RƏSUL HƏMİD (HƏMİDOV)
1966-cı il fevralın 21-də Qəbələ rayonunun Vəndam qəsəbəsində doğulub. 1973-1983-cü illərdə Vəndam qəsəbəsindəki 1 və 2 saylı orta məktəblərdə oxuyub. Orta məktəbi bitirən ildə Bakı Mədəni Maarif Texnikumuna daxil olub. 3 ay sonra öz ərizəsi ilə texnikumdan imtina edib. 1984-1986-cı illərdə (SSRİ dövründə) Almaniya Demokratik Respublikasının Leipzing və Drezden şəhərlərində həqiqi hərbi xidmətdə olub. 1986-1991-ci illərdə keçmiş SSRİ-nin (indiki Rusiya Federasiyasının) Tumen və Kazan şəhərlərində, 1991-1992-ci illərdə Belarusiyanın paytaxtı Minsk şəhərində xidmətini davam etdirib. 1992-ci ildə könüllü olaraq 1-ci Qarabağ ətrafında gedən döyüşlərdə yaxından iştirak edib və Sərsəng su anbarı ətrafındakı döyüşlərdə qol nahiyəsindən qəlpə yarası alıb. 1993-2004-cü illərdə Sumqayıt şəhərində yaşayıb. 1994-cü ildə bu şəhərdə ailə həyatı qurub. 2005-ci ildən bəri doğma elində Vəndam qəsəbəsində yaşayır. 2 oğul atasıdır. Övladları balaca ikən ömür gün yoldaşını nakam itirən şair, övladlarını böyüdüb və təhsil verib.
Gənc yaşlarından şeirə, ədəbiyyata, poeziyaya böyük marağı olan Rəsul Həmid elə həmin vaxtdan özü də şeirlər yazmağa başlamışdır. Hazırda şairin müxtəlif mövzularda 100-lərlə şeirləri və təmsilləri var. Şeirləri müxtəlif mətbuat orqanlarında, o cümlədən, “Ziya”, “Şərqin səsi”, “Borçalı”, “Elm və təhsil” qəzetlərində, ZiM.Az, Zirve.info, Zefer.info.az, Ziya.info.az, Zirve.info.az, Yurd.info.az, Bolnisi.az, Borcali.org və s. saytlarda, eləcə də, “Vətən”, “Canım Azərbaycanım”, “Ziya”, “Zirvə”, “Zəfər”, “Xarıbülbül”, “Qarabağ Azərbaycandır!”, “Dəmir yumruq, polad bilək”, “Odlar yurdu Azərbaycan”, “Turan”, “Rəvan”, “Şah dağı”, “Ləlvər dağı”, “Qara-Arxac”, “Poeziya çələngi”, “Söz xəzinəsi” və başqa ədəbi məcmuələrdə dərc olunub.
“İlin vətənpərvər şairi” , “Zirvə”, “Xarıbülbül” və “Qızıl qələm” mükafatları laureatı olan Rəsul Həmidin “Sözün qüdrəti” adlı ilk şeirlər kitabı bu günlərdə “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib və eyni zamanda, həmin kitaba görə şair “Zəfər” Fəxri diplomuna layiq görülüb.
Biz də Rəsul Həmidi bu yeni nailiyyətləri münasibətilə ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik!..
ZiM.Az
VƏTƏN
Ey mənim günəşli Azərbaycanım!
Qoynunda boy atıb, böyümüşəm mən!
Sənə qurban olsun şirin bu canım,
Səninlə hər yerdə öyünmüşəm mən.
Mənim doğma, əziz sənsən Vətənim!
Səndən uzaq düşdüm qəribsəyirəm.
Mənim gülüstanım, güllü-gülşənim,
Çölündən min cürə çiçək dərirəm.
Atəşin, odun da qədimdən qalıb.
Sənə odlar yurdu deyib babalar.
Vətən sevgisini əlimdən alıb,
Qoymaram, kimsələr onu boğalar.
Bölündün dörd yerə hissəciklərə,
Hər yandan qonşular öz torpağındı.
Bəs, dünya nə üçün almır nəzərə?
Arzum o yerlərə qayıtmağındı.
Sən mənim obamsan, ay yurdum Vətən!
Zəfərlər çalanda şad oldum Vətən!
Nə yaxşı qoynunda doğuldum Vətən!
Ay mənim qeyrətim, qürurum Vətən!
QÜRURUM VƏTƏN
Ey mənim günəşli Azərbaycanım!
Qoynunda boy atıb, böyümüşəm mən.
Sənə qurban olsun şirin bu canım,
Səninlə hər yerdə öyünmüşəm mən.
Mənim doğma, əziz sənsən Vətənim,
Səndən uzaq düşdüm qəribsəyirəm.
Mənim gülüstanım, güllü-gülşənim,
Çölündən min cürə çiçək dərirəm.
Atəşin, odun da qədimdən qalıb.
Sənə odlar yurdu deyib babalar.
Vətən sevgisini əlimdən alıb,
Qoymaram, kimsələr onu boğalar.
Bölündün dörd yerə, hissəciklərə,
Hər yandan qonşular öz torpağındı.
Bəs, dünya nə üçün almır nəzərə?
Arzum o yerlərə qayıtmağındı.
Sən mənim obamsan, ay yurdum Vətən!
Zəfərlər çalanda şad oldum Vətən!
Bu gün yenidənmi doğuldum Vətən?
Ay mənim qeyrətim, qürurum Vətən!!!
BİRLİKDƏ GÜCLÜYÜK
Atatürk yolçusu, Öndərin oğlu,
Ərdoğan, İlhamlı sərkərdəmiz var.
Ordumuz getdikcə zəfərə doğru,
Dünya baxıb gördü hünərimiz var.
Azərbaycan, Türkiyə qardaşlığımız,
Hər yerdə çəkilir qoşa adımız.
Birlikdə güclüyük, görür dünyamız,
Çıxdı azadlığa Qarabağımız!
Bu tək bir millətin, iki dövlətin,
Qoşa dalğalanır bayraqları da.
Yayıldı hər yerə gücün, qüdrətin,
Yazıldı tarixin kitablarında.
Çəkildi yurdumdan düşmən ayağı,
Şuşaya sancıldı dövlət bayrağı.
Əsil qələbənin sevincin daddıq,
Qurtuldu düşməndən Vətən torpağı!
ZƏNGƏZUR DƏHLİZİ
Düşüb yenə ortalığa, ermənidən haray- həşir,
Car çəkirlər dünyaya ki, qoymayın siz, türk birləşir.
Zəngəzura gedən yolun, qarşısını İran kəsir,
Qoy düşmənlər bilsinlər ki,hədər olar zəhmətləri,
Birləşəcək yer üzündə, ulu türkün millətləri.
Aşar dağı, qayaları, yıxar bəndi- bərələri.,
Sipər durar qala kimi, düşmənlərə hər kəndləri.
Bütün dünya unutmayıb, tarix boyu türk əsgəri,
Zaman- zaman hünər yazıb, qəhrəmanlıq səyfəsinə
Bundan sonra göz dikməyin, şanlı türklər ölkəsinə.
İki yüz il bundan öncə, ermənini siz köçürdüz.,
Param- parça türk birliyin, neçə yerə siz böldünüz.
Erməniyə dövlət qurub, türk yurdunda öyündünüz,
Siz qorxaqsız, çəkinirsiz, daim türkün birliyindən,
Biz hünərlə danışanda, Zəngəzurun dəhlizindən.
Arxalandız fıransıza, Ukraynada batan russa,
Gah güvəndiz cənubdakı, mollalara, rejim farsa.
Uzaq şərqdə Hindistana, az da olsa ümüd varsa,
Məhf olacaq o ümüdlər, qaytararıq Zəngəzuru,
Dəhliz nədi, İrəvana çatdırarıq biz uğuru!!!
- 09. 2023, Şuşa şəhəri.
VƏTƏN NAMİNƏ
DÜNYA ŞÖHRƏTLİ ALİM,
NYU-YORK ELMLƏR
AKADEMİYASININ AKADEMİKİ,
FİLOLOGİYA ELMLƏRİ DOKTORU,
MƏRHUM PROFESSOR
MƏDƏD ÇOBANOVUN
ƏZİZ XATİRƏSİNƏ
Bizim Dədə Mədəd öz zəkasilə,
Günəş tək bəşərə nurun ələdi.
Qalxıb zirvələrə, öz sədasilə,
Elmə böyük töhfə büküb bələdi.
Yazdı neçə-neçə elmi əsərlər,
Bizlərə bəxş edib, köçdü dünyadan.
Ondan dərs alacaq – neçə nəsillər,
Necəki nur alır, günəşdən, aydan.
Belə bir qüdrətli, nufuzlu alim,
Xalqıma Allahdan gözəl pay idi.
Deyirəm: bilirəm səhv etmir dilim,
Ən məşhur alimə gözəl tay idi.
O, bir məşəl idi, sönməyən məşəl.
Mədəd ocağının közü üzülməz.
Adına yazsam da neçə cür əsər,
Ocaqda bir közün əvəzin verməz.
Yollara nurunu elə səpdiki,
Zülmətlər işığa qərq olsun deyə.
Elm adlı bağında ağac əkdiki,
Barsız ağaclardan fərq olsun deyə.
Dahi alim, Ustad Dədə Mədədə,
Söz tapıb yazmaq da çətindir mənə.
Özümə borc bilib, öz şərəfimə,
Yazıram, gələcək Vətən naminə!!!
13.08.2023.
VƏTƏNİN VƏTƏN OĞLUSAN!
Müşfiq Borçalıya
Göylərin nurundan yaranan insan,
Yüz min ürəklərdə sevilən bir can,
Sənə alqış deyir, bütün Gürcüstan,
Sən bizim Vətənin, oğlusan Müşfiq!
Bu elin, bu yurdun, uğrusan Müşfiq!
Mən necə tərənnüm etməyim sizi?
Doğrunu yazmamaq mənə çətindi.
Allah itirməsin zəhmətinizi,
Borçalı mahalı bizim Vətəndi!
Sizi qəlbən sevir, bu xalq, bu millət,
Yazar şairlərə mayaqsız, Müşfiq!
Sizlərdən götürür başqası ibrət,
Şeirə, sənətə dayaqsız Müşfiq!
Həyat çox gözəldir, zəmanə çətin,
Çətin zəmanənin nur ziyalısı;
Haqqa söz deməyə çatıb cürətin,
Sizlərə ən böyük alim qayğısı,
Əvəzsiz, xalqından görərsən Müşfiq!
Qəlblərdə, dahiyə dönərsən Müşfiq!
Sizsiz şairlərin zəhmətin bilən,
Layiqli haqqına töhfəni verən.
Əsil şairləri ürəkdən sevən,
Sizsiz qiymət verən, dəyərləndirən.
Yüksəldin ən yüksək zirvələrə sən,
Xalqının gözündə göyə ucaldın,
Ömrünü Vətənə həsr etmisən sən,
Qoy dünya bilsinki, Mədəd oğlu sən!
Ay Müşfiq, Vətənin Vətən oğlusan!!
GÖZƏL İNSANDI
Zəkasın, biliyin elmə sərf edən,
Bu yolda ən uca zirvəyə gedən,
Əməyi Vətənə müjdələr verən,
Yorulmaq bilmədən hey çalışandı,
Müşfiq Borçalımız, gözəl insandı.
Hər yerdə hörmətlə çəkilir adı,
Aparır irəli o, mətbuatı.
Elmə və maarifə bağlı həyatı,
Onunçün şərəfdi, şöhrətdi, şandı,
Müşfiq Borçalımız, gözəl insandı.
Qəlbinın dostudu bütün yazarlar,
Fərq etməz ya kişi, ya da qadınlar.
Hamıya dəstəyi, köməyi olar,
Neçə min ürəkdə döyünən candı,
Müşfiq Borçalımız, gözəl insandı.
Xalqın sevgisində olan alimdi,
Nə varlı, nə kasıb, hamıya birdi.
Ən böyük sevgisi daim Vətəndi,
Vətənə, xalqına canı yanandı,
Müşfiq Borçalımız, gözəl insandı.
Sənə bənzəməyir yetən alimlər,
Nə çoxdu hörmətdən itən alimlər,
Bağçada kol kimi bitən alimlər,
Zirvələr fəht edib hey ucalandı,
Müşfiq Borçalımız, gözəl insandı.
ZiM.Az
Bir cavab yazın