2014-cü ildə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2015-ci ildə dosent (attestatsız) vəzifəsinə keçirilib.
2019-cu ildə dosent elmi adı alıb.
Hazırda SDU-nun “Biologiya və onun tədrisi metodikası” kafedrasında dosent vəzifəsində çalışır.
2011-ci ildən YAP-ın üzvüdür.
Ailəlidir, 3 övladı, 7 nəvəsi var.
Xanəhməd Həsənov pedaqoji fəaliyyətlə bərabər, elmi və bədii yaradıcılıqla da müntəzəm məşğul olur. 2017-2023-cü illərdə 44 elmi və tədris-metodiki işin, o cümlədən 2 dərs vəsaiti, 13 fənn proqramı, 18 məqalə və 11 məruzə tezisinin müəllifidir. Həmmüəllifi olduğu “Molekulyar genetika” və “Göbələklərin təsnifatı” dərs vəsaitləri, müasir təhsil konsepsiyasının tələbləri səviyyəsində hazırlanmış elmi-metodik əsərdir.
Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunub.
Biz də Xanəhməd müəllimə yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az
ZƏFƏR BAYRAMI…
Xankəndi, – Xanın kəndi Sən azadsan,
Azadlığı döyüşlə qazanmısan,
Baş tacın Şuşa ilə qovuşmusan,
Vüsal bayramıdır, Zəfər bayramı…
Şüşa, Sən azadsan, azadam mən də,
Gör neçə dahilər uyuyur Səndə.
Onların ruhu da azaddır Səndə,
Ruhlar bayramıdır, Zəfər bayramı…
Vətən torpağında yurd salan, Şəhid,
Ən uca məqama yüksələn, Şəhid,
Tanrı dərgahında uyuyan, Şəhid,
Sənin bayramındır, Zəfər bayramı…
Oğul verdi, namus aldı, Analar,
Oğul verdi, qeyrət aldı, Atalar,
Qardaş verdi ismət aldı, Bacılar,
Şərəf bayramıdıir, Zəfər bayramı…
Zəfər günümüzə min alqış deyək,
Şanlı qələbəmizi bayram eyləyək.
Düşmən bağrı yansın, biz deyək, gülək,
İşğalı düşmənə haram eyləyək…
…SANDIM…
Şəhidlər Xiyabanında olarkən
Düşüncələrim…
Qəbirlər önündə adımladıqca,
Onları qürurla salamladıqca,
Şəhidlər ölməzdir, pıçıldadıqca,
İnləyən qəlbimi yaralı sandım…
Şəhid Ataları hayqıran zaman,
Şəhid Anaları ağlayan zaman,
Göz yaşı yanaqda süzülən zaman,
Yaşanan ömürü saralı sandım…
Oğullar tabutu qucaqlayanda,
Əsgəri salamla salamlayanda,
Şəhid oğlu kimi qürurlananda,
Şəhid övladların vüqarlı sandım…
Şəhid xiyabanı baş tacımızdır,
Uyuyan Şəhidlər qardaşımızdır,
Tarixə yazılan yaddaşımızdır,
Ömürlük onları yaşarlı sandım…
(Ölməz Şəhidlər qarşısında baş əyirəm)
ŞƏHİDLƏR VƏ QAZİLƏR
Qanı ilə tarix yazdı, Şəhidlər,
Canı ilə torpaq aldı, Şəhidlər.
Müqəddəs torpaq üçün, bayraq üçün,
Allah verən canı qıydi, Şəhidlər…
Bayraq sancan Fateflərdir, Şəhidlər,
Düşmən başı əzənlərdir, Şəhidlər,
Səngərlərdə Vətən üçün can verən,
Ruhu ölməz ərənlərdir, Şəhidlər…
Vətən üçün qözün qıydı, Qazilər,
Qollarını qurban verdi, Qazilər.
Doğma yurdda ayaq tutub yeriyən,
Ayaqlardan məhrum oldu, Qazilər…
Canı olan Şəhidlərdir, Qazilər,
Tarix yazan, igidlərdir, Qazilər.
Müqəddəs Şuşanı azad etdilər,
Bizim üçün müqəddəsdir, Qazilər…
ANA…
Otuz ildə böyütdüyü oğlunu,
Çiynində məzara aparır ANA…
Qucağında bəslədiyi oğlunu,
Buz kimi torpağa tapşırır ANA…
Bu nə dərddir, nə bəladır, ay Fələk?
Bu nə sirdir, nə kələkdir, ay Fələk?
Bu nə qəmdir, nə kədərdir, ay Fələk?
Dərd, kədər içində yaşayır ANA…
Talehi, qisməti yazan, Allahım,
Dar gündə dadına çatan, Allahım,
Şəhidliyə aparan da, Allahım,
Gül üzlü oğlundan ayrılır ANA…
Qaranlığa mayak olan çıraqdır,
Bir ocağa ərən kimi dayaqdır,
Göz yaşları qurumayan bulaqdır,
Boşalan bulud tək ağlayır ANA…
ANA gördüm…
Bir pərişan ANA gördüm,
Ürək param-parça olmuş…
Bir ağlayan ANA gördüm,
Gülən gözlər yaşla dolmuş…
Bir sızlayan ANA gördüm,
Şəhid bala qəddin əyib…
Fəryad edən ANA gördüm,
Ah-naləsi ərşə qalxıb…
Bir çağlıyan ANA gördüm,
Dağ çayı tək, aşıb-daşan…
Bir hayqıran ANA gördüm,
Fırtına tək, coşub-daşan…
NƏ GƏLİR İNSANIN
GENİNDƏN GƏLİR…
Gözəl insanların gözəl ürəyi,
Gözəllik insanın genindən gəlir.
İstər məhəbbəti, arzu diləyi,
İstər kin-küdrəti, qanından gəlir,
Nə gəlir insanın genindən gəlir…
Mərdliyin, mənliyin, gözəl əxlaqın,
Billur bulaq kimi incə saflığın,
Yad nəfəs dəyməyən qönçə paklığın,
Pak olan Ananın südündən gəlir,
Nə gəlir insanın genindən gəlir…
Namərdlik, cahillik, hətta saxtalıq,
Nəfsi iti olan, artıq tamahlıq,
İnsanı içindən yeyən paxıllıq,
Belə insanların içindən gəlir,
Nə gəlir insanın genindən gəlir…
Aqillik irsidir, sonra verilmir,
Kamilliyə hər kəs yüksələ bilmir,
Qozbel qəbirdə də düzələ bilmir,
Nə varsa insana Allahdan gəlir,
Nə gəlir insanın genindən gəlir…
BÖYÜK ÜRƏKSƏN…
Səninlə bütünəm, Səninlə varam,
Sənsiz bir xəstəyəm, Səninlə sağam,
Mən Sənsiz saralan, solan yarpağam,
Sənsə mənə, heç solmayan çiçəksən,
Sevgi dünyamızda böyük Ürəksən…
Kədərli günümdə sevinc payımsan,
Qaranlıq gecəmdə, parlaq ayımsan,
Həyatimda illərimsən, ayımsan,
Mən Sənə, Sən də mənə gərəksən,
Sevgi dünyamızda böyük Ürəksən…
Ruhumda, qəlbimdə sevgi atəşim,
Ömür yollarımda dostum, sirdaşım,
Canıma can qatan, ömür yoldaşım,
Cənnət quşum, Sən qanadsız Mələksən,
Sevgi dünyamızda böyük Ürəksən…
Sən mənim baş tacım, qızıl güllərim,
Sən mənim bal kimi, şirin sözlərim,
Sən mənim ilhamım, görən gözlərim,
Sevdalı Sevdamsan, min bir diləksən,
Sevgi dünyamızda böyük Ürəksən…
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın