VÜSALƏ CƏFƏROVA (1970) » ZİM.Az


VÜSALƏ CƏFƏROVA (1970) Vüsalə Bayram qızı Cəfərova – 29 iyun 1970-ci ildə Zəngilan rayonunun Hacallı kəndində anadan olmuşdur. Orta təhsilini Hacallı kənd orta məktəbində almışdır. Kiçik yaşlarından şeirə maraq göstrəmiş və şeirləri məktəbdə keçirilən tədbirlərdə səsləndirilmisdir. İlk seiri “Sizə Salam gətirmişəm” olmuşdur. 1990-ci ildə kollecdə oxuduğu illərdə də şeirlər yazmağa davam etmiş, hətta tələbə yoldaşlarının xahişi ilə onlara da şeirlər yazmışdir.
1993-cu ildən Vüsalə Cəfərovanın şeirləri respublikanın bir sıra mətbuat orqanlarında çap olunmağa başlamışdır.
22.01.2012-ci ildə onun “Cağlayan məhəbbətim” adlı ilk seirlər kitabı çapdan çıxmişdır.
“Hicranın istirabı” müəllifin sayca ikinci kitabıdır.
2023-cü ildə o, “Qızıl qələm” mükafatına layiq görülmüşdür.

Biz də Vüsalə xanımı təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az

BAKIM

Gözəlləşir günü-gündən,
Qonaq gəlir hər bir eldən.
Terif edir səni qəlbdən,
Nə gözəlsən,gözəl Bakım.

Yaşıllaşır ağacların,
Ucaldıqca binaların.
Dəniz kənarı bulvarın,
Nə gözəldir,gözəl Bakım.

Mən gəzirəm doymayınca,
Sinəm dəftər olmayınca.
Gözəlliyi yazmayınca,
Necə gəzim,gözəl Bakım.

Hər bir tərəf gül-çiçəkdir,
Köksümdə vuran ürəkdir.
Mənə bu sevgi gərəkdir,
Necə doyum sendən Bakım.

Bir muzeydir “Qız qalası”,
Bu dünyada söz qalası.
Sözünü de, sən qadası,
Mən vurğunam sənə Bakım,
Necə doyum səndən Bakım?
2005

QURBANIN OLUM…

Ay ömrüm, hardasan, harda?
Gəzirəm bağ-bağçalarda.
Çiçəklərin arasında,
Durma gəl, qurbanın olum…

Bir kərə gəl,sor halımı,
Öyrən mənim əhvalımı.
Nə olar qol-qanadımı,
Qoparma, qurbanın olum…

Unutmamışam yenə də,
Sənə “ay ömrüm” deməyə.
Məcnun tək sanki Leylaya,
Həsrətəm,qurbanın olum…

Yuxuda yanına qaçdım,
Ürəyimi sənə açdım.
Sən axı başımda tacdın,
Unutma, qurbanın olum…

Nədir bu qədər kin səndə?
Səbrimi tükətdin məndə.
Qalmışam dumanda-çəndə,
Xilas et,qurbanın olum…

Susub gizli izləyirəm,
Gəlməsən də gözləyirəm.
Bu həsrətə dözməyirəm,
Qayıt gəl, qurbanın olum…
17.07.2023

ÜRƏYİMDƏN VURDUN MƏNİ

Çox sevərdim dəli kimi,
İmam kimi, Əli kimi.
Dua etdim sübhə kimi,
Güvənimdin bir dağ kimi…

Olmaz heç vaxt sənə kinim,
Kitab Quran, İslam dinim.
Hardasan ey, şirin dillim?
Keçmir sənsiz ayım, ilim…

Çirkinləşib həyat sənsiz,
Bəs sən nə edirsən mənsiz?
Girdi aramıza qansız,
Kimdir axı o vicdansız?

Rahatsızmı etdim səni,
Niyə tərk eylədin məni?
Mən ki, çox sevmişdim səni,
Ürəyimdən vurdun məni…
Ürəyimdən
Vurdun
Məni…
14.07.2023

BİR ŞEİR YAZ MƏNƏ…

Bir şeir yaz mene, ne olar, gùlùm,
Ìçìnde eşq dolu mehebbet olsun.
Qem-qùsse olmasın, ne de ki, keder,
Heç vaxt gòrmediyim seadet olsun.

Bir şeir yaz mene ne olar, gùlùm,
Orda bahar olsun,orda yaz olsun.
Gùneş parladıqca qelbime dolsun,
Ne şaxta,ne çovģun,ne ayaz olsun…

Bir şeir yaz mene ne olar, gùlùm,
Orda bùlbùller de, gùller de olsun.
Gùllerin etrini qoxladıqca men,
Heyatım sevincden Cennete dònsùn…

Bir şeir yaz mene ne olar, gùlùm,
Qoy çatsın dadıma xarı bùlbùlùm.
Neģme oxuduqca ruhumu alıb,
Gòylere gòtùren Meleyim olsun.

Bìr şeir yaz mene ne olar, gùlùm,
Ìçinde ne zùlùm,ne òlùm olsun.
Bir sevdiyim olsun, birde men òzùm,
Mene heyat veren vefalim olsun…

Bir şeir yaz mene ne olar, gùlùm,
Orda deniz olsun,dalģalar olsun.
Dalģalar aldıqca qoynuna meni,
Meni xilas eden cananım olsun…
24.07.2022

SENSİZ KEÇEN AD GÜNÜMÜ NEYNİRƏM?

Yasir Bayramovun “Mən sevmədim ad günlərimi” şeirinə nəzirə olaraq…

Niyə gəldim bu dünyaya bilmirəm,
Dərd içində yaşamağı neynirəm?
Ürəkdən danışıb,gülə bilmirəm,
Axı belə ad gününü neynirəm?

Bu alın yazımı qara yazıbdır,
Doğulmadan məzarım qazıbdır.
Doğmalar da yox olub,azalıbdır,
Bundan sonra ad gününü neynirəm?

İstəmirəm nə doğmanı,nə yadı,
Ortalıqda çəkilir quru adı.
Bəzən qohum dönüb olur bir cadı,
Söylə axı ad gününü neynirəm?

Dedim, bir şeir yaz nə olar mənə,
Dedi: – istə bir roman yazım sənə.
Küsüb getdi bu vəd yalanmış demə,
Niyə qırdın ümidimi bilmirəm,
Sənsiz keçən ad gününümü neynirəm?..
29.06.2023

ZENG ELƏ

İki gündür getmisən ay mənim ömrüm,günüm,
Qoyma səndən uzaqda mən saralım, mən solum.
Zəngini gözləyirəm, ay sənə qurban olum,
Gözümü yolda qoyma, bir yol tapıb, zəng elə.

Dözə bilmirəm artıq bax, ürəyim partlayır,
Gözlərimlə bərabər qələmim də ağlayır.
Ağ kağızım islanıb qara ləkə bağlayıb,
Gözümü yolda qoyma, anan qurban, zəng elə.

Otağına girirəm qoxlayıb köynəyini,
Ürəyimə çəkirəm rahatlat ürəyimi.
Tanrım, sən özün qoru, biricik mələyimi,
Gözümü yolda qoyma, bircə kərə zəng elə.

Sənsizliyə dözmürəm sənsiz dəli kimiyəm,
Boşluq var həyatımda sanki cansız biriyəm.
Özüm də heç bilmirəm, ölüyəm, ya diriyəm,
Əllərim çatmır sənə çarəsizəm, zəng elə.

Mən əsgər anasıyam, qərar tuta bilmirəm,
Özümü toparlayıb yalnız dua edirəm.
Tanrı duydu səsimi, yetirdi bəndəsini,
Duydum lap uzaqdan mən, oğlumun gur səsini.
27.07.2023

GƏL

Gəl, ay ömrüm, bu sevgimi qulağına pıçıldayım,
Ürəyimdən keçənləri bir-bir sənə açıqlayım.
Arada bir qollarımı açıb səni qucaqlayım,
Gəl, bu qalan ömrümü də elə sənə bağışlayım.

Dərdə salıb getmə uzaq, gözüm qalar yollarında,
Gücüm bitər, taqət olmaz inankı bu qollarımda.
Dərib gətirdiyim çiçəklər də solar əllərimdə,
Sən dönməsən,öləcəyəm bilirəm ki, yollarında.

Axı, istəmirəm ölüb gedim, özgə qollarında,
Hər tərəfi qar-borandı güvəndiyim dağlarında.
Nə gəzirsən o dağlarda axı,bu gənc çağlarında,
Gəl, əl-ələ tutuşaraq gəzək sevgi bağlarında.
23.06.2023

ZiM.Az

***

ANALAR DAŞIDI

Ana yola saldı əsgər oğlunu,
Dedi: get salamat qayît gəl,oğlum.
Ananîn canından bir can ayrıldı,
Oğlunu qoxlayıb, ona sarıldı…

Oğul getdi, ana baxdî dalınca,
Biricik oğlundan ayrî qalınca.
Su səpdi, tez qayit dedi:- dalinca,
Kòvrəlib ağladı ana doyunca…

Günlər aya dòndù,aylarsa ilə,
Ana bənzəyirdi solmuş bir gülə.
Ana dözməyirdi gələrək dilə,
Tanrı kömək olsun hər zaman sizə….

Dilindən düşməzdi ana duası,
Bütün əsgərlərdi onun balası.
Gündə milyon kərə qurban olası,
O pələng ürəkli, o Türk balası…

Vətən anamîzdîr deyib getdiniz,
Vətəni qoruyub azad etdiniz.
O dəhşətli günləri unutmadız,
Ey, Polad ürəkli qəhrəmanlarım…

44-günlük müharibədə savaşdız,
Siz yuxusuz gecelǝrǝ alışdız.
Bir qarnı ac, bir qarnı tox dolaşdız,
Zəngilanda, Füzulidə, Şuşada,
Düşmən ilə siz üz-üzə vuruşduz…

Xilas etdiz Zəlgilanı, Füzulini, Ağdamı,
Sona qədər vuruşdunuz qazanaraq Şuşanı.
Torpağımızdan qovaraq çıxardınız yağını,
Yerdə qalmadı, aldınız Mübarizin qanını…

Kimi şəhid, kimi qazi, kimi veteran oldu,
Kimi igid, kimi pələng, kimi qəhrəman oldu.
Kimi kədər, kimi acı,kimi sevinc yaşadı,
Dünyanın ən ağır yükün o analar daşıdı…
18.12.2022

ŞƏHİD QARDAŞIM

İş yoldaşım Təranə xanımın adından

Doğma Füzulidə doğub böyüdün,
Düşməndən qisas alacam deyirdin.
Mən ki, hər zaman səninlə öyündüm,
Qəhrəmana döndün, Şəhid qardaşım…

Laçın, Kəlbəcərdə, Murov dağında,
Qanlı döyüşlər gedirdi yaxında.
Düşmənlə üz-üzə döyüş anında,
Gülləyə tuş gəldin, Şəhid qardaşım…

Murov dağının başın duman aldı,
Gözümün yaşları dönüb qan oldu.
Anan bu həsrətə dözməyib öldü,
Cənnəti qazanan, Şəhid qardaşım…

Şəkillərinə baxdıqca doluram.
Həsrətindən saralıram, soluram,
Məzarın üstündə çöküb qalıram,
Məni də gəl apar, Şəhid qardaşım.
08.04.2023

ŞƏHİDLƏR

Siz körpə fidandınız, alışdınız,yandınız,
Qəlbimizin ən dərin yerindəki candınız.
Düşmənləri məhv edib,torpaqları aldınız,
Nur içində uyuyun, mələk üzlü şəhidlər…

Doğma Azərbaycanın o igid oğlanları,
Vətən ilə döyünən ürəkləri,canları.
Düşməndən qisasını alıb tökdü qanların,
Torpağımı vermərəm, deyib köçdü şəhidlər…

Poladın, Mübarizin aldılar qisasını,
Anaların dilindən duydular duasını.
Torpağından qovdular erməni dığasını,
Torpaqdan pay vermərəm, deyib köçdü şehidlər…

Cəbrayıl eşidəndə Poladın ölümünü,
Məyus olub and içdi, alacam qisasını.
O şığıdı düşmənin əliyalın üstünə,
Düşmən generalını əlləriylə boğaraq,
Bax,aldım qisasını deyib köçdü şehidlər…

Qürur duyuram hər an mən öz türklüyüm ilə,
Mənim qəhrəmanlarım düşübdür dildən-dilə.
Cənnətdə bələnibdir həm çiçəyə,həm gülə,
Hər biri bir mələyə dönüb köçdü şehidlər…
22.04.2023

VÜSALƏ CƏFƏROVA (1970) ŞƏHİD CEYHUNA

İsmayılov Ceyhun Əli oğlu 1973-cü il sentyabrın 30-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olmuşdur.
1980-ci ildə həmin qəsəbədəki 1 saylı orta məktəbdə ilk ibtidai təhsilə başlamış, 1991-ci ildə orta məktəbi bitirdikdən sonra 1992-ci ildə hərbi xidmətə çağırılmışdır.
Müharibənin ən qızğın vaxtlarında ön cəbhədə vuruşmuşdur.
1993-cü ilin yanvar ayının 5-də Laçının Haqnəzər kəndində düşmənlə uzun sürən döyüşdən sonra snayperlə üz nahiyəsindən vurularaq şəhid olmuşdur.

Bu gecə sən mənim yuxuma gəldin,
Sevincdən gülürdü gözəl gözlərin.
Dedim, həmişlik gəlmisən, Ceyhun?
Gülə-gülə dedin, bəli, bir daha
Sizi mənsiz qoyub getməyəcəyəm.

Sevincdən nə edim, heç bilməyirdim,
Geri döndüyünə inanmayırdım.
Çox çəkmədi mənim bax bu sevincim
Gözlərimi açıb görmədim səni,
Sandım elə o an öldürdün məni.

Düşdükcə yadıma sənli günlərim,
Bir bilsən nə qədər yandırır məni.
Niyə Tanrım səni bizdən qopardı,
Bilirəm, cənnətə səni apardı.
10.03.2008

XOCALI

26-sı fevral şaxtalı bir gecədə,
Qanına qəltan etdi Xocalını necə də?
Top atəşinə tutdu, evlər yandı beləcə,
Bu nalə səslərinə necə dözdün, Xocalı?!

Ayaqyalın,baş açıq üz tutdular meşǝyǝ,
Baxmadılar heç nəyə, nə qaranlıq gecǝyǝ.
Hər kəs səpələnmişdi dağa,daşa, küçəyə,
Düşmənin tələsinə necə düşdün, Xocalı?!

Günahsız körpələrin dərisini soydular,
Qız-gəlinə zülm edib gözlərini oydular.
Körpənin qanın içib qǝh-qǝh çəkib güldülər,
Bu tökülən qanlara necə dözdün, Xocalı?!

Qardaş gözü önündə zülm etdilər bacıya,
Əzab verib demədi bəlkə canı acıya?
İlahi! Mən nə deyim bu yazdığın yazıya?
Ürəyim qan ağlayır, sən ağlama, Xocalı…

Bu qanın yerdə qalmaz, alacam qisasını,
Qovub torpağımızdan çıxardacam yağını.
Ürəyinə dağ vurub alıb intiqamını,
Qoymaram əsirlikdə sən qalasan, Xocalı,
Bundan sonra başını sən uca tut, Xocalı…
16.02.2023

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir