VƏTƏNPƏRVƏR MÜƏLLİM
Vətənpərvərlik öncə ailədən, sonra isə məktəbdən başlayır. İndi haqqında söz açacağım dəyərli insan, vətənpərvər ziyalı Zaur Məzahiroģlu (Əhmədov) 1977-ci ildə Agdaş rayonunun Yuxarı Ağcayazı kəndində anadan olub. 1984-1988-ci illərdə Ağdaş rayonundakı Maqsud Şeyxzadə adına İnternat məktəbində, 1988-1994-cü illərdə Dəhnəxəlil kənd tam orta məktəbində təhsil alıb. 1995-1998-ci illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarında çavuş rütbəsində həqiqi hərbi xidmətdə olub. 2002-2006-cı illərdə Gəncə Dövlət Universitetində fransız dili filologiyası ixtisasına yiyələnib. 2006-2008-ci illərdə Ağdaş rayon Qoşaqovaq kənd tam orta məktəbində fransız dili müəllimi işləyib. 2012-2013 cü illərdə Azərbaycan Respublikası Təhsil İnstitutunda (keçmiş Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu) Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib. 2016-2017-ci illərdə Tofiqi kənd tam orta məktəbində hərbi rəhbər, 2017-ci ildən Ağcayazı kənd Tərlan Kərimov adına tam orta məktəbində tərbiyə işi üzrə təşkilatçı-müavin vəzifəsində fəaliyyət göstərir. Müxtəlif mətbuat orqanlarında və sosial şəbəkələrdə elmi məqalə və şeirləri ilə çıxış edir. “Haqqın Nişanəsi” və Ulu Öndərimizin həyat və fəaliyyətini əks etdirən “Siyasət Zirvəsinin Fəthi” poeması daxil olan “Xəyaldan Gerçəyə” kitablarının və iki elmi məqalənin müəllifidir.
Hazırda doģulduģu Yuxarı Ağcayazı kəndində yaşayır.
Ailəlidir,iki övladı var.
Biz də Zaur Məzahiroğluna gələcək işlərində və yaradıcılığında yeni-yeni uğurlar diləyirik.
Raziyə KAMİLQIZI
AYB və AJB-nin üzvü
GÖZÜN AYDIN,
AZƏRBAYCAN
İgidlərin qisas aldı,
Sarılaraq silahına.
Qazandığın şanlı zəfər
Çıraq oldu sabahına,
Gözün aydın Azərbaycan.
Birləşərək dəmir yumruq
Oldu bütün millətimiz
Ləkə vardı alnımızda
Təmizlədi qeyrətimiz
Gözün aydın Azərbaycan.
Daha azad nəfəs aldı
Çölün,düzün,meşən,dağın
Tumarlandı sevgimizlə
Əziz, doğma Qarabaģın
Gözün aydın Azərbaycan.
Öz bağrında əzizləyir
Şəhidini ana torpaq,
Xankəndinin səmasında
Xoşallanır ulu bayraq,
Gözün aydın Azərbaycan.
Haqqa doģru gedən yolun
Tarix boyu düyün, haça
Çıxdın zaman sınaģından
Alnı açıq başın uca
Gözün aydın Azərbaycan.
Od-alovlar ölkəsisən
İgidlərin od parçası
Şəfa tapdı zəfərinlə
Xalqımızın qəlb yarası.
Üzün aydın Azərbaycan!
Sözün aydın Azərbaycan!
Gözün aydın Azərbaycan!
ANA DİLİM
Məni mən eyləyib yoxdan yaradan
Tanrının duası ana dilimdir.
Yadelli dillərə boyun əyməyən
Dilimin.qalası ana dilimdir.
Əcdadımdan qalan əmanətim də
Şərəfim,vicdanım, ləyaqətim də
Sevgiylə yoğrulan hələ bətndə
Ruhumun mayası ana dilimdir.
Sözlərin.boyunu ucaldıb göyə
Çevirər mənanı xoş mənzərəyə.
Doğmalıq hissiylə yatan ürəyə
Dillərin atlası ana dilimdir.
Tutub vicdanımda uca zirvəni
Dəyərin.ipiylə vurar ilməni
Böyüdüb dağ edən sözü,kəlməni
Nitqimin.baxçası ana dilimdir.
Dildir mənliyimi sübut etdirən
Qəlbimizdə sevgi gülü bitirən
Şirin.yuxularda məni gəzdirən
Anamın laylası ana dilimdir.
Anamın.laylası ana dilimdir.
YAŞ
Bu gün tale aģacından
Bir yarpaq da qopardı yaş.
Qəlb evindən saçlaradək
Ağ yol çəkən memardı yaş.
Sevgi yağır narın-narın
Ömrümüzün baxçasına
Arzuları, xəyalları
Yığıb hikmət boxçasına.
Dünənlərdən, sabahlara
Gedən yolda çapardı yaş.
Ömrün xəzan küləyində
Sinə gərib bərkidi yaş.
Qəm, sevinci daşıyaraq
Gedən yolda qatardı yaş.
Bu yaş ömrə bir yazıdı
Həm payızı həm yazıdı,
Taleyin.bəxt ulduzudu,
Axan giley-güzardı yaş
Qocalığa tumardı yaş.
Baxar hər an sevgi ilə
Taleyinin budağından.
İçər bəzən qurtum-qurtum
Ahıllığın bulağından.
Ötən yaşa bir vağzalı
Qoşub çalan bir tardı yaş.
Ruhumuzun, baxışında
Öz ömrünü yaşayır yaş.
Alnımın tər, qırışında
Halal zəhmət mənə daş-qaş
Məni məndən qopardı yaş,
Məni məndən qopardı yaş.
ZiM.Az
Bir cavab yazın