeirlər deyək,
Unadaq həyatda nələr, nə olmuş.
ZALIM
Elə bil düşmüsən oda, yanırsan,
Sağına, soluna hey fırlanırsan.
Gözünlə birlikdə sən dolanırsan,
Budur yanındayam, nə axtarırsan?
Hey böyür-başımdan dolanıb keçən,
Qəlbimin suyundan suyunu içən,
Yüz qızın içindən bəyənib keçən,
Durmuşam önündə, nə axtarırsan?
Elə bil belində duz dağıyam mən,
Sanma ki, eşqinin dustağıyam mən,
Hələ də çoxuna göz dağıyam mən,
A zalım nə qoyub, nə axtarırsan?..
SƏNİ SEVDİYİMİ GİZLƏDƏNMİRƏM
Bitərəm, yolunda çiçək olaram,
Başına tökülən ləçək olaram,
İstəsən səninçün gerçək olaram,
Səni sevdiyimi gizlədənmirəm.
Gecə parlaq ayım, gündüz günəşim,
Canımı isidən odum, atəşim,
Daha ürəyimə sığmır bu səsim,
Səni sevdiyimi gizlədənmirəm.
Gözəlim bu ömrüm,canım sənindi,
Dəqiqəm, saatım,anım sənindi,
Beləmi yaşayım söylə, sən indi?
Səni sevdiyimi gizlədənmirəm.
Xəyalım yanında gəzir,dolanır,
Həsrətdən ürəyim,qəlbim odlanır,
Dilimin ucunda sözlərim yanır,
Səni sevdiyimi gizlədənmirəm.
Dənizə baxıram,dənizdə sənsən,
Səmada parlayan ulduzda sənsən,
Açılan hər səhər,gündüzdə sənsən,
Səni sevdiyimi gizlədənmirəm.
Eşidib duyduğum hər səs sənindi,
İçimə çəkdiyim, nəfəs sənindi,
Ruhumu dindirən həvəs, sən indi,
Səni sevdiyimi gizlədənmirəm.
Qoy hamı eşitsin, duysun deyirəm,
Qoy hamı öyrənsin, bilsin deyirəm,
Yaxınlar, uzaqlar görsün deyirəm,
Səni sevdiyimi gizlədənmirəm.
MƏHƏBBƏT
Ruha sevinc verir, üzə nur verir,
Ürəyin açarı, dili məhəbbət.
Gözlərdən oxunub, yada sirr verir,
Yüz dəfə,min dəfə dəli məhəbbət.
Nə yasağı bilir, nədəki həddi,
Nə yoxu anlayır, nədəki rəddi,
Görmür qarşıdakı çəpəri səddi,
Adlayır bərəni, seli məhəbbət.
Dayanır yanaqda yaş gilə-gilə,
Yeriyir ölümə göz görə-görə,
Sonudu hicranın, əgərki bilə,
Dirilir, canlanır ölü məhəbbət.
Məcnunsuz dünyada Leyli olarmı?
Əslisiz, Kərəmin külü qalarmı?
Tək tərəf məhəbbət kamın alarmı?
Sevənlər sonadı, gölü məhəbbət.
Həyatın şərbəti, balı məhəbbət,
Həsrətin şüşədə, canı məhəbbət,
Olma sən tək tərəf, yarı məhəbbət,
Sevənlə sən qocal, qarı məhəbbət !!!
ÖYÜNMƏ, BƏXTİ GƏTİRƏN
Özünü çox öymə, bəxti gətirən,
Alnına yazılan, yazın qoçaqdı.
Ömrü tükənmişdi qarlı qışların,
Sanma kı, baharın, yazın qoçaqdı.
Adam var hər qolu bir pəhlivandı,
Hər sözü-söhbəti dərya-ümmandı,
Deməki, dağlarda adi çobandı,
Onunda bəxtinə belə yazılıb.
Qadın var məst edər, öldürər gözlər,
Yerişi, duruşu sonaya bənzər.
Yoluna, izinə yaxşısı çıxmaz,
Bəxti kasad olar, bəxti kəm kəsər.
Öyünmə, düzün də gələn tərsi var,
Fələyin hamıya verən dərsi var.
Göylə getməyini sənə görk edər,
Yaxşını yamana, tərsə çevirər.
SÖNƏN DEYİLƏM
Kəssədə səbrimi hicranlar mənim,
Əhdi-ilqarımdan dönən deyiləm.
Yolumu alsada dumanlar mənim,
Düşüb tufanlarda, ölən deyiləm.
Hər yanda xəndəklər,sədlərdə olsa,
Yaxşı dediklərim yaman yozulsa,
Alnıma bu cürə bəxtdə yazılsa,
Özümü dünyadan, silən deyiləm.
Pərişan saçlara daraq olacam,
Tikana, qanqala oraq olacam,
Qaranlıq gecədə çıraq olacam,
Yandımsa bir kərə, sönən deyiləm.
Mən dağda, dağ məndə izini qoyar,
Damlalar sərt daşı, qayanı oyar,
Şerimlə kainat səsimi duyar,
Mən bir həqiqətəm, güman deyiləm.
Deməki, xəyaldı xəyal olacaq,
Deməki, daş torpaq cismin alacaq,
Ömründə xatirəm, izim qalacaq,
Silinib gedəcək, zaman deyiləm.
ŞEİRİM
Hər şeirim damla-damla göz yaşım,
Hər şeirim yaxın dostum, sirdaşım,
Hər şeirim ötən günüm, yaddaşım,
Hər şeirim ömrüm-günüm yoldaşım.
Hər şeirim başım üstə günəşim,
Hər şeirim yanan odum, atəşim,
Hər şeirim od-alovlu nəfəsim,
Hər şeirim duyğularım, iç səsim.
Hər şeirim hıçqırığım, fəryadım,
Hər şeirim öz ünvanım, öz adım,
Hər şeirim qəlb fəryadım, qəlb ahım.
Hər şeirim son ümüdüm, pənahım,
Şeirlərim çoxu mənim həyatım…
İNTERNET
Son zamanlar dəyişib
Evlənməyin yolları,
Ər axtarıb tapmağın
Yaranıbdı qollari.
İnternetlə, telefon,
Axtarışlar mənbəyi,
Yalan-doğru sözlərin,
Təmannasız koməyi.
Hərənin bes səhvəsi,
Hərəsidə bir adda,
Hərəsidə bir yaşda,
İnterneti bəzəyir.
Ürəklər cox güşəli,
Bir ulduza bənzəyir
Bir tərəfi öləndə,
Bir tərəfi dirilir.
Burda buna ölürəm,
Orda ona sevirem,
Birinədə söyləyir,
Dərdindən divanəyəm.
Bes dənə qarmaq atır,
Hansı tutarsa,tutar
Belkə bəxti gətirər,
Qızıl baliqda cixar.
Nə istəsə alınar,
Arzuları cin olar,
Dövlət quşu fırlanıb,
Gəlib basına qonar.
(Bax: Müşfiq BORÇALI. Sazlı-Sözlü Başkeçid.
III cild, Bakı, 2015, səh.625-633).
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın