Özünəməxsus üslubu olan yenilikçi şair Dəyanət Osmanlının yeni kitabları nəşr olunub

Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu olan yenilikçi şair, Prezident təqaüdçüsü Dəyanət Osmanlının “Anlar… Və… Anılar…” adlı kitabı çap olunub.

Bu nəşrdə müəllifin həyat, insan, vətənçilik, milli-mənəvi dəyərlər, tarix, ədəbiyyat, dil barədə düşüncələri toplanıb.

ZiM.Az xəbər verir ki, kitabın məsləhətçisi akademik Nizami Cəfərov, redaktoru İ.Abdullayevadır.

Eyni zamanda həmin nəşriyyatda Dəyanət Osmanlının “В тени слов” (“Sözlərin kölgəsində”) adlı daha bir şeirlər kitabı da“Elm və təhsil” nəşriyyatında rus dilində çapdan çıxıb.

Kitabda şairin müxtəlif illərdə yazdığı şeirlərdən seçmələr yer alıb.

Şeirləri rus dilinə Moskvada yaşayan yazar-tərcüməçi Sultan Mərzili çevirib.

Nəşrin redaktorları – filologiya üzrə fəlsəfə doktorları İlahə Abdullayeva və Pərvin Quliyevadır.

Qeyd edək ki, Dəyanət Osmanlı  1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1997-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.

Biz də, dəyərli qələm dostumuz Dəyanət Osmanlını yeni kitablarının nəşri münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,

AYB-nin və AJB-nin üzvü,
filologiya üzrə fəlsəfə diktoru

ZiM.Az

.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir