BACI FƏRYADI

BACI FƏRYADI

 

(Qardaşı oğlunun şəhid olması xəbərinə

ürəyi dözməyən Teymur müəllimin

bacısı Kəsirə xanımın dilindən)

 

Teymursuz keçən günlərim,

Həm saatım, həm illərim,

Kədərdən, qəmdən ürəyim,

Fəryad edir, aman qardaş.

 

Həyətində açıb güllər,

Gözümdən hey axır sellər,

Lal olub danışan dillər,

Fəryad edir, aman qardaş.

 

Kəsirə həyatdan küsüb,

Cavan qardaş vaxtsız gedib,

Arzularını puç edib,

Fəryad edir, aman qardaş.

 

Teymur yadigarı Əmrah,

Sirri, sözü həm də yoldaş,

Bu həyatda ona sirdaş,

Fəryad edir, aman qardaş.

 

Almışdı şəhid xəbəri,

Dözmədi, dərdə ürəyi,

Tərk elədi əzizlərin,

Fəryad edir, aman qardaş.

 

 

ŞƏFA İBRAHİMLİ,

“Yurd”un əməkdaşı

 

.

 

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir