YEL DAĞINDA…

Görürəm ki, yaz fəslidi,
İlin – günün saz fəslidi,
Sarı nərgiz nəfəslidi,
Gül qoxuyur, gül Borçalı.

Vətənim cənnət qoxuyur,
Güllərdən çələng toxuyur,
Qaz susur, bülbül oxuyur,
Gül qoxuyur, gül Borçalı.

Yel dağında yanı üstə
Uzanıb Müşfiq Borçalı.
Yan – yörəsi bönövşələr,
Gül qoxuyur, gül Borçalı.
~~~~~~~~~~~~~~~~~~~
23.07.2016 23:11

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir